• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Azərbaycanlılar niyə iş adamlarına nifrət edir? - Zahir Əzəmət yazır

13:58 01.08.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Son günlər ard-arda baş verən bəzi hadisələr fonunda bəlkə də həmişə mövcud olan, amma gözümüzdən qaçan bir problem diqqətimi çəkdi. Aydın oldu ki, həm kütlədə, həm də cəmiyyətin savadlı kəsimində iş adamlarına qarşı kəskin bir nifrət var. Bəlkə də özləri bunun fərqində deyil.

"Coffeeshop" qalmaqalı

Bir neçə gün əvvəl ölkənin aparıcı internet medialarından birinin rəhbəri "Coffeeshop"da rastlaşdığı bir olayı sosial şəbəkədə statusa çevirdi və ardından əksər medialarda bu, xəbər oldu. Statusda yoldan keçən bir ziyalının yorulub bir anlıq nəfəs dərmək üçün "Coffeeshop"un açıq havadakı masalarından birinə oturmağından, amma ofiasiantın onu geyiminə görə məkandan qovduğundan bəhs edilirdi. Status ictimailəşdi və dərhal kütlə ənənəvi linç əməliyyatına başladı.

Amma bir neçə gün sonra "Coffeeshop"-un öz rəsmi səhifəsində yaydığı videokadrlardan bəlli oldu ki, bu "ziyalı" hər gün bu və ətrafdakı məkanlara dilənməyə gəlir, orada oturan müştərilərə yaxınlaşıb pul toplayır, onları narahat edir və s. Bütün bunlara rəğmən həmkarımızın bəhs etdiyi olay zamanı (əslində videokadrlardan bəlli olur ki, heç bir olay-zad baş verməyib) "Coffeeshop"un ofissiantı nəinki bu "ziyalı"nı qovmur, əksinə, təmkinlə davranır, onun qarşısına bir fincan içəcək qoyur və hətta əlini cibinə salıb ona pul da verir.

Göründüyü kimi, həm həmkarımız, həm də kütlə tələsik qərar verib və qarşı tərəfi dinləmədən linçə başlayıb.

Ərəb maniyası və ya turist xofu

Son vaxtlar Azərbaycana ərəb turistlərinin axını da sosial şəbəkələrdə kütləvi qınaqla müşayiət olunur. Hətta ağıllı hesab etdiyimiz adamların da bu məzmunda statuslar yazdığını gördükdə adam heyrətlənir. Axı turistlər, xüsusən də bunlar varlı ərəblərdirsə, ölkəyə pul xərcləməyə gəlir. Böhran başlayandan obyektləri sürətlə və ard-arda bağlanan iş adamları üçün bu vacib bir nəfəslikdir, xilas üçün ümiddir. Siz 5 turistdən bu qədər narahatsınızsa, tez-tez üz tutduğunuz Gürcüstan, siz də daxil olmaqla, ildə 15-20 milyon turistlə necə davransın? Bəs hanı öyündüyünüz tolerantlıq, liberal dəyərlər-filan? Heç olmasa ağıllı sandığımız adamlar bu cür statuslar yazarkən min ölçüb-biçməlidir. Axı siz cəmiyyəti yanlış yönəldirsiniz.

"Çörək bahalaşdı" panikası

İndi də çörəyin bahalaşması panikası haqqında. 

Deməli, iki devalvasiyadan sonra gündəlik tələbatımızın əsas hissəsini təşkil edən bütün ərzaqlar az qala 2 dəfə bahalaşıb. Amma xalqımız bundan narahat deyil. Hər zaman onu yalnız yumurta və çörəyin bahalaşması narahat edir. Qəpiklərlə ifadə olunan bu bahalaşmadan yuxusunu qaçıran xalqımız yağın 4-5 manat bahalaşmasına göz yumur. Əslində hakimiyyətin də hər zaman bu iki məhsulun bahalaşmasına sərt reaksiya verməsi kütlənin diqqətini bu nöqtəyə yönəldir. Həm də bilərəkdən. Diqqəti yayındırmaq üçün. Baxın, ölkənin taxıl ehtiyatının yarıdan çoxu xaricdən valyuta ilə alınırsa, ölkə daxilində su və işıq bahalaşıbsa, ümumiyyətlə hər şey son bir ildə  kəskin bahalaşmaya məruz qalıbsa, çörək hansı əsasla bahalaşmasın? Axı çörək istehsal edən zavod və sexlər dövlət müəssisəsi deyil. Belə getsə, o müəssisələrin müflis olacağını, nəticədə 90-cı illərdə olduğu kimi çörək tapa bilmək üçün əsir-yesir qalacağımızın fərqindəyikmi? Bizi çörəklə təmin edən kiçik biznes nümayəndələrini linç etmək əvəzinə, dövlətdən müəyyən tədbirlər görməsini istəməli deyilikmi? Məsələn, dövlət xaricdən gətidiyi unu iş adamlarına daha ucuz sata bilər, taxılçılığın inkişafı üçün formal yox, real addımlar ata bilər, bu sahəni vergi və rüsumlardan azad edə bilər və s. 

İş adamlarını niyə sevməliyik?

Ölkədə 710 min vergi ödəyicisi var. Əlbəttə bunların hamısı iri vergi ödəyiciləri deyil. Bunların 684 mini sadələşdirilmiş vergi ödəyicidir ki, onların büdcə daxilolmalarında ümumi payı  cəmi 2,8 faiz təşkil edir. Amma 26 min ƏDV ödəyicisinin ödədiyi vəsait vergi daxilolmalarının 1/3-ni təşkil edir. Bu, təxminən 2 milyard 400 milyon manat deməkdir. Hələ onların sosial müdafiə fonduna ödəmələri də bura əlavə etsək, daha böyük rəqəmlər alınır. Məhz bu vəsaitlər hesabına müəllimin, ordunun, təqaüdçülərin maaşları, xərcləri qarşılanır ki, bundan da hər evə pay düşür.

Məhz bu pulların hesabına, bütün yeyintilərə rəğmən, yollar, parklar salınır, məktəblər tikilir. 

Deməli, onlar həm də sizin üçün çalışır, sizi iş yerləri ilə təmin edir, sizin həyat şəraitinizi yaxşılaşdırır. Onlar müflis olarsa, sizin bir işçi və ya vətəndaş kimi dəyəriniz nə qədər yüksək olursa-olsun, bu problemlər qarşısında təkbaşına heç nə edə bilməzsiniz. Əlbəttə, Azərbaycanın biznes sektorunda problemlər minlərlədir, monopoliya var, vergidən yayınma var, əmək hüquqlarının pozulma halları var və s. Amma bu problemlərin kökündə də günahkar işadamları yox, düzgün qurulmayan və işləməyən sistem dayanır. Bəlkə siz daha yaxşı biznes mühitinin olmamasından narahat olasınız? Yox, bağışlayın, axı siz siyasətə qarışmırsınız. Qarışırsınıze, amma yalnız beynəlxalq siyasətə...

Gedək Türkiyəni müzakirə edək...

Zahir Əzəmət
Qaynarinfo.Az-ın baş redaktoru

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az