• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Moldovada vəziyyət qarışır - Təhlil

12:31 09.03.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Hökumət prezidenti boykot etdi; qaqauzlar isə Türkiyəyə üz tutur...

Svetlana Qamova

“Nezavisimaya qazeta”

 

Prezident İror Dodonun Ali Təhlükəsizlik Şurasının (ATŞ) çərşənbə gününə təyin etdiyi iclasında hökumət və parlament üzvlərinin iştirak etməyəcəyini cəmiyyət Moldova Demokratik Partiyasının (MDP) tədbirindən sonra bilib. Prezidentin hərəkətlərinin boykot edilməsi haqqında şəxsən MDP lideri Vladimir Plaxotnyuk məlumat verib.

“Moldpres.md”nin yazdığına görə, bu durumda o izah edib ki, bu, prezidentlə digər hakimiyyət orqanları arasında koordinasiyanın olmamasına etiraz əlaməti olaraq edilib.

Plaxotnyukun sözlərinə görə, dövlət başçısı İqor Dodon Şuranın gündəliyinın detallarını mətbuatda təqdim edib, lakin onlar haqqında bu forumun iştirakçılarına məlumat verməyi unudub. Rəsmi hakimiyyət nümayəndəsi olmayan, ancaq ölkəni idarə edən Vladimir Plaxotnyuk deyib: “Biz təsbit edirik ki, iclas dövlətin birinci şəxslərinin ölkədə olmadığı məlum olduğu gün təyin olunub.  Bu səbəblərə görə, biz hökumət və parlament üzvlərinə bu forumda iştirak etməmək haqqında tövsiyyə etmək və prezident Dodondan bu şuranın iclasını yuxarıda deyilənləri nəzərə almaqla çağırmasını xahiş etmək haqqında qərar qəbul etdik”.

Bir zamanlar Avropa Şurasının Baş katibi Tyorbörn Yaqland Moldovanı “oliqarxlar tərəfindən ələ keçirilmiş ölkə” adlandıranda məhz onu nəzərdə tuturdu.

Xatırladaq, dövlət başçısı İqor Dodon 7 marta ATŞ-in iclasını çağırıb. Gündəliyə amerikan analitik dedektiv agentliyi “Kroll-2”nin hesabatı və Milli müdafiə strategiyası layihəsilə, həmçinin hakimiyyət nümayəndələrinin dəstəyilə hərəkat tərəfdarlarının Moldovanın Rumıniya ilə birləşdirilməsilə bağlı apardığı kampaniya ilə əlaqədar olan məsələlər daxil edilib. Bundan əlavə, Dodon, Müdafiə Nazirliyinin ABŞ-dan letal silahlar alma niyyəti haqqında məsələnin müzakirə olunmasına da söz verib.

Əvvəllər “uniri”yə – Moldovanın Rumıniya ilə birləşməsinə qarşı Qaqauz muxtariyyatı çıxış edib. Ağsaqqalların və muxtariyyatın bütün səviyyələrdən olan hakimiyyət nümayəndələrinin yığıncağında rəsmi Kişinyovun antikonstitusiya çağırışlarına və aksiyalarına reaksiya verməməsilə əlaqədar olaraq etiraz bəyan edilib. Qaqauzlar Moldova hakimiyyətinə bildiriblər ki, onlar Rumıniyanın tərkibinə daxil olmayacaqlar. Və 21 aprelə muxtariyyatın bütün səviyyələrdən olan hakimiyyət nümayəndələrinin böyük yığıncağını təyin ediblər. Qaqauziyanın başçısı, Moldova hökumətinin üzvü İrina Vlax rumıniyameylli qüvvələrin fəaliyyətinin aktivləşməsinin muxtariyyatda narahatlıq yaratdığını qeyd edərək, öz xalqını dəstəkləyib. Qaqauzlar ATƏT, AB, RF və Türkiyəni bu barədə məlumatlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı may ayında Komratda (Qaqauz ərazi muxtariyyatının paytaxtı) gözləyirlər. Qaqauz Respublikası (1989-cu ildə yaradılıb və sonra Moldova parlamenti tərəfindən muxtariyyata çevrilib) Ali Sovetinin sabiq sədri Mixail Kindeqelyan “NQ”-yə deyib ki, qaqauzlar Ərdoğandan Moldova Respublikasının (MR) suverenliyinin itirilməsi halında, Türkiyənin onların öz müqəddəratlarını təyin etmə hüququna əməl edilməsinin təminatçısı olmasını xahiş edəcəklər. Kindeqelyan izah edib ki, bu, muxtariyyat əhalisinin əksəriyyətinin 2004-cü ildə keçirilən referendumda səs verdiyi “təxirəsalınmış status” adlandırılır. O əmindir ki, Türkiyə “öz qardaşlarını” atmayacaq.

Prezident Dodon həmçinin yüksək səviyyəli məmurların Moldova dövlətinin konstitusiya quruluşunun məhv edilməsinə yönəlik hərəkətlərə susma praktikasını da pisləyib. Və buna görə ATŞ-i çağırıb.

Qeyd etmək lazımdır ki, İqor Dodon prezident postuna, sosioloji rəy sorğularının göstərdiyi kimi, Moldova dövlətçiliyinin saxlanmasını müdafiə edən respublika vətəndaşlarının əksəriyyətinin səsilə seçilib. Lakin, görünür, hakimiyyət bunu nəzərə almaq niyyətində deyil. Moldovada siyasətlə məşğul olan Rumıniyanın keçmiş prezidenti Trayan Besesku bəyan edib ki, birləşmə haqqında qərarı “vətəndaşlar deyil, parlamentlər qəbul etməlidi”. Kişinyovda heç kim onun dediklərinə düzəliş verməyib. Eyni zamanda, AB-yə yönələn və Avropa dəyərlərinə hörmət etdiyini bəyan edən bir ölkədə belə düşüncələri eşitmək, ən azı, qəribədir. Qaqauzlar isə deyirlər ki, həm də dəhşətlidir. Ona görə də onlar, Moldova parlamentinin deputatı Kornel Dudnikin dediyi kimi, “əllərində avtomat ölkə müstəqilliyini müdafiə etmək” niyyətindədirlər. Qaqauziya başçısı İrina Vlax izah edib ki, qaqauzlar üçün doğma ev olan Moldova Respublikasının müstəqilliyi nəzərdə tutulur. Evi isə müdafiə edirlər və yadlara vermirlər.

Bir daha xatırladaq, bu ərəfədə Moldova prezidenti çərşənbə günü səhər ATŞ-in iclasını çağırmaq niyyətində olması haqqında məlumat verib. O, müzakirə üçün geniş gündəlik təklif etdi. O cümlədən, MR bank sistemindən milyard dollar oğurlanmasının təhqiqatının gedişini, həmçinin onun tərəfindən mübahisələndirilən, Rusiya təbliğatını qadağan edən və 12 fevralda Moldovada qüvvəyə minən qanunu. Bu gün MR-də RF kanallarının bütün xəbər proqramları və siyasi şouları televiziya verilişləri şəbəkəsindən çıxarılıb. Kişinyov sakinlərinin “NQ”-yə dediyinə görə, onlara internetdə də baxmaq olmaz. Bəzi  sahibkarlar kifayət qədər yüksək cərimə ödədikdən sonra kabel şəbəkələrdən də qadağan edilmiş xəbərləri çıxarıblar. Qaqauziyada bütün vətəndaşlarına peyk antenası almağa qərar veriblər. Kişinyov sakinlərinin əksəriyyəti də “çanaqlar” əldə etməyə başlayıb. Diqqətəlayiqdir ki, ABŞ-ın Moldovadakı səfiri Ceyms Pettit Rusiya xəbərlərinin translyasiyasının respublikada qadağan edilməsini KİV azadlğının pozulması adlandırıb. O, bu barədə fikrini “NTV Moldova” kanalında, “Yiliya Fyodorova ilə başlıca məsələ” televiziya verilişində bəyan edib.

Səfir hesab edir ki, Rusiya xəbərləri “cəmiyyəti təhdid edir”, lakin onunla “demokratik üsullarla” mübarizə aparmaq lazımdır. Səfir eyni zamanda Moldovanın Rusiya ilə münasibət qurmasına tərəfdar olduğunu bildirib. Diplomat deyib: “Mən vətəndaşları daha çox analiz və müqayisə etməyə təşviq edərdim. Mənim üçün, məsələn, CNN və Fox-a baxmaq faydalıdı, bu, qiymətləndirməyə, harda doğru, harda yalan olduğunu müəyyən etməyə kömək edir”.

O, respublikada daxili təbliğata toxunaraq qeyd edib ki, “televiziya məkanının inhisara alınması böyük riskdir”.

Diplomat bildirib ki, televiziyaya giriş kiçik bir qrupun əlində cəmlənib, bu da pisdir, belə ki, müstəqil mətbuat olmadıqda demokratiyanın mühüm elementi itirilir.

Kişinyovdakı hakimiyyət dairələri isə Amerika səfirinin tənqidi qeydlərinə reaksiya verməyiblər.

Daha öncə Moldova prezidenti bəyan edib ki, əgər parlament və hökumət nümayəndələri ATŞ-in iclasını bloklamağa cəhd edəcəklərsə, ötən il olduğu kimi, onda o, iclas pozulmasın deyə, şuranın tərkibini öz müşavirləri hesabına genişləndirəcək. (strateq.az)

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az