• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Suriyaya dair fərqli maraqlar gec-tez Moskva və Ankaranı üz-üzə qoyacaq - Təhlil

11:05 28.02.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Semih İdiz

“Al-Monitor”


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinlə bağlı Ankara və Şamı dialoqa çağırmasından sonra Türkiyə-Rusiya ittifaqında çatlar ortaya çıxıb. Bu çağırış hökumətyönlü və müstəqil türk analitiklərinin Türkiyənin Suriyada Rusiyanın dəstəyinə nə dərəcədə etibar edə biləcəyinə dair müzakirələrinə səbəb olub.

Lavrovun sözlərinə görə, rejim milisləri Afrinə, Ankarada terror təşkilatı sayılan YPG-nin çağırışına cavab olaraq girib. Türkiyə isə məlum olduğu kimi, YPG-ni Afrindən çıxarmaq üçün yanvarın 20-dən “Zeytun budağı” əməliyyatına başlayıb.

Ankaranı hirsləndirən məsələ Türkiyə ilə Afrindəki YPG arasındakı mübahisədə Şamın tərəf olduğuna dair Lavrovun sözləri olub. Bu, Suriyanın şimalında öz nəzarəti altında olan ərazilərə dair Türkiyə hökumətinin planlarını çətinləşdirən və ehtimalla, ona maneə törədən açıqlamadır.

Pakistanlı vəzifədaşı Xavaca Məhəmməd Asif ilə birlikdə fevralın 20-də Moskvada keçirilən birgə mətbuat konfransında Lavrova rejim qüvvələrinin Afrinə daxil olması barədə sual verildi.

O, Afrində açıq hərbi əməliyyatları davam etdirən yeganə ölkənin – Türkiyənin Suriyanın ərazi bütövlüyünə hörmət etməli olduğunu vurğuladı. Türkiyənin "qanuni təhlükəsizlik narahatlıqlarını" qəbul etdikdən sonra Lavrov, Ankaranın Suriya hökuməti ilə birbaşa dialoq yolu ilə təhlükəsizlik məqsədlərini reallaşdıra biləcəyini və müdafiə edə biləcəyini söylədi.

Türk analitiklərinin ümumi rəyi budur ki, Moskva istəsəydi, Afrində rejimin hərəkətinə maneə törədərdi.

Prezident Rəcəb Tayyip Ərdoğana və hakim Ədalət və İnkişaf Partiyasına (AKP) yaxın “Haberturk”ün köşə yazarı Nagehan Alcı qeyd edib ki, rejim qüvvələrinin Rusiyanın biliyi olmadan Afrinə girməsini düşünmək mümkün deyil. “Afrində rejim bayrağının dalğalanmasını görmək Rusiyaya sərfəlidir”.

Ərdoğan hələ də prezident Bəşər Əsədlə dialoq düşüncəsini qətiyyətlə rədd edir. Ancaq xoşuna gəlməyən Rusiya təkliflərinin birbaşa tənqidindən Ankara yayınır. Türkiyə qonşu ölkənin şərqindəki Qutada pisləşən vəziyyətə görə Əsədə diş qıcırdır və qəsdən Rusiyanın həmin bölgədəki iştirakını görməməzliyə vurur.

Türkiyə Afrindəki fəaliyyəti, xüsusilə hava hücumları üçün Suriya hava sahəsini istifadə etmə ilə əlaqədar Moskvanın gizli yaşıl işığına əsaslanır. Rusiya ilə əlaqələrində geniş iqtisadi maraqları nəzərə almaqla, Moskva-Ankara əlaqələrinin güclənməsi Vaşinqtonla münasibətlərin pisləşməsinə qarşılıqdır.

Rusiya da Suriyadakı siyasətinə dair şərhlərdə daha diqqətli olub. Bu, Suriyaya aid planlarını çətinləşdirsə də, o, YPG-yə qarşı əməliyyatlara görə Türkiyəni açıq şəkildə tənqid etməkdən çəkinir, Ankaranın hərəkətə keçməsinə görə ABŞ-ı günahlandırmağa üstünlük verir.

Təqaüdçü türk səfiri Əli Tuyqan hesab edir ki, Moskvanın əsas məqsədi Ankaranı razı salmaqla, Türkiyəni ABŞ və NATO-dan öz orbitinə çəkməkdir.

“Al-Monitor”a açıqlamasında Tuyqan qeyd edib ki, Moskva, həmçinin kürdləri Birləşmiş Ştatların qucağına atmaq istəmir. "Məsələn, o, YPG-ni terror təşkilatı kimi tanımır və Konstitusiya layihəsində kürdlərə də yer ayırır".

Lavrovun bəyanatına cavab verən Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib ki, Ankara ilə Şam arasında birbaşa dialoqdan söhbət belə gedə bilməz, dolayı əlaqələr isə Rusiya və İranın vasitəçiliyi ilə aparılır.

"Ancaq fövqəladə vəziyyətlər tələb edərsə və müəyyən problemlər həll olunarsa, bizim kəşfiyyat orqanları birbaşa və ya dolayı əlaqə qura bilər". Bunu deyə Kalının sözləri Moskvaya diplomatik güzəşt kimi səslənib.

Türkiyədə bir çoxları hesab edir ki, ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə etdiyi son səfərdən sonra, Ankaraya xəbərdarlıq kimi, Moskva Afrində Şamın hərəkətinə göz yumub. Suriyanın şimalında özünə “yuva qurmağa” yönəlmiş Türkiyə-ABŞ səylərini görmək üçün isə böyük təxəyyülə ehtiyac yoxdur.

Hökumətpərəst “Sabah”ın köşə yazarı Hilal Kaplanın gümanına görə, Tillersonun Ankaraya səfəri Rusiyanın davranış tərzini dəyişib. Ancaq Lavrovun çağırışına dəstək verdiyi halda, Türkiyənin dəstəklədiyi Suriya müxalifəti ABŞ-dan kömək istəyəcək. Kaplan yazır: "Türkiyə müxalifət üzərində təsirini itirmək istəyirmi?”

Ankara hələ də Moskvanın tez-tez təkrarladığı "kürd səylərini tanımaq" çağırışına hay vermir. Türk səlahiyyətliləri Rusiyanın Suriyadakı kürdlərə təmsilçilik və müəyyən dərəcədə muxtariyyət verən konstitusiya layihəsini qəbul etdirməyə çalışdığını bilir.

Özünü bu böhran içərisində əsas oyunçu halına gətirərək, Rusiya hazırda Suriyadakı siyasi həllə bağlı çətin vəziyyətə düşüb. BMT Təhlükəsizlik Şurasının Suriyada 30 günlük atəşkəs çağırışına dair 2401 saylı qətnaməsinin qəbul olunmasından sonra Xarici İşlər Nazirliyinin bəyanatında bu məqam əksini tapıb: Moskvanın Suriyadakı siyasi prosesi ləğv etmə cəhdlərinə sərt şəkildə qarşı çıxdığını vurğulanıb.

Ancaq Türkiyə, ABŞ-ın və ya Rusiyanın Suriyanın şimalında qurmaq istədiyi hər hansı muxtar kürd bölgəsinə müxalifliyində bərabər şəkildə qərarlı qalır.

Mehmet Ocaktan, AKP-nin daha liberal qanadını təmsil edən “Karar” üçün yazan AKP-li sabiq millət vəkili, Lavrovun dialoq çağırışını "Türkiyənin Suriyadakı hədəflərini dinamitləşdirməyə cəhd" sanaraq, yazıb ki, "Lavrov açıq şəkildə deyir: Suriyada olmaq istəyirsinizsə, Əsədlə razılaşmalı, ABŞ-ı da unutmalısınız".

O əlavə edib ki, Rusiya heç vaxt Əsəd rejimindən imtina etməyəcək və Türkiyənin də terror təşkilatı saydığı YPG və ana təşkilatı – Demokratik Birlik Partiyasının (PYD) qorumağa davam edəcək.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya Nyu-Yorkda jurnalistlərə etdiyi açıqlamada Suriyada atəşkəs qərarının Afrinə də şamil olunduğunu deməklə, Ankarada daha çox narahatlıq meydana gətirib.

Qətnaməni rəsmi olaraq qəbul edən Ankara, Rusiya səfirinin sözlərinə cavab verməyib. Baş nazir müavini Bəkir Bozdağ qətnamənin “Zeytun budağı” əməliyyatına şamil olmadığını vurğulayıb.

"Hürriyet"in yazarı Taha Akyol hesab edir ki, Suriyanın şərqindəki Qutada Moskvanın siyasəti Türkiyə, Rusiya və İran arasında Astanada razılaşdırılan hərbisizləşdirilən zonalar barədə siyasəti – Ankara ilə əlaqələrin sərhədlərini də göstərir. "Rusiya, hələ də müəyyən mərhələdə, Türkiyəyə qarşı çıxacaq. Unutmamalıyıq ki, o bu gün yalnız NATO-da qopmaya səbəb olmaq üçün müsbət fəaliyyət göstərir".

İŞİD-in məğlubiyyətindən sonra Suriya böhranı yeni bir mərhələyə girərkən, Ankara Suriyadakı məqsədlərini həyata keçirmək üçün hansı dünya qüdrətinin ona kömək edə biləcəyinə hələ də əmin deyil. Öz məqsədlərinə çatmaq üçün gücünün olub-olmamasında da aydınlıq yoxdur.

Bu məqsədlər əsasən Suriya sərhədi boyunca kürd səylərini məhdudlaşdırmağı nəzərdə tutur. Ankara Suriyanın şimalında bufer bölgə yaratmağa ümid edir, bura Türkiyəyə sığınan çox sayda suriyalının sığınacağı ola bilər.

Beləliklə, Suriyaya dair Türkiyə və Rusiya planları hər iki tərəfin inanmaq istəmədiyi ölçüdə üst-üstə düşmür.

 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az