• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Xocalıda iki övladı itkin düşən ailə: “Oğlumla qızımın yolunu hələ də gözləyirəm...”

14:33 26.02.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsindən 26 il ötür. Fevralın 26-da erməni cəlladlarının xalqımızın başına açdığı müsibətlər dünya tarixinin ən qəddar və ən amansız cinayətlərindən biridir

Bu qanlı tarixi yaşatmaq üçün hər il olduğu kimi, bu il də musavat.com Xocalı şahidlərinin dili ilə o günləri yad edir.

Bu dəfə də Xocalıda baş verən dəhşətli cinayətləri öz gözü ilə görmüş, bu faciədə iki övladı itkin düşən Aleksandr Hüseynovla, həyat yoldaşı Diləzbər Hüseynova ağrılı-acılı xatirələrini təqdim edirik.

Qeyd edək ki, bu xatirələr “Xocalı şahidləri danışır” kitabındandır. Kitab 2015-2017-ci illərdə “Azərbaycan” qəzetində dərc olunan materialların toplusudur.

*****

Sinəsidağlı Hüseynovlar ailəsinin yaşadıqları müsibətlər erməni vandalizminin qanlı səhifələrindəndir

Şaxtalı-boranlı soyuq fevral gecəsi... Dörd aydır erməni mühasirəsində olan Xocalı sakinləri səksəkədə, vahimə içində yaşayırdılar. Hər yerdən əlaqə kəsilmişdi. Hər gecə nəsə baş verəcəyini gözləyən insanlar körpə balaları mürgüləyərkən başları üstündə qarovul çəkirdilər. Çünki yaşadıqları, gördükləri mənzərə onlara dəhşətli faciənin yaxınlaşdığını hiss etdirirdi. Neçə ay idi ki, topladıqları ərzaq ehtiyatları ilə dolanırdılar. Son ana kimi doğma ocaqlarını tərk etmədilər. Çünki bu millətdə Vətənə, torpağa bağlılıq hissi çox güclüdür. Elə, məhz bu bağlılıq xocalılılara unudulması mümkün olmayan dəhşətlər yaşatdı. 

İllər ötür bu faciədən. Amma bir anlıq adamda elə təəssürat yaranır ki, o günün acılarından bu günümüzə qalan tək tarixi faktlar, statistik rəqəmlər və çəkilən görüntülərdir. Halbuki, o dəhşətli günün acısını özü ilə bu günə qədər daşıyan yüzlərlə xocalılı var aramızda. Çoxlarımızdan fərqli olaraq onlar, həm yaşadıqları dəhşəti, həm də Xocalı dərdini ürəklərində ömürlük yük tək daşımaq kimi bir taleyə məhkumdurlar.

Xocalıda itirdikləri övladlarının həsrəti ilə alışıb-yanırlar

Ömrünün ən xoş və ən ağır gününü Xocalıda keçirmiş, hazırda isə Goranboy rayonunda məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə yaşayan Hüseynovlar ailəsi o müdhiş gecədə itirdiklərinin həsrəti ilə alışıb-yanırlar. 5 uşaq valideyni olan, yaşı 80-ə doğru irəliləyən Aleksandr Hüseynovla ömür-gün yoldaşı, ağbirçək Diləzbər Hüseynova Xocalıda yurd yeri ilə bərabər iki can qoyub gəliblər. O müdhiş gecədə itirdikləri balalarından isə indiyə kimi xəbər-ətər yoxdur. O dəhşətli faciənin şahidi Diləzbər nənə bu gün də iki gül balasının yolunu gözləyir.

- Fevralın 25-dən 26-na keçən gecə başımıza gələn müsibəti anlatmaq mümkün deyil. Xocalının özünümüdafiə taborunun komandiri Tofiq Hüseynovla qonşu idik. Tofiq evə gələ bilmirdi və buna görə də yoldaşı xahiş edirdi ki, 24 yaşlı qızım Rəsmiyyə onun yanında qalsın. Biz də axşam yeməyini yeyəndən sonra onlara gedirdik. Öncə onu deyim ki, Xocalı mühasirəyə alınanda biz uşaqları vertolyotla şəhərdən çıxarmışdıq. Amma qayıdıb gəldilər. Dedilər ki, sizi qoyub ayrı yerdə qala bilmərik, ölsək də bir yerdə öləcəyik...

Oğlumu belimə bağlayıb çayı keçdim, bədənimi buz kəsdi

Həmin gecə axşam saatlarında şəhər toplardan, ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlandı. Böyük oğlum silahını götürüb getdi. Biz evdə qaldıq. Gecə idi, bir də gördüm oğlum tənginəfəs içəri girdi. Dedi ki, nə oturmusunuz, ermənilər kəndə girib. Paltarlarımızı geyinib evdən çıxdıq. 17 yaşlı oğlum Emin tez bacısının dalınca Tofiqgilə qaçdı. Artıq hamı getmişdi. Güllələr də yağış kimi yağırdı. Qışqırdıq, çağırdıq Emindən, Rəsmiyyədən bir xəbər çıxmadı. Ağlaya-ağlaya qaçmağa başladıq. Hamamın binasının yanında adamlar vardı. Onlara tərəf getdik. Dedilər kim istəyir meşə tərəfə, kimi də istəyir beşmərtəbənin altına getsin. Biz beşmərtəbənin altına gedib bir az gözlədik. Bir qədər keçəndən sonra bizi oradan çıxardılar və məcbur olub Qarqar çayı istiqamətində irəlilədik. İnsanların qışqırığı, harayı bürümüşdü ətrafı. Çayın sahilinə çatanda gördüm yanımda bircə 14 yaşlı oğlum Elmdar var. Qalanlarını itirmişəm. Qaranlıqda hərə bir tərəfə pərən-pərən düşüb. Oğlumu belimə bağlayıb çayı keçdim, bədənimi buz kəsdi və bu halda qarla örtülü meşəyə girdim. Oğlumu belimdən düşürmək istədim. Dedim bəlkə uşaq ağırlıq verdiyi üçün hərəkət edə bilmirəm. Amma ürəyim dözmədi. İki balamı evdən çıxanda, yoldaşımla o biri uşaqları isə çayın kənarında itirmişdim. Heç olmasa balamın birini xilas etmək üçün mübarizə aparmalıydım...

Meşədə qaynımın iki uşağını tapdım. Hava işıqlaşırdı. Onları da götürdüm. Naxçıvanik yoluna çatanda “UAZ” markalı maşın yoldan ötdü. Bir neçə dəqiqə keçməmişdi ki, zirehli hərbi maşın gəlib yolun üstündə dayandı. İnsanlar yolu keçib Ağdamın Şelli kəndi istiqamətinə tərəf qaçmaq istəyəndə dəhşətli mənzərə yaşandı. Zirehli texnikadan açılan atəş insanları parça-parça edirdi.

Başqa yol yox idi. Oradan keçməli idik. Bir az ara sakitləşəndə qaynımın uşaqlarını da götürüb sürünə-sürünə yolu keçdik. Arxamızca güclü atəş açdılar. Şelli kəndi tərəfə qaçaqaçda uşaqları yenə itirdim. Gəlib Şelliyə çatdıq. Günortaya qədər yoldaşımı, uşaqları axtardım, tapmadım. 45 yaşlı qadın, yedəyimdə bir uşaq, hara gedəcəyimi bilmirdim.

...Axşamtərəfi gördüm ki, yoldaşım gəlir. Amma təkdir, o biri uşaqlar yoxdur. Dedi qorxma, uşaqlar donurdular, kənddən bir nəfər evinə apardı. Beləcə, möcüzə sayəsində Xocalıdan sağ çıxdıq. Amma Rəsmiyyə ilə Emini gördüm deyən olmadı. Bir müddətdən sonra əsirlikdən gələnlərdən soruşduq, xəbər çıxmadı. Balalarım hara getdi, necə itdi, başlarına hansı müsibət gəldi, bilmədik. Bu gün də onların yolunu gözləyirəm.

Ayaqyalın, başıaçıq olan uşaqlar şaxtadan donub ölürdülər

Qarqar çayının sahilində həyat yoldaşını itirən Aleksandr Hüseynov isə yanında qalan iki balasının erməni vəhşilərinin əlinə keçməməsi üçün
canını fəda etməyə hazır olduğunu dedi.

- Gecə idi. İnsanlar qarlı-şaxtalı havada meşə tərəfə üz tutmuşdu. Arxadan güllələr atılırdı. Vahimə içində qaçırdıq. Bir də gördüm yoldaşım yoxdur. Yanımda iki uşaq qalıb. Nə qədər qışqırdım, hay vermədi. Uşaqların ayaqqabıları da ayaqlarından çıxmışdı. Donurdular. Çayı keçəndən sonra isə lap müsibət oldu. Yaş paltarla qarda hərəkət etmək zülm idi. Meşədə uşaqların əlləri-ayaqları buz bağladı. Tez-tez ayaqlarını, əllərini ovuşdururdum. Xeyli qadın-uşaq donub öldü. Adamların çoxu yaralı idilər. Onlar da çox gedə bilmədilər. Məni və balalarımı Allah qorudu. Əgər biz o müsibətdən sağ çıxmışıqsa, bu, möcüzə sayəsində baş verib.

Ermənilər bir adamı sağ buraxmaq istəmirdilər. Qardaşımı əsir götürmüşdülər. Bir müddətdən sonra erməni əsir ilə dəyişdilər. Amma gələndə elə gündə idi ki... Çox yaşamadı. Bircə onu dedi ki, əsirlikdə gün işığı görməyib. Yalnız dəyişdirilən gün havaya çıxıb. Bədənində işgəncədən salamat yer yox idi. Ona necə iynə vurmuşdularsa, bədənində inkişaf getmədi. Şikəst qaldı və bir neçə aydan sonra rəhmətə getdi. Uşaqlarını isə meşədə yoldaşım tapmışdı. Anaları da faciənin qurbanı oldu. Həmin gecə iki balamızı və 30-a yaxın qohum-əqrəbamızi itirdik.

Hüseynovlar ailəsinin başına gələnlər, sağ qalan ailə üzvlərinin yaşadığı iztirab əsl erməni xislətini, erməni vəhşiliyini sübuta yetirən tarixi sənəddir...

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az