«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp bəyan edib ki, Meksika ilə sərhəd boyunca divarın tikintisi üçün ABŞ Konqresi 25 milyard dollar vəsait ayırmalı olacaq. Dövlət başçısı «digər təhlükəsizlik tədbirləri» üçün daha 5 milyard dollar ayırmağa çağırıb
Bunun qarşılığında ABŞ lideri qeyri-leqal miqrantların məhkumluğu olmayan uşaqlarına 10-12 il ərzində vətəndaşlıq verilməsi imkanlarını nəzərdən keçirəcək.
Ağ Evin başçısı israr edir ki, divarın tikintisi ölkənin immiqrasiya islahatlarının başlıca tərkib hissəsidir. Prezident, islahat barədə sənədin qəbul olunacağına şübhə etmir.
Məlumat üçün bildirək ki, Meksika ilə sərhəddə divarın tikilməsi məsələsi Trampın seçkiqabağı açar vədlərindən biridir.
MilliYol.Az
Digər xəbərlər
loading...