• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Qüdslə Bakının fərqi

10:36 02.04.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Fazil MUSTAFA,
millət vəkili, BQP başqanı

Azərbaycanın dəyərli tədqiqatçı alimlərindən biri, tanınmış təhsil eksperti, dostum Etibar Əliyevin tez-tez müraciət etməyə ehtiyac duyduğum olduqca faydalı bir tədqiqat əsəri var. Ona görə buna tədqiqat əsəri deyirəm ki, eyni mövzuda çap olunan kitablardan fərqli olaraq internet resurslarından mexaniki şəkildə köçürülüb yazılmayıb, mükəmməl bir tədqiqat əsəri kimi xüsusi bədii zövqlə tərtib olunub.

Kitabın adı “Ədəbiyyat üzrə Nobel mükafatçıları”dır. Bu kitabın yenidən təkmilləşdirilmiş formada nəşri nəzərdə tutulur, bu özü də kitabsevərlər üçün inanıram ki, çox gözəl ərmağan olacaq. Bir neçə il öncə oradan oxuduğum maraqlı bir epizodu xatırlayıb nədənsə günümüzlə əlaqələndirmək istədim.

Kitabla tanışlığım zaman 1966-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı almış yəhudi əsilli yazar Şamuel Aqnonun ömür yolu və Nobel nitqində nə qədər böyük düşüncə və inanc adamının varlığı barədə bilgilər əldə etmişdim. Adamın faşistlər Berlində evini yandırırlar, əlyazıları külə dönür, yenə də ayaqda qalıb romanlarını yazmağa davam edir. İsrail dövləti yaranan ərəfədə Qüdsə dönür, orada da günlərin birində radikal ərəb gəncləri evini yandırır, əlyazıları yenə yox edilir, adam ruhdan düşməyərək yenə də əsərlərini yazmağa davam edir. Qısa müddət sonra İsraildə əksər yəhudilər ona mənəvi bir nüfuz sahibi kimi baxırlar, ondan yəhudilərin dahi düşüncə adamı kimi bəhs edirlər. Və sözümün canı olan epizoda nəhayət ki, gəlib çıxıram. Qüdsdə yanğından sonra yenidən bərpa olunmuş evində ahıl yaşında belə yaradıcılıqdan usanmayan bu yazıçını iş rejimi hər kəsi heyrətləndirirdi. Nobel mükafatı da almışdı, hər cür təminatı da vardı, beynəlxalq nüfuz sahibi idi, lakin ömrünün son gününə qədər yaşı səksəni haqlamış bu yazar hər gün yazı masasının arxasında idi, arxayınlaşmamışdı, şöhrətə təslim olmamışdı. Ən maraqlı məqam isə evinin qarşısında Qüds şəhər bələdiyyə başçısının hamının oxuya biləcəyi şriftlərlə asdırdığı bir xəbərdarlıq lövhəsi ilə bağlı idi. “Xahiş edirik sakitliyə əməl edəsiniz, bu evdə Aqnon əsərlərini yazır”.

Və bu təsvirlərin ardınca döndüm doğma Bakımıza. “Müvəqqəti narahatçılığa görə üzr istəyirik!” yazılan və təmir olunan və ya tikilən əksər binaların yüngül konstruksiyalı müvəqqəti hasarları boyunca dəfələlə təkrar olunan hamımıza tanış cümləni gözümün önünə gətirdim. Ümumi kütləyə müraciət formasının altında həm də bu məna yatır ki, çalışan-çalışmayan, düşünən-düşünməyən, faydalı-faydasız hər bir insan eyni mahiyyətdədir, kollektiv narahatçılığa görə kollektivdən də ümumi üzr istənilir. Əlbəttə, buradakı nəzakətə, üzrxahlığın formasına irad bildirməmiz ədalətsiz olar, sadəcə kollektiv qiymətləndirmə görəndə hər zaman bu qiymətin gerçək dəyərə ekvivalent olmadığını düşünürəm.

Və bir anlığa düşündüm ki, bizdə hansı düşüncə adamının, alimin, yazarın evinin qarşısında Aqnon üçün yazılanları eyni şriftlərlə, lakin idişcə deyil, türkcə yazmaq mümkün olardı? Çox düşündüm, tanıdığım, gördüyüm oxuduğum yaşayan yazarların, alimlərin, jurnalistlərin, rəssamların, bəstəçilərin, heykəlçilərin, mühəndislərin iş əmsalları ilə bağlı bildiklərimi, eşitdiklərimi çək-çevir etdim və anladım ki, Azərbaycanda o adamın axtarışı barədə çox düşünməliyəm. Çünki bu silsilədən müşahidə etdiyim əksər tanınmış və tanınmamış şəxslərin yaşlaşdıqca tükəndiyini, təkrarçılığını, zavallı laborantların, köməkçilərin, kompüter axtarışçılarının əməyinin mənimsənilməsi ilə professor, akademik, xalq yazıçısı, xalq şairi, əməkdar xadimlik obrazını davam etdirdiklərini açıqca söyləmək mümkündür.

Titullar, adlar, rütbələr çalışma hirsinin üzərini qapatmış, bu qədər ağrılı problemləri olan bir millətin və dövlətin düşüncə sferası daha çox qurbağaların quruldadığı bir bataqlıq məkanına çevrilmişdir. Yəhudi Aqnon səksən yaşında yəhudi xalqı üçün usanmadan yazırdı, həm də səviyyəli və faydalı yazırdı və ömrünün son anına qədər Allahın verdiyi zəkanın nemətlərini paylaşmaqdan usanmırdı. Türk Əhməd, Məhmət isə yetmişə, səksənə doğru addımlayır, yazır, yazdırır, ancaq yazdığının faydasına nə özünü, nə də öz millətini inandıra bilmir.

Bu qısa məzmunlu esseni tamamlamaq istədiyim anda o lövhəni haraya asmaq lazım olduğunu tapdım və sevindim. “Xahiş edirik sakitliyə əməl edin, bu evdə Şirməmməd müəllim çalışır!” Var belə bir azərbaycanlı! Yaşı doxsanı adlamış bu dəyərli alim, pedaqoq, düşüncə adamının usanmadan və mükafat ummadan millətinin gələcəyi üçün gənclərimizin əksəriyyətindən daha çılğın şəkildə çalışdığını yaxından tanıyanlar yaxşı bilir axı…Həm də bu çalışmaların keyfiyyəti, faydası, gərəkliliyi qətiyyən müzakirə mövzusu ola bilməz. Sanki hər cümləsində haqlı olaraq Məhəmməd Əmin Rəsulzadəni tanımadan Azərbaycanlı olsanız da, Azərbaycanda olsanız da, Azərbaycanı yaşaya və daşıya bilməzsiniz deyir bu adam!

Mərhum Müşfiq demişkən, “arzuya bax, sevgilim!” Azərbaycanda bu xəbərdarlıq lövhəsinin haradansa asılması yəqin ki, arzu olaraq da qalacaq. Söhbət təkcə lövhədə xatırlanacaq şəxsiyyətdən getmir, hərçənd ki, bu cür şəxsiyyətləri tapmaq da uzun illər müşkül məsələ olacaqdır. Söhbət həm də ondan gedir ki, 27 illik müstəqil dövlətimizdə bu lövhəni asmaq barədə qərar verəcək Bakı Şəhər Bələdiyyəsi yoxdur. Ancaq neçə illərdir Bakıda Bələdiyyə Teatrı var. Teatrda isə reallıqlar deyil, arzular oynanılır. Tamaşaçılar isə Qüdsdən gəlməyib, bizik, bizlərik…

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az