• Xəbər lentİ
Fləş

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

11:14 / 17.06.2026

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

10:49 / 17.06.2026

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

10:22 / 17.06.2026

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 18 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Siyasət

“Xaricdə yaşayan bəzi azərbaycanlılar düşmənlərimizin sırasında dayanıblar”

19:14 14.03.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
“Bu problemin çözümü ilə Cümhuriyyətin qurucularının mühacir irsinin mənəvi varisi deyə biləcəyimiz diaspor nümayəndələrimiz məşğul olmalıdır”

“Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...”.
 
APA-nın məlumatına görə, bunu bu gün “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yazıb.
 
Ə. Həsənov qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Cümhuriyyətimizin yubileyi dövlət səviyyəsində qeyd ediləcək, il ərzində həm Cümhuriyyət, həm Cümhuriyyət dövrü təsis edilmiş ayrı-ayrı qurumlar, həm də Cümhuriyyətimizin qurucuları ilə bağlı silsilə tədbirlər keçiriləcək: “Müsəlman Şərqində respublika üsuli-idarəsinə söykənən ilk demokratik dövlətin, dini, irqi, sosial fərqlərə baxmadan öz müqəddəratını vahid siyasi etnos kimi təyin edən, müasirliyə açıq, dünyəviliyə, liberalizmə sadiq bir icmanın tarix səhnəsinə daxil olması keçmişimizin qürurverici dövrüdür. Müsəlman Şərqi və Şərqi Avropada qadınlara ilk dəfə bərabər hüquqları tanıyan, Şərqdə ilk əlifba və dil islahatı aparan, seçki sistemini liberallaşdıran, ilk yeni teatr və müasir musiqi ənənəsi yaradan və digər ilklərə imza atmış ölkə və etnos olmağımızla necə fəxr etməyək?!  Amma Cümhuriyyət sadəcə hüquqi varislik deyil, biz Cümhuriyyətimizin, onun qurucularının mənəvi irsinə varisliyi də bacarmalıyıq. Yalnız dövlətimiz o zaman təsis edilmiş rəsmi qurumların davamçıları deyil, insanlarımız da o böyük irsin, Cümhuriyyət qurucularının mənəvi keyfiyyətlərinin daşıyıcıları olmalıdır”.
РЕКЛАМА

www.bakcell.com
Подробнее
Native Video by Adributor

 
Azərbaycan prezidentinin köməkçisi bildirib ki, qurucu ata-babalarımızın həm Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində sərgilədiyi fəaliyyət, həm də Cümhuriyyətin süqutundan sonra mühacirət dövründəki Vətənə, milli dövlətçilik ideallarına sədaqətli xidmət nümunələri mənimsənilməsi vacib olan nümunəvi irsdir: “Məsələn, Əlimərdan bəy Topçubaşov Azərbaycan Cümhuriyyətinin süqutundan keçən illər ərzində çəkdiyi məşəqqətlərə, düçar olduğu çətinliklərə, düşdüyü maddi sıxıntılara baxmayaraq cəmi 23 ay yaşamış AXC-yə sədaqətini ömrünün sonunadək qoruyub saxlayıb. Hərçənd şirnikləndirici təkliflər yetərincə idi. Hələ XX əsrin əvvəllərində qonşu ölkələrdən biri ona hüquqi təhsilinə uyğun olaraq ən yüksək post - nazir postu da təklifi etmişdi. Bu və ya digər səbəblərdən Vətəndən uzaq düşmüş çoxsaylı həmvətənlərimizin əksəriyyəti keçmiş illərdə və günümüzdə bəhs olunan müsbət ənənəni yaşatsa da, təəssüf ki, heç də hamı haqqında eyni fikirləri söyləmək mümkün deyil. Bəzən bu və ya digər yüksək postu tutmaq müqabilində deyil, sadəcə “komfortlu iaşə obyektindən istifadə imkanı”qazandığına görə milli ideallarımıza xəyanət yolu tutan və milli maraqlarımıza qarşı çıxanlar da tapılır. Daha komfortlu iaşə obyektlərindən istifadəni reklam etmək, bu və ya digər kuluarlarda, kulislərdə görünmək, doğrudanmı, insanları Qərb dəyərlərinin, liberalizmin, müasirliyin simvoluna çevirir? Özünü Qərb dəyərlərinin daşıyıcı olduğuna inandırmaq milli idealları, dəyərləri, dövlətçiliyi, milli savaşı inkar etməyə əsas verirmi? Komfortlu iaşə obyektlərinin üzərinə şüarlar yazıb, şəkil yapışdırmaq, sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə insanı azadlıq mücahidinə çevirirmi? Yaxın Şərq coğrafiyasında son 10 ildə yaşananlara nəzər salın. Guya hakimiyyətə qarşı mübarizə adıyla səfərbər olunub antimilli, ekstremist düşərgədə yer alan, əllərində silah doğma vətənlərinin yerlə-yeksan edilməsində həlledici qüvvə kimi istifadə olunan vətəndaşlardan xəbəriniz yoxmu məgər?”.
 
Ə. Həsənov hazırlandıqları xüsusi düşərgələrdəki komfortlu iaşə obyektlərinə aldanan belə şəxslərin öz doğma yurdlarını xarabazarlığa çevirdiyini, doğmalarına komfortsuz həyatı belə dar etdiklərini vurğulayıb: “Bütün bu dəhşətləri görmək və müvafiq nəticə çıxarmaq üçün heç də alim, siyasətçi olmağa ehtiyac yoxdur. Qərbdə formalaşdırılaraq inkişaf perspektivi olan və Avropanın durğun cəmiyyətinə dinamika nümunəsi göstərən müsəlman ölkələrinə qarşı son illərdə istifadə edilən neçə-necə məkrli ssenariləri, çirkin planları, dəhşətli vətəndaş müharibələrini görmürsünüzmü?! Azərbaycan dövləti öz təhlükəsizliyini bərqərar edərək, coğrafiyamızın sabitlik adasına çevrilib. İndi bu sabitliyin qəsdinə duranlara, ölkəmizə qarşı istənilən formada mübarizə aparmağa hazırlaşanlara, hətta əllərinə silah alaraq ölkəmizi dağıtmağa belə hazır olanlara üzümü tutaraq sual edirəm: onlarla, yüzlərlə qohum-əqrəbanız sabah Yaxın Şərq və Şimali Afrika ölkələrinin qaçqınlarının nümunəsində sizin məskunlaşdığınız o dövlətlərə üz tutsalar, özünüzü necə hiss edəcəksiniz? Yaxud da “PYD”, “İŞİD” və sairə adlarla silahlandırılaraq qruplaşdırılan dəstələrin sırasında öz ölkənizin sərhədlərini adlayaraq doğulduğunuz, yaşadığınız yurdu yerlə-yeksan etmək missiyası sizə həvalə ediləndə özünüzü necə hiss edəcəksiniz? Neçə illərdir Avropada yaşayırsınız və yaşadığınız ölkələrdə əxz etməyə çoxsaylı müsbət nümunələr var: vətənpərvərlik nümunəsi, vətəni və xalqı sevmək və təmsil etmək nümunəsi, dinc siyasi mübarizə nümunəsi, həqiqi ictimai fəallıq və s. Amma siz daim tərif və təlqin etdiyiniz bu mədəni Avropada gör nə nümayiş etdirirsiniz?- Opponentlərin ünvanına söyüş və təhqirlər yağdırmaq, dövlət simvollarını aşağılamaq, siyasi rəqibləri mənəvi və fiziki təhqirlərə məruz qoymaq, mənəviyyatsız söyüş və çağırışlar etmək. Hə olardı, heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz. Onların necə siyasi debat apardıqlarını, bir-biri ilə siyasət və opponentlik dilində necə hörmət və izzətlə davrandıqlarını nümunə kimi əxz edəydiniz. Belə bir deyim var ki, insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda malik olduqları mədəni-mənəvi keyfiyyətlərinin dili ilə danışırlar”.
 
Azərbaycan prezidentinin köməkçisi tələbəlik illərindən xatirində qalan bir hadisədən bəhs edib: “Cimmi Karter 1980-ci illərin prezident seçkilərində aktyor Ronald Reyqana məğlub olmuşdu və bir müddət sonra Moskvaya gəlmişdi. O zaman rus jurnalistindən birinin ona ünvanladığı opponenti və ABŞ-ın seçki sistemi haqqındakı yönəldici sualına bilirsinizmi o hansı cavabı vermişdi?! O söyləmişdi ki, “mən rəqibimlə öz siyasi mübarizəmi ABŞ-da aparıram, xaricdəsə amerikalıyam və ABŞ-ın maraqlarını təmsil edirəm”. Bu gün İlham Əliyevin təmsil etdiyi hakimiyyətə qarşı opponentlik edənlər öz mübarizələrini sərbəst formada Azərbaycanda- yerli informasiya resurslarında, sanksiyalaşdırılmış aksiyalarda, parlament tribunalarında aparırlar. O mübarizənin sərtliyi heç də iaşə müxalifətçiliyindən daha aşağı tonda deyil. Amma buna görə kimsə təqib olunmur, 25 illik müxalifət yenə də öz ampluasındadır və yoluna davam edir”.
 
Ə. Həsənov təəssüf ki, xaricdə yaşayan bəzi azərbaycanlıların bu gün bizim mili davanın sıra əsgərləri deyil, düşmənlərimizin sırasında və ön cərgəsində dayandıqlarını bildirib: “Onların Azərbaycan dövlətinə qarşı aksiyaları belə sinxrondur - eynilə bu gün ABŞ-da iaşə müxalifəti və separatçı qurumun planlaşdırdığı aksiyalar kimi. Vətənpərvərlik duyğusunu, Vətən əxlaqını itirmək böyük faciədir. Bu, sadəcə bir fərdin və onun mənsub olduğu ailənin problemi deyil, belələri anti-Azərbaycan dairələrin əlində alətə çevrildikləri üçün bütün xalqımızın problemidir. Bu problemin çözümü ilə ilk növbədə ailələr və xaricdə yaşayan, Vətən əxlaqını qoruyan, Cümhuriyyətin qurucularının mühacir irsinin mənəvi varisi deyə biləcəyimiz diaspor nümayəndələrimiz məşğul olmalıdır”.

Etiket:

Digər xəbərlər

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

17.06.2026
Kevin Medina

Kevin Medina "Qarabağ"dan getdi

17.06.2026
Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

17.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Azərbaycanlı futbolçu

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

17.06.2026
20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

17.06.2026
Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

17.06.2026
MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

17.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az