• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

İranlıların siyasi təfəkküründə Rusiyaya qarşı kin niyə həmişə diridir?

12:50 13.03.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Əziz Rzazadə

“Strateq”


Rusiya, Türkiyə və İran prezidentləri aprelin ilk günlərində İstanbulda bir araya gəlməlidir. Bundan əvvəl, martın 16-da Astanada üç ölkənin diplomatları Suriya münaqişəsi ilə bağlı növbəti müzakirələr aparacaq. Tərəflərin ara-sıra kəskinləşən ağız davasına baxmayaraq, təmkinli davranış davam edir. Halbuki bu əməkdaşlığın günlərin bir günü tükənəcəyinə əminlik getdikcə daha çox güclənir.

O cümlədən çatları böyüyən Rusiya-İran birgə səylərinin xitam anı zamanın ixtiyarındadır.

Son müddətdə istər Moskva, istərsə də Tehran öz münasibətlərini strateji ortaqlıq kimi səciyyələndirsə də, hökumətpərəst və müxalif mediada əks notlar oxunur.

“Bəlkə də rəsmilərin bir-birinə deyə bilmədiyini KİV-lər çatdırırlar” təəssüratı, yaxud möhtəkirliyi də bundan yaranır.

Bədii bənzətmə aparsaq hazırda Suriya sahəsində İran və Rusiyanın səyləri eyni dəmirçixanada çalışan iki nəfərin ortaqlığını xatırladır. Biri ocağı körükləyir, digəri çəkici isti metala endirir. Sonra hər ikisi ardıcıllıqla zindana zərbə vururlar. Amma fərqli düşüncələrlə…

İran mediasına ötəri nəzərdən də oxşar qoxu duyulur – “dostluq öz yerində, amma…”

Əslində, iranlı analitiklərin bir kəlamını qəribçiliyə salmaq ədalətsizlikdir. Həqiqətən, “Rusiyaya etimadsızlığın uzun bir tarixi var”. Bu tarix haqqında danışarkən, söhbət, əlbəttə,  “ənənəvi” köhnə əhvalatdan başlanır: 1800-cü illərin əvvəllərində rus imperiyası ard-arda iki müharibədə İran ordusunu məğlub edərək, 1813 və 1828-ci illərdə iki müqaviləyə əsasən, Qafqazı, daha sonralar Orta Asiyanı “müqəddəs taxtdan” qoparıb.

(Düzünə qalsa, hekayəti “Tarixi-Nadir”dən, daha doğrusu, hələ siyasi “İran” istilahının mövcud olmadığı I Pyotrun Xəzər sahillərinə yürüşündən, II Yekaterina dönəminin hərbi əməliyyatlarından başlamaq olardı.)

Daha sonra söz 1900-cü illərin əvvəllərinə gətirilir. Məşrutə Hərəkatının məğlubiyyətində və istibdadın güclənməsində Rusiya-İngiltərə əməkdaşlığı, İranın nüfuz dairələrinə bölünməsi, eyni yüzilliyin 40-cı illərində təkrarlanan işğal, 1979-cu ilin İslam İnqilabından sonra Ayətullah Xomeyninin İranın düşmənləri kimi qınadığı ABŞ-ı “Böyük şeytan”, Rusiyanın sələfi Sovet İttifaqını isə “ondan betər” adlandırması ilə əhvalatın ana xətti davam etdirilir.

İnqilabdan sonrakı ilk illərdə, İrana qarşı səkkiz illik müharibəyə başlayan İraq diktatoru Səddam Hüseyni Rusiyanın silahlandırması da Moskvaya qarşı tarixi kinin bir parçasıdır. Hətta Sovet İttifaqının süqutundan sonra nisbi yaxınlaşma, diplomatik əlaqələrin artırılması belə iranlıların siyasi təfəkküründə Rusiyanın simasına müsbət cizgilər verməyib.

Buşəhrdə atom elektrik stansiyasının işə salınmasında və “S-300” hava hücumundan müdafiə sisteminin çatdırılmasında daimi gecikmələr də kütləvi yaddaşdan silinməyib.

Ədalətli olmaq lazımdırsa, son nəticədə, ruslar öz öhdəliklərinin hamısını yerinə yetiriblər. Üstəlik, Moskva-Tehran yaxınlaşması nüvə danışıqları əsnasında belə İrana möhkəm arxanı təmin edib. Rusiyanın Suriyadakı iştirakına gəlincə, Bəşər Əsədin indiyədək hakimiyyətdə qalması Moskvanın müdaxiləsi olmadan mümkün deyildi.

İran KİV-lərinin hesabatlarında, şübhəsiz, Rusiya ilə əməkdaşlığın bu yeni səhifələri, artıq tarixə düşmüş sətirlər inkar olunmur. Amma xəyali qorxular və şübhələr, yəqin ki, qalıcıdır. Çünki hər iki dövlətin keçmişə güclü bağlılığı var. Hətta ən ali səciyyələrdəki görüşlərdə arxada qalmış zamanın hansısa boğçası açılır, müntəzəm təmaslarında diplomatlar qoltuqaltında tutduğu salnamələrdən misallar gətirir, media ictimai fikri tarixi faktlarla diksindirir.

Bir sözlə, azca hikmətli, azca hikkəli yanaşmanı aparıcı dövrü nəşrlər və onlayn nəşrlərin, demək olar ki, hamısında görmək mümkündür. Məsələn, “Aftab-e Yəzd” Vladimir Putinin Rusiyanın nə İran, nə də Şimali Koreya olduğuna dair Ağ Evə etirazını təhqiramiz kimi qəbul edir. İranın kiçildilməsindən, cılızlaşdırılmasından təsirlənərək Rusiya ilə məsafəli davranmanın vacibliyini vurğulayır və təbii ki, dəlillərini qan yaddaşı ilə möhkəmləndirir.

“Mərdom-e Salari” də “ruslar əmindirlər ki, Putinin prezidentliyi ilə sovet dövrünün qüdrətini qaytaracaqlar”, – deyə tarixə baş vurub yaxın günlərin bir hadisəsinə diqqət yetirir. Konkret: xarici işlər naziri Lavrovun Valday Konfransında “sionist İsraili dənizə tökməyin vacibliyini” ifadə etmiş XİN rəhbəri Zərifi sözlə kötəkləməsini…

İslahatçılara meylli qəzet də Rusiyanın cazibəsinə çox yaxınlaşmamağı, Qərblə bütün körpüləri yandırmaya lüzum olmadığını vurğulayır.

Eyni siyasi cinaha mənsub “Qanun” qəzeti Rusiya prezidentinin Federal Məclisə müraciətindən sonra onun “sülh göyərçini” olmasını şübhəyə alıb. Bu, “Kinjal” (“Xəncər”) supersonik qanadlı raketlərinin Cənub Hərbi Dairəsində (Şimali Qafqazda) sınaqdan çıxarılmasının Tehranda doğurduğu narahatlıq kimi də oxuna bilər.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sabiq rəhbəri Mohsen Rezai isə mühafizəkarlara yaxın “Tabnak” xəbər saytında yazır: "Rusiya və Suriya arasında razılaşmaya əsasən, İran və İran şirkətləri yenidənqurma prosesindən qismən kənarlaşdırılıb. Suriyaya sərmayə yatırımı və bir sıra sektorlarda Suriya və Rusiya arasında konsorsiumda iştirak üçün İran, ilk növbədə, ruslarla danışmalıdır. Bu, möhtəkirlik deyil, hökumətdə müzakirə olunan bir məsələdir və İran hökuməti bundan narahatdır".

Xəbər saytında deyilir ki, "İranlı rusiyapərəstlər (rusofillər) rusların vədlərinə xilaf çıxması və milli maraqlara zərbə vurması barədə danışmaq istəmirlər. BMT-də İran əleyhinə qətnamələr qəbul edildikdə, ruslar bizi tək qoydular və lazımi müdafiə sistemlərini təslim etmədilər və indi Suriyada iranlıların səylərinin barını özləri toplayırlar…"

Amma “Qanun” qəzeti İran prezidenti Həsən Ruhaniyə istinadən "İran İslam Respublikası yenidənqurma prosesində fəal iştirak etməyə hazırdır", – deyə mühafizəkar Rezainin iddiasını təkzib etməyə çalışır. Bununla belə xəbərdar edir: "Bəşər Əsəd və ya İŞİD sonrası dövrdə, yenidənqurma çağında İranın hədəflərinə çatmasına maneə törədəcək istənilən bir insana bu imkanı verməməliyik. Çünki milli maraqların bir hissəsi iqtisadi və maliyyə məsələlərinə bağlıdır".

Həmin nəşr “böyük və kiçik şeytan” məsəlini yenidən yaxın tarixi yaddaşdan qurdalayıb üzə çıxarır: “Əgər ABŞ-ın “Böyük Şeytan”dırsa, Rusiyanın İran və iranlıların xəyanətinə də tam zəmanət var və o yalnız öz maraqlarının təmininə səy göstərir".

Hazırda “Zeytun budağı” əməliyyatına Moskvanın yaşıl işıq yandırması da İran KİV-lərində etirazla qarşılanır. “Ebtekar” qəzeti Türkiyənin addımlarını ABŞ və Rusiya ilə ikili oyun kimi səciyyələndirir. Türk ordusunun Afrinə doğru istiqamətlənmiş hücumuna əvvəlcə təpki göstərən Bəşər Əsədin sonradan ağzına su almasını Putinin gizli məktubu ilə əlaqələndirən nəşr yazır:

“Moskva üçün Ankara ilə hazırkı əlaqələr Afrinin işğalı ilə müqayisədə, daha böyük məna kəsb edir. Buna görə də, Dəməşq xalq müdafiə qüvvələrini Afrin və Humaya göndərdikdə, Türkiyə onlara zərbə endirdi. Moskva Əsədə bu hərəkətlərin təhlükəli olduğunu bildirdi, Türkiyənin milli təhlükəsizlik təlaşını qəbul edərək, “Zeytun budağı” əməliyyatına maneə törətmədi”.

ABŞ-da yaşayan əslən iranlı erməni tarixçisi (ailənin kökləri bakılıdır) Corc Burnutyanın “İrəvan xanlığı” kitabında Qacar xanədanının vəliəhd-şahzadəsi Abbas Mirzənin rus generalı Yermolovla tarixi görüşünün təsviri var. Məclisə ayağının tozu ilə gələn gözüac, ədəbsiz, bihəya zabit çəkmələrini çıxarmadan nəfis xalçalar üstündə gəzir, vəliəhdə xitab etmək əvəzinə, digər şahzadəyə üz tutur, bütün qonaqlıq boyu dişinin dibindən çıxan söyüşləri dilinə gətirməkdən utanmır.

Generalın öz gündəliyində bu səhnə əksini tapıb: “Bütün qonaqlıq boyu onlarla söyüşlə danışdım. Çünki yalnız onları alçaltmaqla, istəyinə nail ola bilərsən…”

Görünür, iranlılar artıq yenidən eyni rəftarla qarşılaşıblar və gözlərdəki kini gizlətmək mümkün deyil.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az