Bakıda fəaliyyət göstərən supemarketlərdən biri yanır.
Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığındakı "BigStar” supmarketində yanğın baş verib. Yanğının supermarketin anbarında başladığı bildirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürməyə çalışır. Marketdəki insanların hamısı təxliyə edilib.
Sabunçu rayon 13-cü Polis Bölməsindən Lent.az-a bildiriblər ki, hazırda yanğın davam edir. Bölmənin əməkdaşları hadisə yerindədirlər.
* * *
* * *
Bakıxanov qəsəbəsində yerləşən ticarət mərkəzinin yaxınlığındakı "BigStar" supermarketində baş verən yanğın söndürülüb.
Sabunçu Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, FHN-in əməkdaşlarının səyi nəticəsində yanğın tam olaraq söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...