• Xəbər lentİ
Fləş

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

16:34 / 17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

16:31 / 17.06.2026

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

16:26 / 17.06.2026

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

15:51 / 17.06.2026

Kevin Medina "Qarabağ"dan getdi

15:33 / 17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

15:15 / 17.06.2026

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

15:08 / 17.06.2026

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

14:14 / 17.06.2026

"Qarabağ" dayanmayacaq - Azı 3 transfer gözlənilir

14:06 / 17.06.2026

MEDİA-da ikitərəfli görüş keçirildi (FOTO)

13:51 / 17.06.2026

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

12:48 / 17.06.2026

Azərbaycanlı futbolçu "Petrolul" klubuna keçdi

11:50 / 17.06.2026

Əl-qolunu bağlayaraq “Prius”un baqajında Bakıya gətiriblər

11:48 / 17.06.2026

Türkiyənin ən gözəl turizm kəndlərinın adı açıqlandı (FOTO)

11:37 / 17.06.2026

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

11:14 / 17.06.2026

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

10:49 / 17.06.2026

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

10:22 / 17.06.2026

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

09:32 / 17.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 18 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Kreditlərlə bağlı vəziyyət pik həddə

10:50 12.05.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Ötən il baş verən iki kəskin devalvasiya ölkə vətəndaşlarının həyatını ciddi şəkildə təhdid edir. Banklardan kredit götürən vətəndaşlar yüksək faizli kreditləri verə bilmir, üstəlik, kredit dollarla alındıqda, məsələ bir az da ciddiləşir. Banklar isə müxtəlif üsullarla borcluları sıxışdırır, borcu geri almağa çalışır və hətta məsələ həbs təhlükəsinə qədər gedib çıxır.

“Yeni Müsavat” qəzetinin bu mövzuda hazırladığı yazıda bildirilir ki, əslində banklar qanuni olmayan bu yollarla vətəndaşları sıxışdırıb bir qədər vaxt udmağa, bir neçə ay daha artıq yaşamağa çalışır. Çünki bankların vəziyyəti də yaxşı deyil və əksər banklar hələ də çökmə təhlükəsi qarşısındadır. Ekspertlər mövcud durumun bir neçə ay sonrasını nikbin proqnozlaşdırmırlar...

Qəzet yazır ki, faktiki olaraq bu gün vətəndaşlarda ciddi narazılıq yaradan, iqtidara problem yarada biləcək məsələ bankların qəddar faiz siyasətidir.

Ölkədə ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il aprelin 1-nə 1 326,5 milyon manat təşkil edib. Mərkəzi Bankın xəbərinə görə, martın 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 3 milyon manat və ya 0,22 faiz, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 182 milyon manat və ya 12,06 faiz azalıb. Vaxtı keçmiş kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 6,73 faiz təşkil edib. Qeyd edək ki, martın 1-nə bu göstərici 6,54 faiz, ilin əvvəlində isə 6,94 faiz olub.

Manatla verilən vaxtı keçmiş kreditlər aprelin 1-nə 691,5 milyon manat təşkil edib ki, bu da martın 1-nə nisbətən 19,6 milyon manat və ya 2,92 faiz çoxdur. İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 148,7 milyon manat və ya 17,7 faiz artıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,2 faiz bəndi artıb, ilin əvvəlindən 0,7 faiz bəndi azalaraq 6,9 faizə çatıb. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 11,7 faiz təşkil edib. Bir ay əvvəl bu göstərici 11,4 faiz, ilin əvvəlində isə 15,1 faiz olub. Manatla uzunmüddətli kreditlərin strukturunda isə problemli kreditlərin payı aprelin 1-nə 6,1 faiz, ilin əvvəlində 6,2 faiz, martın 1-nə isə 5,8 faiz təşkil edib.

Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi aprelin 1-nə 635 milyon manat təşkil edib. Bu, martın 1-nə nisbətən 22,6 milyon manat və ya 3,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 33,3 milyon manat və ya 5,0 faiz azalıb. Xarici valyutada problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi aprelin 1-nə 6,6 faiz, keçən ayın əvvəlində 6,4 faiz, ilin əvvəlində isə 6,2 faiz olub. Xarici valyutada qısamüddətli kreditlərdə vaxtı keçmiş kreditlərin payı aprelin 1-nə 9,5 faiz olub. Qeyd edək ki, keçən ay bu göstərici 9 faiz, ilin əvvəlində isə 8,6 faiz təşkil edib. Xarici valyutada uzunmüddətli kreditlərdə problemli kreditlərin payı aprelin 1-nə 5,3 faiz, martın 1-nə 5,2 faiz, 2016-ci ilin əvvəlində isə 5 faiz olub.

Ekspert Rəşad Həsənov məsələ ilə bağlı qəzetə bildirib ki, Azərbaycanda uzunmüddətli dövrdə həyata keçirilmiş məsuliyyətsiz kreditləşmə, eyni zamanda devalvasiyalardan sonrakı bank sektorundakı vəziyyət problemli kreditlərin həcminin kəskin artımının əsas səbəblərindəndir: “Rəsmi olmayan məlumatlara görə, kredit borcu olanların, problemli kreditlərin həcmi rəsmi rəqəmlərdə göstərildiyindən kifayət qədər artıqdır. Bununla bağlı da dəfələrlə mətbuata açıqlamalarımızda qeyd etmişik ki, problemli kreditlər bank sektorunda 30 faiz həddindən yuxarıdadır. Burada həm istehlak kreditləri, həm də biznes kreditləri var. Ciddi gecikmələr mövcuddur.

Bu gecikmələri bir çox hallarda banklar kreditlərin ödənişini zamana yaymaqla müəyyən qədər problemi uzatmağa çalışır. Amma düşünürəm ki, bu, sadəcə, qısamüddətli dövrdə effektiv ola bilər. Sonrakı dövrlərdə bu kreditlərin özündə problemlərin yaşanacağı qaçılmazdır. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentlikləri bununla bağlı öz fikirlərini qeyd edirlər ki, Azərbaycanda problemli kreditlər rəsmi rəqəmlərdə ifadə edildiyindən ən azı üç dəfə artıqdır. Həmçinin düşünürük ki, problemli kreditlər həqiqətən də hazırda 30 faizin üzərindədir. Kredit götürənlər üçün hər hansı güzəşt paketi olmazsa, qısa müddət sonra çox ciddi fəsadlar yaradacaq.

Nəzərə alsaq ki, son devalvasiyadan sonra 6 bankla bağlı Mərkəzi Bank ləğvetmə qərarı vermək məcburiyyətində qalıb. Daha iki bankın da linkvitlik problemi var. Düşünürəm ki, bu problem digər banklarda da var. Qısa müddət sonra bu problemin digər banklarda da olacağı gözləniləndir. Bu baxımdan, vəziyyət heç də ürəkaçan deyil. Maliyyə bazarlarına Nəzarət Palatası müəyyən qədər çevik addımlar atmaq istəyir. Amma düşünmürəm ki, bu, prosesi əngəlləyə biləcək. İlin sonuna qədər Azərbaycanda bankların bağlanması ehtimalı çox yüksəkdir. Qısamüddətli dövrdə bu problemi həll etmək olar. Çünki faktiki olaraq kredit götürənlərin, biznes və vətəndaşların çox ciddi gəlir problemi var. Faktiki olaraq bu insanlar krediti ödəmək qabiliyyətində deyillər. Hətta ötən qısamüddətli dövr ərzində bu fəsadlar dərinləşir və özünü büruzə verməkdədir. Bundan sonrakı dövrdə problemin daha da dərinləşəcəyini düşünürəm”.

Ekspert Əkrəm Həsənov isə bildirib ki, əksər hallarda vətəndaş kredit müqaviləsini şərtlərlə tanış olmadan imzalayır və kredit şərtlərində aldadılır: “Sonra da bank deyir ki, imzalamısan, krediti ödə. Vətəndaş da aldadıldığını sübut edə bilmir. Məsələn, krediti manatla istəyib, ona dollarla veriblər, yaxud da devalvasiyanın nəticələri haqda xəbərsiz olub və sair. Əslində ”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinə əsasən bank istehlakçı olan borc alana kredit haqda zəruri və düzgün məlumat verməlidir. Bank məhkəmə proseslərində, bir qayda olaraq, deyir ki, guya müqavilə bağlanmazdan əvvəl vətəndaşı tam məlumatlandırmışdı. Halbuki reallıqda banklar bunu etmir və vətəndaşı aldadır. Vətəndaş da bunu sübut edə bilmir. Lakin sübutun çox asan yolu var. Belə ki, “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndinə əsasən müqavilələr bağlananadək bank müqavilə şərtləri ilə bağlı borcalana ətraflı izahat verməlidir və bu barədə müqavilədə qeyd etməlidir".

Ekspert dollar kreditləri ilə bağlı hökumətin bundan sonra da addım atmayacağını düşünür və vətəndaşlara hüquqlarını məhkəmələrdə qorumağı məsləhət görür.

"Milli Yol"

Etiket:

Digər xəbərlər

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026

"Qarabağ"ın Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri dəqiqləşdi

17.06.2026
Kevin Medina

Kevin Medina "Qarabağ"dan getdi

17.06.2026
Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

Prezident səhiyyə işçilərini təltif etdi (SİYAHI)

17.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək

17.06.2026

"Zirə"nin II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Qızının faciəvi ölümündən yazdı:

Qızının faciəvi ölümündən yazdı: "Əsas səbəbkar..."

17.06.2026
Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi (FOTO)

17.06.2026
Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

Əməkdar artistin xanəndə oğlu vəfat etdi (FOTO)

17.06.2026
Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

Bir milyonluq qaçaqmalçılıqda ittiham olunan şəxslərdən xəbər var

17.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

17.06.2026
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli oldu

17.06.2026
Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

Prezident Məhəmməd Süleyman Əl-Casiri təltif etdi

17.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az