• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

İki böyük dövlətin Suriyada hərbi toqquşma ehtimalı anbaan gerçəkləşir – Təhlil

14:50 11.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


İvan Preobrajenski

rosbalt.ru,10.04.2018

ABŞ Suriyada kimyəvi silah işlədilməsinə güc cavabı vəd edib – özü də ən yaxın vaxtlarda. Rusiyanın hərbi obyektləri zərbə üçün hədəflər sırasına düşə bilər.

Sülhün azsaylı tərəfdarları və müharibənin indi tamamilə gerçək olduğunu anlayanların artıq güvənəcəyi kimsə yoxdur.

Suriya ərazisi üçüncü dünya savaşının və yaxud, ən azı, dünyanın ən böyük dövlətlərinin iştirakıyla yeni, iriçaplı münaqişənin alovlana biləcəyi nöqtə ola bilər. Formal səbəb –  Suriya və Rusiya qoşunlarının Suriyada Şərqi Quta bölgəsində son həftələrdə cürbəcür – islamçılardan Bəşər Əsəd rejiminin dünyəvi rəqiblərinə qədər müxalif qruplardan təmizlədiyi Duma şəhərində baş vermiş kimyəvi hücum haqda məlumatdır.

Qərb ölkələrinin istifadə etdiyi məlumatlara görə, bu hücum nəticəsində, ən azı, 60 adam həlak olub, mindən çoxu ziyan çəkib. Rusiya öz növbəsində Duma xəstəxanalarında hər hansı kimyəvi maddədən ziyan çəkmişlərin olmadığını iddia edərək kimyəvi hücum faktının özünü inkar edir. Moskva habelə gəlməyə və hər şeyi yerində yoxlamağa hazır olan KSYT (Kimyəvi Silahın Yasaqlanması üzrə Təşkilat) ekspertlərinin güvənliyini təmin etməyə söz verir. Öz növbəsində Avropanın müstəqil ekspertləri və Suriya tənzimlənməsi üzrə BMT Baş katibinin özəl təmsilçisi tamdəyərli araşdırma aparmağı təklif edirlər.

Lakin ABŞ prezidenti Donald Tramp boş yerə vaxt itirməyə hazırlaşmır. Günahkarların qısa siyahısı artıq onun tərəfindən göstərilib. Bu, Rusiya, Suriya və İrandır. Amerika liderinin sözlərinə görə, kimyəvi hücuma görə konkret kimin cavab verməli olacağı ən yaxın iki gündə bəlli olmalıdır (bu gün bu müddətin artıq ikinci günüdür-tərc.) Tramp öz administrasiyasının əməkdaşlarıyla görüşdə bildirib: “Biz belə vəhşiliklərə yol verə bilmərik. Buna imkan vermək olmaz”.

Ağ Ev başçısının sözlərinə görə, Dumadakı kimyəvi hücuma cavabın istənilən variantını nəzərdən keçirməyə hazırdır. Tramp sərt yekun vurub: “Bunun arxasında Rusiya, Suriya və ya İran durursa, bunu ən yaxın vaxtlarda aydınlaşdıracaq və suallarımızın cavabını biləcəyik”. Onun sözlərinə görə, ABŞ-ın qərarı haqda hamı postfaktum biləcək. Yəni, çox ehtimal ki, artıq Suriyaya raket zərbəsi endiriləndən sonra. ABŞ prezidentinin bu bəyanatından dərhal sonra Amerika hərbi gəmiləri Aralıq dənizi bölgəsinin Suriyaya bitişik rayonlarına sarı hərəkətə başlayıb. Xüsusən də ABŞ HDQ-nin 60 “Tomahavk” raketilə silahlanmış “Donald Kuk” esminesi bu bölgəyə gəlib. O, Rusiyanın Tartusdakı hərbi-dəniz bazasının cəmi yüz kilometrliyindən keçərkən Rusiya hərbi təyyarələri onun üzərindən bir neçə dəfə uçub. Eyni zamanda Bəşər Əsədin qoşunları da yenidən qruplaşır. Özü də təkcə quru qoşunları deyil. Məlumat verildiyi kimi, aviasiya Xmeymim avibazasına Rusiya RƏM sistemlərinin müdafiəsi altına köçür. Aydındır ki, bütün tərəflər bu qayda ilə mümkün hərbi toqquşmaya hazırlaşır. Özü də heç kim əmin ola bilməz ki, bu, kürəsəl münaqişəyə keçməyəcək.  Rusiyanın ayrı-ayrı KİV-ləri ABŞ tərəfdən yüksək ehtimallı raket zərbəsinin obyekti o cümlədən Suriyadakı Rusiya hərbçiləri olarsa, başlayacaq mümkün hərbi toqquşmanın artıq fitnəkar ssenarilərini təsvir edir. Yeri gəlmişkən, bu ssenarilərdən və Rusiya rəsmilərinin bəyanatlarından nəticə çıxarmaq olar ki, Rusiya yaranmış durumda Suriyanın formal prezidenti Bəşər Əsədə sadiq silahlı birləşmələrə hücuma çətin ki özünə hücum kimi baxacaq. Yəni hərbi fövqəldövlətlərin birbaşa münaqişədən yayınmaq şansı var. Bununla yanaşı, Rusiyanın BMT-dəki daimi təmsilçsi Vasili Nebenzya yenə də bildirib ki, Suriyaya zərbə halında ABŞ-ı ağır nəticələr gözləyir.

Qeyd etmək lazımdır ki, bütün bunlar Rusiyanın fiziki və hüquqi şəxslərinə ABŞ-ın yeni sanksiyalar tətbiq etdiyi fonda baş verir ki, bu da artıq Rusiyanın qiymətli kağızlarının qiymətlərinin rekord çöküşünü törədib – həm Moskva, həm də xarici birjalarda. Söhbət sanksiya tətbiqindən sonra təkcə birinci gün 15 milyard $-dan çox itkidən gedir. Lakin təkcə oliqarxlar və dövlətin böyük şirkətləri itirmir. Sıravi rusiyalılar da itkiyə məruz qalırlar, çünki Rusiya milli valyutasının kursu artıq ikinci gündür sabit şəkildə düşür. Rubl avro və dollar nisbətdə elə sürtələ düşür ki, Mərkəzi Bank tərəfindən sakitləşdirici inandırmalara baxmayaraq, çox ehtimal ki, dollar həftənin sonuna doğru 70 rubl, avro isə 80 rubldan çox bahalaşacaq.

Bu durumda habelə çox önəmlidir ki, faktiki olaraq Rusiyanın müttəfiqi qalmayıb. Ehtimal ki, söhbət hələlik BMT-də səsvermədən gedirsə, o, Çinin yardımına bel bağlaya bilər. Surida hərbi əməliyyatlarda İranın yardımına. Lakin Avropa dövlətlərindən – xüsusən də Böyük Britaniyada QRU-nun keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsilə bağlı bu yaxınlardakı qalmaqaldan sonra ABŞ-la münaqişədə (hətta diplomatik) yardıma ümid etmək lazım gəlmir. Amma Kreml bildirir ki, təzyiq altında heç bir qərar qəbul etməyəcək. Əksinə, Rusiya ABŞ haqda cavab sanksiyaları hədəsi gəlir, lakin ekspertlər hələlik Amerika şirkətlərinin Rusiya ərazisində işləməsinə qadağa və onların əmlakının həbsindən savayı başqa ciddi variantlar ehtimal edə bilmirlər.

Danışıqlar və gərginliyin boşalması haqda isə hazırda tərəflərin heç biri danışmır. Görünür, bu qarşılıqlı şantajda ümidlərin yüksəlişi davam edir, bununla yanaşı dünya siyasətinin hazırda barışdırıcı, yaxud da heç olmasa, danışıqlar təşəbbüsçüsü kimi çıxış edə biləcək heç bir görkəmli subyekti görünmür. Belə ki azsaylı sülh tərəfdarlarının, habelə müharibənin tamamilə gerçək olduğunu yalnız indi başa düşənlərin kimə güvənəcəyi hələlik aydın deyil.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az