• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Markesin həyatını dəyişən 24 kitab – SİYAHI

15:40 17.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


Bu gün Nobel mükafatı sahibi, dünyaca məşhur yazıçı Qabriel Qarsiya Markesin anım günüdür. Kulis.az bu münasibətlə Markesə təsir etmiş kitabların siyahısını və onlar haqqında qeydləri (“Anlatmaq üçün yaşamaq” adlı avtobioqrafik romanına istinadən) təqdim edir

1. “Sehrli dağ” / Tomas Mann

Tomas Mannın “Sehrli dağ” romanının qazandığı gözlənilməz uğurun sirrini hələ də tapa bilməmişəm. Müdir araya girməsəydi, Hans Kastorp ilə Qladuia Çaoçatın bircə dəfə öpüşməsini gözləyə-gözləyə bütün gecəni yuxusuz keçirəcəkdik. Nafta və dostu Settembrinin arasındakı fəlsəfi müzakirənin bircə sözünü qaçırmamaq üçün yataqlarımızda bardaş qurub gərgin halda oturmuşduq. O gecə bir saatdan çox kitab oxumuş, axırda tərifləmişdik. 

2. “Dəmir maskalı adam” / Aleksandr Düma

 
3. “Uliss”/ Ceyms Coys
 

Hüquq fakültəsinin tələbəsi Corc Alvaro Espinosa mənə İncildən bəhrələnməyi öyrətmiş, Eyyub peyğəmbərin dostlarının adlarını əzbərlətmişdi. Bir gün masanın üstünə iri bir kitab qoyaraq yepiskoplara xas amiranə əda ilə: “Bu da o biri İncil”, − dedi.

Bu, təbii ki, Ceyms Coysun “Uliss” əsəri idi. Səbrim tükənənədək ordan-burdan, didişə-didişə oxudum. Vaxtsız cəsarət göstəribmişəm. İllər sonra böyüyüb sözəbaxan cavanlardan olanda kitabı ciddi şəkildə oxumağı qarşıma məqsəd qoydum. Beləcə, təkcə öz içimdə varlığına şübhə etmədiyim özünəməxsus bir dünyanı kəşf etməklə kifayətlənmədim, dildən istifadədə sərbəstlik, vaxtı düzgün idarə etmək  və gələcək əsərlərimin strukturu kimi məsələlərdə xeyli texnika öyrəndim
 

4. “Səs-küy və hiddət” / Uilyam Folkner


Məhz o vaxt iyirmi yaşında “Uliss”lə “Səs-küy və hiddət”i  oxumağın naşı cəsarət olduğunu anlayaraq hər ikisini bəsirətlə mütaliə etmək qərarına gəldim. Bir vaxtlar Folkner və Coysda mənə tutarsız, anlaşılmaz, anlaşılmaz görünən nə varsa, hamısı qorxunc gözəlliyi və yalınlığı ilə gözlərimin önünə sərildi.


5. "Yatağımda ölərkən" / Uilyam Folkner

Təhkiyəmi "Yatağımda ölərkən"dəki yunan xorunda ölüm yatağındakı bir adamın başına yığışan ailə üzvlərinin düşüncələri kimi, kəndin bütün sakinləri arasında bölüşdürərək zənginləşdirmək qərarına gəldim. Bir pyes mətnindəki kimi hər dialoqda xarakterlərin adlarını təkrar etməyi bacarmadığım üçün bu təhkiyə üsulundan istifadə etdim.


6. “Çılğın palmalar” / Uilyam Folkner  

 
7. “Çar Edip” / Sofoki

Orta məktəb illərində dəfələrlə oxuduğum “Odisseya” istisna olmaqla, Yunan və Roma klassiklərini sıxıcı və lazımsız sayır, onlara yuxarıdan aşağı baxırdım. Qustav İbarra mənim bu davranışıma görə narahat olurdu. Vidalaşmazdan əvvəl kitabxanasından dəri cildli bir kitab götürüb ciddi tərzdə mənə uzatdı: “Yaxşı bir yazar ola bilərsən, −  dedi, − ancaq yunan klassiklərini gözəl öyrənməsən, mükəmməl yazar ola bilməzsən.” Verdiyi Sofoklun əsərləri idi. O andan etibarən Qustav həyat müəllimim oldu. Elə ilk mütaliədə “Çar Edip” mənə mükəmməl əsər təsiri bağışladı.   

8. “Yeddi damlı ev” / Nataniel Hotorn

(Qustav İbarra mənə) Nataniel Hotornun gələcək həyatımda dərin izlər buraxan “Yeddi damlı ev” adlı kitabını verdi. Odisseyin macəralı səfərinin hikmətləri haqqında düşündük və çıxış yolunu tapa bilmədik. Yarım əsr sonra eyni mövzunu Milan Kunderanın məharətlə çözdüyünü oxudum.

9. “Tom dayının daxması” / Harriyet Biçer-Stou

10. “Mobi Dik” / German Melvill
 

Qustav İbarra tez-tez yunan şairlərini oxudur, ancaq nədənsə heç bir izah vermədən Evripidi  məndən uzaq tuturdu. Onun sayəsində Melvilli kəşf etdim. Mobi Dikin əbədi şöləni, balina qabırğalarından ucaldılmış göy qübbəsinin altında bütün dənizlərin balina ovçuları adından Jonaha (Yunus peyğəmbərə) yazılmış möhtəşəm əsər!

11. “Oğullar və sevgililər” / D.H. Lavrens

12. “Min bir gecə”
 

Şəhrizadın danışdığı rəvayətlərin onun zamanında gündəlik həyatda həqiqətən baş verdiyini, ancaq sonrakı nəsillərin inancsızlığı və ağciyərliyi üzündən qeyri-mümkün olduğunu düşünmüşdüm. Ona görə də hekayə yazarı oxucularını inandıra bilmirsə, insanın bir xalçaya minib şəhərlərin və dağların üstündən uçduğuna, yaxud kartacena de İndiasda (Kolumbiya) bir kölənin bir şüşənin içində iki yüz il həbsdə qaldığına bu gün kiminsə təzədən inanacağını sanmıram.

13. “Çevrilmə” / Frans Kafka
 

Veqa bir gecə təzə aldığı üç kitabla bizə gəlmişdi. Kitabların birini mənə verdi ki, bir az oxuyub rahat yatım. Tam əksi baş verdi: ömrüm boyu rahat yuxuya həsrət qaldım. Kitab Kafkanın “Çevrilmə”si idi. Borxesin yanlışlarla dolu tərcüməsi idi, Buenos-Ayresdə “Editorial Losada” çap olunmuşdu. İlk sətirlərindən etibarən həyatıma yeni bir dövrün qapılarını açdı: “Qreqor Zamza bir səhər narahat yuxusundan oyananda iri bir həşərata çevrildiyini gördü.” Bunlar sirli kitablardı, təkcə dar dəhlizləri fərqlənmirdi, o vaxta qədər bildiyim hər şeylə də təzad təşkil edirdi. Hadisələrin necə inkişaf etdiyini göstərməyə ehtiyac bilmirdi. Gerçək olması üçün yazarın o şəkildə qələmə alması bəs edirdi. Bunu ancaq onun istedadının vüsəti və qələminin gücü ilə izah etmək mümkündü. Budur, Şəhrizad yenidən yazırdı, amma onun hər şeyin mümkün olduğu min illik dünyasında deyil, hər şeyin çoxdan görünməz və dönməz olduğu bir dünyada. “Çevrilmə”ni oxuyub qurtaranda bu yad Cənnətdə yaşamaq arzusu doğdu içimdə.

14. “Alef” / Xorxe Luis Borxes

15. Hekayələr / Ernest Heminquey


16. “Səs səsə qarşı” / Oldos Haksli

17. “Siçanlar və insanlar” / Con Steynbek

18. “Qəzəb salxımı” / Con Steynbek

19. “Tütün yolu” / Erskin Kolduell

20. Hekayələr / Katrin Mansfild


21. “Manhetten"/ Con Dos Passos


22. "Cenninin portreti" / Robert Natan


23. “Orlando” / Virciniya Vulf

24. “Missis Dellouey” / Virciniya Vulf

Virciniya Vulf adını ilk dəfə (Qustavdan) eşitdim. Onun adını − Folknerə Qoca Folkner dediyimiz kimi − Qoca təyini ilə işlədirdi. Mənim heyrətim onu vəcdə gətirdi. Ən sevdiyi iki kitab topasını qucaqlayıb mənə verdi.

− Axmaqlıq etmə, − dedi, − Al, bunların hamısını, oxuyub qurtaranda, gəlib götürərik.



Kitablar mənim üçün əlçatmaz xəzinə idi. Gizləməyə yerim olmadığına görə risk edib götürə bilməzdim. Nəhayət, Virciniya Vulfun “Missis Dellouey” adlı romanının ispancasını mənə zorla hədiyyə etdi. Üstəlik, kahinlik edib kitabı əzbərləyəcəyimi də əlavə etdi.

 MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az