• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Türkiyə Rusiya üçün niyə çətin tərəfdaşdır?

14:08 27.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Mariya Zaxarovanın növbəti qalmaqallı açıqlamasının pərdəarxası

“Türkiyə çətin tərəfdaşdır”. 

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi əməliyyatla bağlı Rusiyanın dəqiq mövqeyinin olmadığı ilə bağlı sualına cavabında Rusiya XİN sözçüsü ölkəsinin mövqeyinin bəlli və dəqiq olduğunu vurğulayıb.

Kürd jurnalistlərin Türkiyənin Afrində keçirdiyi hərbi əməliyyatlara və Suriyadakı kürd qruplaşması PYD-nin (Demokratik İttifaq Partiyası) nümayəndələrinin Rusiyanın kürdlərə xəyanət etməsi ilə bağlı suala cavab verən M.Zaxarova Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata görə ölkəsinin məsuliyyət daşımadığını söyləyib: “Bəli, Türkiyə çətin tərəfdaşdır. Lakin Rusiya çətinliyindən asılı olmayaraq daim Türkiyə ilə kürd problemini müzakirə edir. Rusiya kürd siyasi qüvvələrinin Suriya münaqişəsinin nizamlanmasına cəlb olunması üçün əlindən gələni edir”.

Hər zaman qalmaqallı açıqlamaları ilə yadda qalan Mariya Zaxarovanın bu dəfə də Türkiyə ilə bağlı ikibaşlı fikir səsləndirməsinin səbəbi anlaşılan deyil. Çünki son dövrlərdə Türkiyə-Rusiya münasibətləri kifayət qədər normala dönmüşdü. Bəs görəsən, bu açıqlama iki ölkə arasındakı münasibətlərin yenidən soyuması, yolların yenidən kəsişməsi deməkdirmi?  Yoxsa bu da sadəcə Zaxarovanın düşünülməmiş açıqlamalarından biridir?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran  politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirdi ki, Mariya Zaxarovanın niyə bu cür açıqlama verməsi anlaşılan deyil: “Rusiya bir tərəfdən Türkiyə ilə tərəfdaşlıq münasibətləri qurdu. Suriyada əməkdaşlıq etdilər, İŞİD-ə qarşı birgə əməliyyat apardılar. Elə ki, söhbət Türkiyənin təhlükəsizliyinə gəldi, görürük ki, artıq fərqli oyunlar gedir. Halbuki Afrin əməliyyatı rəsmi Moskva ilə razılaşdırılmışdı. Türkiyə prezidenti rusiyalı həmkarı Putinlə telefonla danışmışdılar. Əməliyyatdan bir-iki gün öncə də Türkiyə baş qərargah rəisi Hülusi Akar Moskvaya getmiş, həmkarı Valeri Gerasimovla bu məsələləri razılaşdırmışdı ki, problem yaranmasın. Əməkdaşlıq burada da davam edirdi. Aydın məsələdir ki, Zaxarova öz fikrini deməyib, rəhbəri Sergey Lavrovun fikrini səsləndirib. Lavrovda da əslində məcburiyyət əsasında türkiyəli həmkarı ilə təmas qurur. Lavrov təbiətcə anti-türk olan bir xarici işlər naziridir. Azərbaycana da , Türkiyəyə də münasibəti eynidir.  Ona təlimat veriləndə ki, Türkiyə ilə tərəfdaşlıq olmalıdır, məcburi şəkildə bu tərəfdaşlığı aparır. Ancaq görürük ki, zaman-zaman müəyyən mesajlar da göndərir. Çünki əvvəllər Rusiyanın silahlı kürdlərlə, PYD ilə əlaqələri də var idi. Təsadüfi deyil ki, bir il öncə  PYD-nin Moskvada təmsilçiliyi də artdı. Bu da Rusiya-Türkiyə münasibətlərinə xələl gətirmişdi”.

Politoloqun sözlərinə görə, Rusiya Türkiyənin maraqlarını guya nəzərə alır, digər tərəfdən də  diplomatları bu cür mesajlarla əməkdaşlığa xələl gətirməyə çalışır: “Çünki Türkiyə ordusu nə qədər uğurlu əməliyyat aparsa da, əgər gələcəkdə əməliyyatlar uzanarsa, Türkiyə həm Rusiya, həm də Amerika tərəfindən müəyyən şantaj  tipli mesajlarla üzləşə bilər. Həmin dövlətlər Türkiyənin problemlərini də dərinləşdirə bilərlər. Baxmayaraq ki, sözdə Amerika da, Rusiya da, İran da Afrin əməliyyatına ciddi bir etiraz etməmişdilər. Ancaq yenə də, yaxın günlərdə əməliyyat uzanarsa, mövqelərdə müəyyən dəyişiklər baş verə bilər.  Rusiyanın Türkiyəni nə üçün çətin tərəfdaş adlandırdığını anlaya bilmirəm. Türkiyə Rusiyadan qaz alır, qaz xəttini Rusiya Bolqarıstana çəkə bilmədi, bolqarlar etiraz etdi, Avropa Komissiyası qoymadı. Daha sonra Putin Türkiyəyə getdi və bunu türkiyə ilə razılaşdırdı. Rusiya Türkiyədə nüvə elektrik mərkəzi tikəcək ki, dəyəri 20 milyard dollardır. Bu mərkəzin işləməsinə də Rusiya baxacaq. Türkiyədən bu qədər qazancı varkən, üstəgəl Suriyada da əməkdaşlıq edərkən Türkiyə niyə çətin tərəfdaş adlandırılır, anlamıram. Rusiya üçün çətin tərəfdaş Amerika və Avropadır. Türkiyə isə hər istiqamətdə Rusiya ilə əməkdaşlığı davam etdirir”.

E.Şahinoğlunun fikrincə,  Rusiyada öyrəşiblər ki, kiminlə əməkdaşlıq edirlərsə, onu öz təsir dairələrində görsünlər: “Unudurlar ki, Türkiyə Ermənistan, Qazaxıstan və ya Belarusiya deyil. Türkiyənin özünün müstəqil siyasəti var və öz maraqlarını nəzərə alır, Rusiyanın maraqlarını nəzərə alası deyil ki...  Daha öncə bu iki ölkə arasında problem ondan başladı ki, Türkiyə Rusiyanın sərhədi pozan hərbi təyyarəsini vurdu: Bundan sonra Ərdoğan üzr istədi. Ona rəğmən Rusiya bunu pomidor məsələsinə qədər apardı və bunu o qədər uzatdı ki, onun üzərindən bir çox məsələlər həll olundu. Sanki bununla  Türkiyəni hələ də cəzalandırdıqlarını düşünürdülər. Ancaq Türkiyə ilə iqtisadi əməkdaşlıq Rusiyanın özünə xeyirlidir. Rusiyada ildə cəmi bir dəfə, onu da cənub bölgələrində pomidor yetişdirmək olar. Ancaq  tələbat böyükdür. Bu tələbatı da ancaq türkiyə və Azərbaycan ödəyə bilir. Bunu qadağan etməklə Rusiya öz vətəndaşlarına ziyan vurur. Bundan başqa, Rusiyada ən yaxşı tikinti işlərini türkiyə şirkətləri həyata keçirir. Hətta dövlət binalarını, ”Qazprom"un binasını belə Türkiyə şirkətləri inşa edib".

Rusiyalı diplomatların danışıq tərzini dəyərləndirən Elxan Şahinoğlu  Vladimir Putini onlardan  daha yaxşı diplomat adlandırdı: “Zaxarovanın danışığı Rusiya siyasətçilərinin daxilindən gələn bir danışıq tərzidir. Jirinovskinin və ya bəzi rusiyalı ekspertlərin danışıq tərzi də belədir. Əksəriyyəti özündənrazı, müştəbehdir. Diplomatlara gəlincə, Lavrov da Zaxarova kimi qalmaqallı açıqlamalar verir. Bizim haqqımızda da  demişdi ki, dağlıq Qarabağ Azərbaycanın daxili məsələsi deyil. Bu da çox kobud açıqlama idi. Onun mətbuat sözçüsü Zaxarova da Azərbaycan əleyhinə bir-iki dəfə mənfi fikir söyləmişdi. Putin bu iki şəxsdən  daha yaxşı diplomatdır, çünki ondan heç vaxt belə fikirlər eşitməmişik. Əksinə, bu günlərdə Putindən soruşdular ki, Rusiyanın hərbi hava bazasına hücum olub, burada Türkiyənin əli varmı. Putin dedi ki, yox,  Türkiyənin əli yoxdur, Ərdoğanın da bu məsələdə günahı yoxdur, sadəcə Türkiyənin nəzarət etdiyi bölgədən kimlərsə bizim aramızı vurmaq istəyir. Bu, diplomatik bir cavab idi ki, münasibətlər korlanmasın. Ancaq Sergey Lavrov, Mariya Zaxarova diplomata yaraşmayan açıqlamalar verirlər. Sonuncu açıqlamadan sonra türklər də düşünürlər ki, o niyə belə deyib? Arxasında hansı səbəblər var? Sanki bilərəkdən bir cümlə ilə vəziyyəti gərginləşdirirlər”. (musavat.com)

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az