• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Müxalifətin sonuncu mitinqi:birləşməyə yox, iflasa doğru axırıncı addım...

16:13 16.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

AXCP-nin hökmranlığı altındakı Milli Şura ilə Müsavat Partiyasının birgə təşkilatçılığıyla keçirilən 14 aprel mitinqi bu siyasi təşkilatların real mübarizə imkanları və perspektivləri haqda yekun qiymətləndirmə aparmaq üçün, demək olar ki, sonuncu test – aksiya oldu

Çünki, necə deyərlər, “atalar üçdən deyib” və siyasi təhlilçilər bundan əvvəl keçirilən iki aksiyanı – 10 mart və 31 mart mitinqlərini də diqqətlə izləməkdəydilər.

Əksəriyyətin öyrənmək və bilmək istədiyi o idi ki, uzun illər müxalif düşərgənin liderliyi uğrunda bir-biriylə amansız rəqabət aparmış bu iki siyasi təşkilat – AXCP və Müsavat yeni dövrdə meydana hansı resurs və təqdimatla çıxacaq.

Burada “yeni dövr” dedikdə, o mərhələni nəzərdə tuturuq ki, AXCP – Müsavat ittifaqının birgə aksiyalarının təşkili xüsusən də ölkənin 2016-cı ildə qəbul edilmiş yeni Konstitusiya dəyişikliklərindən sonra keçirilən ilk prezident seçkisi ərəfəsinə təsadüf edirdi və bu ərəfədə ortaya qoyulan güc, nümayiş etdirilən təqdimat həm cəmiyyətin bu dəyişikliklərə reaksiyasını, həm də növbəti mərhələdə ortaya çıxacaq siyasi qüvvələrə münasibətini və onların sırasını, düzənini müəyyənləşdirmək baxımından çox önəmli idi.

Bu səbəbdən, xüsusən də AXCP-Müsavat ittifaqının 3 zəruri istiqamət üzrə fəaliyyəti son iki ay ərzində bütün siyasi ekspertlərin diqqətində saxlanılırdı və aşağıdakı suallara aydın cavablar axtarılırdı:

1. AXCP-Müsavat ittifaqı 2018-ci ilin prezident seçkiləri ərəfəsində meydana əvvəlki dövrlərdən fərqli hansı resurslarla, nə kimi yeniliklərlə çıxacaq?

2. Hələ rəhmətlik Elçibəyin prezidentliyi dönəmində bünövrəsi qoyulmuş və sonra da illər uzunu müxalifət düşərgəsini parçalanmış durumda saxlayan Əli Kərimli-Arif Hacılı intriqası İsa Qəmbərsiz dönəmdə AXCP-Müsavat münasibətlərinə necə təsir göstərəcək: Əli Kərimli və Arif Hacılı birgə əməkdaşlıqda səmimiyyət nümayiş etdirə biləcəklərmi? 

3. Özlərini “real müxalifət” sayan bu ittifaq cəmiyyətdə nə kimi hərəkətlənmələr yaradacaq, yeni iqtisadi-siyasi şəraitdə əhalinin narazı kəsiminə hansı formada xitab və təsir edəcək?

İndi, demək olar ki, artıq hər 3 istiqamət üzrə suallara aydın və konkret cavablar alınıb. Və nə yazıq ki, bütün gözləntilərə, hətta ən qeyri-real təxmin və ehtimallara baxmayaraq, ənənəvi müxalifətin avanqardının – AXCP-Müsavat ittifaqının hər üç istiqamətdə ortaya qoyduğu nəticəyə bircə cavab var: İFLAS!!!

Çox uzatmadan və müxalifətin hava şəriatinin pisliyindən tutmuş hakimiyyətin repressiv tədbirlərə əl atmasınadək bütün bəhanələrini də bir kənara ataraq, hər 3 istiqamət üzrə faktların nələri dediyinə baxaq:

Birincisi, ortaya çıxdı ki, həm Müsavat, həm də AXCP, az qala, 30 ilin siyasi təşkilatları olsalar da və özlərini cəmiyyətə bütün siyasi təşkilatların fövqündə olan güc kimi təqdim etsələr də, yeniləşə, cəmiyyətə açıla, yeni resurslarla və yeni insanlarla ortaya çıxa bilmirlər.

Bu fakt hər 3 mitinq boyu aşkar nəzərə çarpdı və hətta təşkilatçılar tərəfindən də etiraf olundu ki, aksiyada iştirak edənlər yenə də ənənəvi müxalifət partiyalarının sıraları get-gedə seyrələn üzvləridir – yeni adamlar aksiyaya ya gəlmir, ya da gəlirlərəsə də sayları hədsiz dərəcədə azdır.Sosial şəbəkələrdəki müzakirələrdən və paylaşımlardan isə aydın olur ki, aksiyaya “yenilər” kimi qatılanların və radikal şüarlar yazılmış plakatları əllərində tutmağa çalışanların böyük əksəriyyəti Avropaya mühacirətə getmək arzusunda olanlardır – onlar AXCP və Müsavatın aksiyalarında iştiraka, bir növ, Avropaya açılan qapıya “buraxılış vərəqəsi” kimi baxırlar…

İkincisi, hər 3 aksiya bir daha sübut etdi ki, Müsavatla AXCP-nin, Əli Kərimli ilə Arif Hacılının və tərəfdarlarının bir-birlərinə olan qarşılıqlı nifrəti, aralarındakı aşkar rəqabət və qısqanc münasibət heç bir halda gömülən deyil, əksinə, hər an körüklənməyə hazır ocağa bənzəyir. 

Baxmayaraq ki, Müsavat Partiyası aksiyalarda meydana daha çox adam çıxarmağa nail olmuşdu və ancaq hər 3 aksiya boyu Əli Kərimlinin və AXCP-nin Arif Hacılı və Müsavat üzərindəki qısqanc mövqeyi aşkar nəzərə çarpdı. Belə ki, həm mitinqlərin aparıcısının, həm də ilk çıxışçının AXCP-dən olması sosial şəbəkələrdə hazırda qızğın müzakirə predmetinə çevrilib və AXCP sədri müsavatçılar tərəfindən açıq şəkildə Müsavatın kölgəsində aksiya keçirməkdə və Arif Hacılının sakit, anlaşmaya sadiq mövqeyindən sui-istifadədə təqsirləndirilir…

Və nəhayət, üçüncüsü, 10 mart, 31 mart və 14 aprel aksiyaları həm də onu təsdiqlədi ki, problemləri olan narazı insanların mövculuğuna baxmayaraq, cəmiyyət ənənəvi müxalifət partiyaları, xüsusən də Müsavat və AXCP-ni öz maraqlarının qoruyucusu, müdafiəçisi kimi görmür, bir sözlə, ona inanmır, etibar etmir…

İndi sadə Azərbaycan vətəndaşı bir suala cavab arayışındadır: ölkədə hakimiyyəti dəyişmək və onu idarə etmək iddiasında olanlar bir mitinqin təşkilatçılığında bu qədər zəiflik göstəririlərsə, onların arxasınca getməyə dəyərmi? Gör, hələ əllərinə hakimiyyət düşsə, nə vəziyyət yaranar?

Çox təəssüf ki, bizim müxalifət liderləri zamanında geri çəkilə bilmək hissini və özünə tənqidi yanaşmaq qabiliyyətini itirdiklərindən, iflasa uğradıqlarının və cəmiyyətlə bağlarının tamamilə qopduğunun hələ də fərqində deyillər…

Mitinqdə qaldırılmış bir şüarda necə yazılmışdı: “Siz düzələn deyilsiniz!”

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az