Martın 27-də İctimai Televiziyada prezidentliyə namizədlərin sayca 5-ci debatı baş tutub
Prezidentliyə namizəd Razi Nurullayevin debatda ailə qurmayan xanımlarla bağlı müraciəti müzakirələrə səbəb olub.
“AzPolitika”nın məlumatına görə, R. Nurullayev çıxışında qeyd edib ki, dinin siyasətdən ayrı olmasını istəsə də, bəzi sahələrdə İslam əxlaqının formalaşmasının tərəfdarıdır: “Bizim yeni İslam modelimiz də bunu özündə ehtiva edir. Azərbaycanın mental xüsusiyyətlərinin təsiri nəticəsində çoxsaylı ailə qura bilməyən qadınlarımız var. Bundan başqa, fiziki məhdudiyyətli xanımlarımız var. Bu və ya digər səbəblərdən ailə qura bilməyən xanımlarımız var. Bizim yeni İslam modelimiz bu məsələləri həll etmək üçün əsaslara malikdir. Bizim xanımlar gözəldir və xoşbəxt olmaq onların haqqıdır. İslam dini də bunu təbliğ edir”.
MilliYol.Az
Digər xəbərlər
loading...