Türkiyənin Rabitə Nazirliyi (Telekomünikasyon İletişim Başkanlığı - TİB) bağlanacaq. MilliYol.Az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Dövlət başçısı bu nazirliyi "bütün pisliklərin olduğu yer adlandırıb": "TİB bağlayacağıq. Çünki bütün pisliklərin olduğu yerlərdən biridi. İşçilərinin köçürülməsi üçün bütün hazırlıqları görmüşük. Nə lazımdısa, ediləcək".
Ərdoğan bildirib ki, nazirliyin səlahiyyətləri BTK-yə (Bilgi Teknolojileri ve İletişim Kurumu) veriləcək.
Xatırladaq ki, ötən il Azərbaycanda da eyni vəziyyət yaranmışdı. Belə ki, sabiq MTN generallarının bütün qanunsuz dinləmələri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vasitəsi ilə həyata keçirdiyi məlum olmuşdu. Nəticədə nazir Əli Abbasov vəzifəsindən azad olunmuşdu. Türkiyədə də "gülənçilər"in qanunsuz dinləmələri Rabitə Nazirliyi vasitəsi ilə həyata keçirdiyi bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...