• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Gündəm

İŞİD-ci “Həmzə”nin Sədərəkdən Suriyaya gedən yolu həbsxanada bitdi

15:15 22.03.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Atam ürək xəstəsidir. Suriyada olmağımı əvvəlcə valideynlərimdən gizlədirdim, sonra özüm dedim. İradlarını bildirdilər, geri qayıtmağımı istədilər. Onlara mövqeyimdən dönməyəcəyimi söylədim. Lakin baş verən proseslər, İslam dininin ayrı-seçkiliyi məni təngə gətirmişdi, Suriyada qala bilmirdim. Ona görə də, geri dönməyə qərar verdim”

“Xalid Azəri”nin rəhbərlik etdiyi “Azəri camaatı”na qoşulan, sonradan peşman olub Azərbaycana dönən Həsrət Əliyev ifadəsində belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Suryiada gedən döyüşlərdə iştirak etməkdə ittiham olunan Şamaxı rayon sakini, 30 yaşlı Həsrət Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Həsrət Əliyev Suriyanın Artma vilayətində fəaliyyət göstərən “Xalid dayı” ləqəbli Rövşən Bədəlovun (Artmada İŞİD-in Qafqaz üzrə komandiri, əslən Tərtər rayonundan olan Rövşən Bədəlov 2014-cü ilin oktyabr ayında koalisiya qüvvələrinin Kobanidə həyata keçirdikləri bombardman zamanı 25 adamı ilə birlikdə öldürülüb. Qeyd edək ki, 2000-2001-ci illərdə Pankisi ərazisində “Qarabağ Partizanları” qrupunu yaradan Bədəlov həmin birləşməyə liderlik edib. 2002-ci ildə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq, Qarabağda döyüşmək istəyən R.Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub. 2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib, İŞİD sıralarına qoşulub. Gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan R.Bədəlov qısa müddət ərzində “Qafqaz əmiri” vəzifəsinə yüksəlib - red.) yaratdığı “Azəri camaatı” adlı qanunsuz silahlı birləşmənin tərkibinə daxil olub. R.Bədəlovun texniki işlər üzrə tapşırıqlarını yerinə yetirib, cinayətkar birliyin fəaliyyətində iştirak edib. 2013-cü ilin noyabrında Suriyanı tərk edərək Azərbaycana qayıdıb.

Sözügedən cinayət əməlini törətməkdə şübhəli bilinən H.Əliyev ötən ilin oktyabrında saxlanılıb. Onun barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Özünə “Həmzə” dini ləqəbi götürən Həsrət Əliyev ifadəsində 2013-cü ildən İslam dininin “əhli sünnə” təriqəti üzrə ibadət etməyə başladığını, Suriyada və digər ərəb ölkələrində gedən siyasi prosesləri izlədiyini, hadisələri mətbuatdan, internetdən deyil, özü görmək istədiyini deyib. “Sədərək” Ticarət Mərkəzində çalışıb, Suriyaya getmək üçün pul toplayıb, əqidə yoldaşları Ramiz və Davudla birgə 2013-cü ilin mayında Türkiyəyə yola düşüb. Onları İstanbulda Davudun milliyyətcə türk olan dostu qarşılayıb, onun vasitəsilə Artma vilayətinə keçiblər, ev kirayələyib iki aya yaxın həmin evdə yaşayıblar. Ramizlə Davud “Abu Yahya” dini ləqəbli Nicat Aşurovun rəhbərlik etdiyi dəstəyə qoşulub. “Həmzə” isə Artmadakı digər azərbaycanlılarla maraqlanıb, türklər ona “Xalid dayı”nın yaşadığı evi göstəriblər.

“Azəri camaatı” iki yerə - “Xalid Azəri”nin və “Abu Yəhya”nın başçılıq etdiyi silahlı dəstələrə bölünüb. “Azəri camaatı”nın qərargahı Artma qəsəbəsindəki yüksəklikdə yerləşib. “Xalid Azəri”nin dəstəsində azərbaycanlılarla yanaşı, müxtəlif millətlərin nümayəndələri də fəaliyyət göstərib. Qruplaşmada heç kəsə öz rəsmi adı ilə müraciət edilməyib, hamının ləqəbi olub. Azərbaycandan Suriyaya üz tutanlar ilk olaraq “Xalid dayı”nın - R.Bədəlovun yanına gediblər: “Mən “Abu Yahya”nın kim olduğunu bilmirəm. Artmadakı türklərin köməkliyi ilə “Xalid dayı”nı tapdım, tanış oldum, orada ailəsi ilə birgə yaşayırdı. Pulumun qurtardığını, kirayə pulunu ödəyə bilmədiyim söylədim, köməklik istədim. “Xalid dayı” məni yaşadığı evin həyətindəki birotaqlı tikilidə yerləşdirdi”.

H.Əliyevin ifadəsinə görə, “Xalid dayı”nın evində qaldığı müddətdə sakit həyat tərzi sürüb, ibadət edib, idmanla məşğul olub, dini kitablar oxuyub: “Yaşadığım ev “Azəri camaatı” nın Artmada yerləşən düşərgəsinin ərazisində idi. Səhərlər idman etdiyimə görə “Xalid dayı”nın məsləhəti ilə “Abu Hamza”ya məxsus muaskara (təlim mərkəzi) gedirdim. Həmin təlim mərkəzi açıq havada yerləşirdi, orada müxtəlif millətlərdən olan şəxslər vardı”.

Artmada olduğu müddətdə Şamaxıda yaşayan valideynləri ilə bir neçə dəfə əlaqə saxlayıb. Onlara Türkiyədə işlədiyini söyləyib: “Atam ürək xəstəsidir. Ona görə Suriyada olmağımı əvvəlcə valideynlərimdən gizlədirdim. Amma sonra özüm dedim. İradlarını bildirdilər, geri qayıtmağımı istədilər. Onlara mövqeyimdən dönmədiyimi söylədim. Lakin baş verən proseslər, İslam dininin ayrı-seçkiliyi məni təngə gətirmişdi, Suriyada qala bilmirdim. Ona görə də, geri dönməyə qərar verdim. “Xalid dayı”dan 400 dollar borc alıb Azərbaycana qayıtdım”.

Həm istintaq, həm də məhkəmə dövründə H.Əliyev döyüş əməliyyatlarında iştirak etmədiyini, hərbi təlimlərə, döyüş növbətçiliyinə qoşulmadığını, əsasən “Xalid dayı”nın məişət xarakterli göstərişlərini yerinə yetirdiyini deyib: “O vaxt Suriyaya gedib-gəlməkdə problem yox idi. Qadağan olduğunu bilmirdim. Bilsəydim, getməzdim. Suriyadan qayıdandan sonra ailə həyatı qurdum, hazırda iki uşağım var. Bütün bunları nəzərə almağınızı xahiş edirəm. Əməlimdən peşmanam".

Cinayət işi üzrə şahid qismində dindirilən dini ləqəbi “Əhməd” olan Vladimir Marfin ifadəsində (Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 sentyabr 2016-cı il tarixli qərarı ilə 14 il 6 ay azadlıqdan mıhrum edilib - red.) göstərib ki, 2013-cü ilin avqustunda “Xalid dayı”nın rəhbərlik etdiyi camaatın yerləşdiyi düşərgəyə gələndə “Həmzə” ilə görüşüb: ”Gənc oğlan idi, 23-24 yaşları olardı. 15-20 günə yaxın “Həmzə” və digər mühacirlərlə birgə düşərgədə qaldıq. Nisbətən dinc həyat tərzi sürürdü. Heç vaxt onun əlində silah görməmişəm. Döyüş növbətçiliyinə də çıxmırdı. Hərbi təlimlərdə iştirak etdiyinin də şahidi olmamışam. O, ya Artmada yaşayan ərəblərin evlərinə, ya da xəstəxanalara gedirdi. Bir dəfə Qurban bayramı ərəfəsində “Həmzə” qurban paylarını aparıb xəstəxanaya çatdırmışdı. Bildiyimə görə, kiməsə biət etməmişdi”.

Məhkəmənin hökmü ilə Həsrət Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Etiket:

Digər xəbərlər

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az