• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Natiq Cəfərlinin Tahir Süleymanovla səhv düşən yeri

17:02 13.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Lap çoxdan, internetin hələ yayğınlaşmadığı zamanlarda hansısa jurnaldan bir məlumat oxumuşdum.

Məlumatın məğzi belə idi ki, bir fizik idarə etdiyi avtomobillə qırmızı işıqda yolu keçir, yol polisi onu saxlayır və cərimə tətbiq etmək istəyir. 

Lakin fizik yol polisini inandırır ki, o, əslində qırmızı işıqda deyil, yaşıl işıqda keçib. Çünki işıq filan-filan şərtlər altında qırmızı deyil, yaşıl rəngdə görünür. İndi məqsədim sizlərə fotonlardan, işığın dalğa aralığından danışmaq deyil. 

Yadımda qalan odur ki, həmin fizik sürücü avtomobilini saxlamış yol polisinə bir balaca kəf gəlmişdi, yəni qırmızının yaşıl görməsi üçün o, işıqforun qarşısından yüngül maşınının əsla hərəkət edə bilməyəcəyi bir sürətlə keçməli idi. 

Bu məlumat niyə yadıma düşdü? 

Ona görə yadıma düşdü ki, son üç-dörd gündə ənənəvi və yeni medianın trendi Tahir Süleymanov adlı bir deputat nişanı gəzdirən idi. 
Deputat nişanı gəzdirən, həm də neçə-neçə çağırış boyunca gəzdirən, əvəzində bir dəfə ağzını açıb parlamentdə danışmayan, lap düzünü bilmək istəyirsinizsə, belə bir Milli Məclis üzvünün varlığından xalqımızın Elza Seyidcahanın sayəsində xəbər tutduğu həmin Tahir Süleymanovun topdağıtmaz qəsrinin görüntüləri çəkilmiş və ona çox sadə bir sual verilmişdi: bu sarayı hansı pulla tikmisiniz? 
Heç kimə sirr deyil ki, Tahir Süleymanov deputat maaşı ilə elə bir əzəmətli qəsrin heç çöl divarlarını hördürə bilməz. Üstəlik o, “Milli Məclisin deputatının statusu haqqında” qanunu pozaraq bizneslə məşğul olur, taxıl və un monopolistidir. Ona “monopolist” deyən də mən deyiləm, deputat həmkarı Fəzail Ağamalıdır və “Ana vətən” partiyası sədrinin birinci devalvasiyadan sonra unun qiymətini qaldıran Tahir Süleymanova “xalqı çörəklə imtahana çəkmə” deyə çağırış etməsi hər kəsin yadında, xatirindədir. 

Hə, o məlumat, - yəni lap başda yazdığım- ona görə yadıma düşdü ki, öz-özümə sual etdim: görəsən, illiuziyalara meyilli insan gözləri hansı halda “Tahir Süleymanov” ismi-şərifini “Natiq Cəfərli” kimi oxuya bilər? 

Əks halda, Natiq Cəfərli istehsalçı deyil, idxalatçı, ixracatçı deyil, monopolist deyil, maxinator deyil- Tahir Süleymanov kimi qanunsuz fəaliyyəti göz qabağında olan kəslər dura-dura onu niyə apar-topar həbsə atsınlar? Məgər Topqapı sarayını andıran qəsrinin bir daşının hesabatını verə bilmədiyi halda “adamın evi olar” deyərək camaatı borclu çıxaran, uşaqlığı, yeniyetməliyi, gəncliyi sovet dövründə keçdiyi halda “azan səsi ilə böyümüşəm” deyə ağ yalan danışan Natiq C əfərli idi? 

Ümumiyyətlə, adam tutmaq, xüsusən ictimai-siyasi çəkisi olan adamları maşına basıb prokurorluğa aparmaq, ayaqüstü bir məhkəmə təşkil edib dama, qazamata göndərmək nədən bunca asandır bizim məmləkətdə? 

Natiq Cəfərli hətta haqqında açılmış cinayət işi yüz faiz doğru, yüz faiz qərəzssiz, yüz faiz ictimai maraqlara uyğun olmuş olsa belə, hara qaçacaqdı (zatən ölkədən çıxışı da məhdudlaşdırılıb), tutulmadan mühakimə oluna bilməzdimi? 

Mənim Natiq Cəfərli ilə heç bir şəxsi tanışlığım, əlaqəm yoxdur, xitab etdiyi auditoriya da illərcədir məni söyməklə məşğuldur, ancaq virtual müşahidələrimə görə, son dərəcə savadlı iqtisadçı, son dərəcə pis siyasətçidir. 

Dəfələrlə onunla mübahisə eləmişəm. İqtisadiyyatdan yalnızca elementar bilgilərim olduğu halda, onu daha yaxşı bildiyim mövzulara çəkib, bir az da məntiqi sillogizmlərdən faydalanıb o mübahisələrdən qalib kimi ayrıldığımı xatırlayanların olduğuna inanıram. 

Vəkilinin verdiyi açıqlamalardan anladığım budur ki, hüquq-mühafizə orqanlarının masasında bir “QHT işi” varmış, xaricdən alınan qrantların müəyyən bir məbləği də Natiq Cəfərlinin ayağındaymış. Olsun! Əgər məsələ həmin vəsaitdən dövlətə çatacaq vergilərin ödənməməsidirsə, qarşısında Vergilər Nazirliyi tələb qoysun, o da ödəsin, daha həbs etmək nəyə lazım? 

Guya kim bilmir ki, Natiq Cəfərlinin timsalında müxalif bir ekspertin həbsi Azərbaycana qarşı beynəlxalq təşkilatların hesabatlarında tənqidləri artıracaq? 

Guya kim bilmir ki, həmin hesabatlar erməni lobbisinin əlində “kozır”a dönəcək? 

İlin-günün bu vaxtında, təxminən bir ay sonra referendum kimi taleyüklü bir səsvermə düzənlənəcəyi zaman kəsimində niyə kimlərinsə əlinə belə bir bəhanə veririk? 

Məsələ Natiq Cəfərlini susdurmaq, onun devalvasiya və korrupsiya əleyhinə rəylərinin cəmiyyətdə yayılmasının qarşısını almaqdırsa, məsələyə əks rakursdan baxmaq daha yaxşı olar. 

Hanı bu hakimiyyətin iqtisadçı deputatları? 

Hanı bu dövlətin Strateji Araşdırmalar Mərkəzinin ekonomistləri? 

Uzun illərdən sonra Natiq Cəfərliyə və digər müxalif ekspertlərə opponentlik eləmək üçün keçmiş maliyyə naziri Fikrət Yusifov önə çıxarıldı- sanki müasir bir bilgisayarın qabağına kolxoz mühasiblərinin istifadə etdiyi rəngi getmiş “çökkə” qoyuldu. 
Məsələ, bilgisayarda, “çökkə”də də deyil bəzən. 

Kimi və necə inandırmaq olar ki, dollarla olan və insanları faktiki olaraq intihar həddinə çatdıran kreditlərlə bağlı vətəndaşa dəstək olmağa pul tapmayan, ancaq Formula-1 yarışlarına yüzmilyonlar xərcləyən bir hökumət haqlıdır?

Kimi və necə inandırmaq olar ki, Artur Rəsizadə kimi təfəkküründən naftalin qoxusu gələn bir Baş nazirlə innovativ gəncliyin, kreativ yeni nəslin sosial-iqtisadi təşəbbüslərinin reallaşmasına şərait yaratmaq mümkündür? 

Ümumiyyətlə, intellekti, təşəbbüskarlığı, planları olan insanlar özünü harada və necə reallaşdırmalıdır?- məncə ən əsas sual budur! 
Natiq Cəfərlinin timsalında savadlı və dünyəvi bir adam özünü harada reallaşdırmalıdır? 

Hansı işə dəvət olundu? 

Hansı məsuliyyət həvalə edildi? 

Hansı proqramın hazırlanmasına və icrasına çağırıldı? 

“Dilini dinc qoyan” yüzlərlə, minlərlə savadlı və dünyəvi kadr var, guya onlara dövlət qurumlarında, iş dünyasında, media sektorunda və vətəndaş cəmiyyəti institutlarında “yaşıl işıq”mı yandırılıb? 

Bir ölkənin deputatına Elza Seyidcahan, icra başçısına Tolik meydan oxuyur və cəmiyyətin nəzərində hər ikisi haqlı görünürsə, mərkəzi hakimiyyətin üzərinə düşən o icra başçılarını topdan yola salmaq, o parlamenti buraxmaqdır. 

Bir ölkənin şəhidinin ailəsi mətbuata çıxdıqdan sonra səsləndirdiyi problem bircə günə həllini tapırsa, tutulası adam həmin problemi yaradan və mətbuata çıxana qədər həll etməyən məmur, vəzifə sahibidir. 

Bir ölkədə vətəndaş LƏYAQƏTini təhsil, ƏDALƏT duyğusunu məhkəmə sistemi yaradır. 

Və... bilginin insanlara bilgisizlikdən daha çox əziyyət vermədiyi cəmiyyətlərdə fiziklər yol polisini işıqforda qırmızı yox, yaşıl işıq yandığına inandıra bilir... 

Gəlin, bu dünyaya bir az savadla baxaq və savadlı adamları qoruyaq! 

Hansı düşərgədə olursa-olsun, Azərbaycanımızı irəli məhz savadlı adamlar aparacaq!..

Taleh Şahsuvarlı
Tezis.az saytının baş redaktoru

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az