• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

İran mediası Trampın təyinatlarına ümumi narahatlığı ifadə edir - Təhlil

16:50 14.03.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Əziz Rzazadə

Strateq.az


2001-ci ilin 11 sentyabr terror aktından bəhs edən “The Looming Tower” (“Kabus qüllə”) filmində bir CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) əməkdaşı deyir: “Mənə amerikalıları qorumaq üçün məvacib verilir, başqa millətdən olanlar vecimə deyil”. Donald Trampın dövlət katibi xarici səfərdən geri çağıraraq istefaya göndərməsi və yerinə CIA direktoru Mayk Pompeonu təyin etməsi istər-istəməz indi bu cümləni yada salır. ABŞ tarixində ilk dəfə kəşfiyyat xidməti rəhbərliyinə qaranlıq əməliyyatlar və gizli həbsxanalarla bağlı adı hallanmış Cina Haspelin teleserialın personajlarından birinə bənzərliyini də…

Trampın “tacirlər və hərbçilər administrasiyası”da təmsil olunan Tillersonun istefaya göndəriləcəyinə dair ilk müjdəni verən “Washington Post”un xəbəri nəhayət, martın 13-də rəsmi təsdiqini tapdı.

Anonsa marağını gizlətməmiş İran mediası bu gün Ağ Evdəki köhnə kabinənin seyrəlməsi və Mayk Pompeo və Cina Haspelin təyinatlarını ilk səhifələrə çıxarıb.

Trampın yeni qərarlarını manşet başlıqları və baş məqalələrdə əks etdirmənin səbəbi gün kimi aydındır: Reks Tillersonla ABŞ prezidenti arasında əsas ixtilaflardan biri İranla, o cümlədən nüvə sazişi ilə bağlıdır.

Əslində, hazırkı administrasiyanın Milli Təhlükəsizlik Strategiyasında ABŞ-ın hədəfləri aydın göstərilib. Amma ehtimal ki, Pekinin tövsiyəsi ilə Şimali Koreyanın danışıqlara razılığı, Rusiyanın hədələrindən sonra Moskva ilə qarşıdurmadan çəkinmədən sonra həmlə açıq yeganə məkan qalırdı – İran.

Suriya-İraq bölgəsində İİKK-nin əməliyyatlarına rəhbərlik edən general Qasim Süleymaninin MKİ-nin sabiq direktoru Mayk Pompeonun məktubunu oxumadan zərfi geri qaytarması, Trampın öz etirafı ilə, İranın gizli anlaşma təklifini rədd etməsi qapının tam çırpılması idi.

Administrasiya sahibinin İrana, “5+1” müqaviləsinə dair mövqeyini bölüşən Mayk Pompeonun Dövlət Departamenti rəhbərliyinə gətirilməsi Tehranda ciddi narahatlıq doğurub.

Bunun isbatı nöqtəsinə-vergülünə toxunmadan və şərh vermədən gətiriləcək sitatlardır:

“Ruzan” qəzeti – “Ağ Evdə İrana zidd çevrənin yaradılması tamamlandı”.

“Arman” qəzeti – “Mayk Pompeo Respublikaçılar Partiyasında ifrat sağçılardan biri və İrana düşmənçilik, o cümlədən nüvə razılaşması əleyhinə olan düşüncə xəttinin tərəfdarıdır. O, ötən il “Twitter”-də İranla sövdələşməyə dair yazmışdı ki, “Biz dünyada terrorizmin ən böyük dəstəkçisi ilə fəlakətli sazişin ləğv edilməsini həsrətlə gözləyirik…”

…Bostondakı marafonda törədilən terror hücumundan sonra Pompeo Birləşmiş Ştatlardakı islamçı təşkilatların liderlərini tənqid etmiş, aksiyaya mövqelərini açıqlamağa, əks halda, terrorçularla əməkdaşlıqda ittiham ediləcəyini bildirmişdi”.

“Etemad” qəzeti – “Reks Tillerson Dövlət Departamentindən qovulana qədər administrasiyaya üzv olmuş ilk şəxslərdən biri idi. Son 14 ayda onunla Tramp arasında şəxs söhbətlər və tez-tez baş verən mübahisələr dəfələrlə Amerika KİV-lərində dərc edilib. Hətta Tillersonun bir dəfə Donald Trampı “səfeh” adlandırması da… Donald Tramp jurnalistlərə açıqlamasında Tillersonla mübahisələrin İranla bağlı olduğunu desə də, bu ixtilaflar yalnız İranla bağlı deyil… O, Şimali Koreya lideri Kimlə görüşmək qərarını dövlət katibi ilə razılaşdırmayıb… Tilleson həmişə Birləşmiş Ştatların iqlim sazişi və İranla razılaşmadan imtinasına müqavimət göstərib… Britaniyada öldürülən sabiq rus casusunun qətlində Rusiyanı təqsirkar adlandırıb…”

“İran” qəzeti – “Donald Tramp Şimali Koreya ilə bağlı qərar qəbul edərkən, Tillerson kimi mötədil siyasətçinin rəhbərlik etdiyi Dövlət Departamentinin təpkisi kəskin idi. Bu arada, Mayk Pompeo Fox News-a açıqlamasında “Şimali Koreyaya heç bir güzəşt olmayacaq”, – demişdi”.

“Bahar” qəzeti – “Nikki Heyli Twitter səhifəsində yazıb ki, Pompeonun ABŞ dövlət katibi vəzifəsinə təyinatı “Birləşmiş Ştatlar prezidentinin əla qərarıdır”. Digər tərəfdən, Senatın demokrat qrupunun lideri Çak Şumer deyib: “Bu hökumətdəki qeyri-sabitlik Birləşmiş Ştatları bütün sahələrdə zəiflədəcək. Ümid edirik ki, Pompeonun vəzifəyə təyinatı təsdiqləndiyi halda, Putin və Rusiyaya münasibətdə xarici siyasətimizdə yeni səhifə açılacaq”.

“Tecarət” qəzeti – “Bill Klintonun Şimali Koreya üzrə sabiq müşaviri və İranla nüvə proqramına dair danışıqlarda əsas vasitəçi Vendi Şerman hazırkı administrasiyanın gələcək danışıqlar ssenarisi barədə danışarkən, nəticənin müharibə olacağını deyib”.

“Cəhane sənət” qəzeti – “Tramp dedi ki, onunla Pompeo arasında düşüncə eyniliyi var. Prezident, həmçinin Şimali Koreya ilə bağlı qərar qəbul edərkən, Tillersonla məşləhətləşmədiyini etiraf etdi”.

“Cavan” qəzeti – “Tramp bir daha İranın ballistik raket proqramına qarşı çıxdı və Tehranı terrorçuluğu dəstəkləməkdə ittiham etdi”.

“Comhuriye Eslami” qəzeti – “Pompeo anti-İran mövqeyindədir”.

“Xorasan” qəzeti – “Tramp və dövlət katibi arasında mübahisələr NATO-Rusiya münasibətləri, İran və Şimali Koreya ilə mübarizəyə qədər geniş spektrli məsələləri əhatə edirdi”.

“Şərq” qəzeti – “Pompeo bölgədə İran təsirinin genişlənməsi və iddialarının yatırılmasında münbit platforma tapılması tərəfdarıdır”.

“Vətəne emruz” qəzeti – “Tillerson İranla nüvə sazişinin tərəfdarı idi”.

“Həmşəhri” qəzeti: “Trampın kabinəsi davakarlaşdı”.

Bu sayaq şərhlərin yaxın günlərdə davam edəcəyi, mümkün nəticələrə dair proqnozlar veriləcəyi yüzdə-yüzdür. Amma “Təsnim” xəbər saytı bu baxımdan quşu gözündən vurub. ABŞ-ın “Politico” nəşrindən sitat gətirən sayt yazıb: “Birləşmiş Ştatlar prezidentinin yeni təyinatları ilə çərşənbə axşamı İranla saziş vəfat etdi”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az