YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü iclasında Heydər Əliyevin 95 illiyi ilə bağlı Amnistiya aktının qəbul olunmasına dair təklif səsləndirib
Virtualaz.org-un məlumatına görə, S.Növruzov indiyə qədər 63 əfv və 11 amnistiya qərarı qəbul edildiyini xatırladaraq bildirib ki, növbəti amnistiya üçün də təkliflər hazırlaya bilərlər: “Hesab edirəm ki, bir neçə məsələ üzrə budəfəki akt fərqlənməli, amnistiyanın əhatə dairəsi geniş olmalıdır".
Deputat təklif edib ki, bu Amnistiya aktı, ilk növbədə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun: "İkincisi, amnistiya yaşı 60-dan yuxarı olan qadınlara şamil oluna bilər. Həmçinin himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər. Amnistiya, yaşı 70-dən yuxarı olan bütün kişilərə də şamil edilsin. Radikal dini cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnsinlər. Müxtəlif müxalif radikal qurumların və ayrı-ayrı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da şamil oluna bilər. Hesab edirəm ki, bunları nəzərə almalıyıq”.
S.Novruzov Prezident İlham Əliyevə müraciət edərək növbəti Amnistiya aktının qəbul olunmasını xahiş edib.
MilliYol.Az
Digər xəbərlər
loading...