• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

ABŞ Rusiyanı necə cəzalandıracaq?

15:25 24.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

ABŞ müdafiə naziri Ceyms Mettis ötən həftə Birləşmiş Ştatların yeni müdafiə strategiyasını təqdim etdi

2017-ci ilin dekabrında açıqlanan milli təhlükəsizlik strategiyasında olduğu kimi, burada da Rusiya və Çin dünya düzənini pozmağa çalışan dövlətlər kimi göstərilir.

«Getdikcə daha aydın görünür ki, Çin və Rusiya dünyanı öz avtoritar modellərinə uyğun formalaşdırmaq, digər ölkələrin iqtisadi, diplomatik və müdafiə yönümlü qərarlarına “veto” hüququ əldə etmək istəyir”, – sənəddə deyilir.

Həmçinin qeyd olunur ki, Rusiya qonşuluğundakı ölkələrin də bu sahədəki qərarlarını idarə etməyə can atır. Bu da olduqca təhlükəlidir: “Gürcüstan, Krım, Ukraynanın şərqi ilə bağlı nümunə narahatlıq üçün kifayət qədər əsas yaradır. Rusiyanın yenilənən və genişlənən nüvə proqramı isə açıq təhdiddir”. 

Sənəd müəllifləri hesab edirlər ki, ABŞ Çin və Rusiyaya yetərli müqavimət göstərmək üçün müdafiə sahəsini gücləndirməlidir: “Çin və Rusiya ilə uzunmüddətli strateji rəqabət  ABŞ Müdafiə Nazirliyinin əsas prioritetidir. Birləşmiş Ştatların təhlükəsizliyinə yönələn təhdidlərin miqyası və gələcəkdə bu təhdidlərin artma ehtimalı müdafiə sahəsinə yatırımların artırılmasını zəruri edir”.

Bütün bunlar Mettisin ötən cümə günü açıqladığı strategiyanın ictimaiyyətə açıq hissəsində yer alıb. Ehtimal edilir ki, Çin və Rusiya ilə bağlı məlum fikirlər aysberqin sadəcə görünən tərəfidir. Və sənədin məxfi saxlanılan hissəsində bu kimi daha çox məqama toxunulub.

Yeni milli müdafiə strategiyası ilə tanış olan ekspertlər hesab edirlər ki, ABŞ-ın dünya miqyasındakı rəqiblərinə dair səslənən fikirləri Kreml özünə götürməlidir. 

ABŞ müdafiə nazirinin keçmiş müavini Dov Zakhaym yeni strategiya ilə bağlı Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, Birləşmiş Ştatların hərbi-siyasi rəhbərliyi mövqeyini açıq şəkildə ortaya qoyub: “Strategiya prioritetləri açıq şəkildə göstərir. Orada deyilir ki, Rusiya və Çin ABŞ üçün bir nömrəli narahatlıqdır. Mettisin karyerasına baxsaq, görərik ki, o, boş söz danışmır. Və mən düşünürəm ki, bu, olduqca dəqiq mesajdır. Özü də Pekindən daha çox Moskvaya ünvanlanmış mesaj. Belə təəssürat yaranır ki, cənab Putin açıq desək, bizi ötüb. O, demokratik sistemlərlə – bizimlə və Qərbi Avropa ilə oyun oynayıb. Bundan başqa da, siz Putinin həmin oyunlarla Suriyada, Liviyada, Misirdə nələrə nail olduğuna, yəhudilər arasında mövqelərini möhkəmlətməsinə nəzər salsanız, görərsiniz ki, o bizi ötüb. Mənə elə gəlir ki, Mettisin mesajlarından biri də bu idi ki, “mən buna son qoymaq üçün Dövlət Departamenti ilə işləyəcəm”. 

Zakhaym hesab edir ki, ABŞ Müdafiə Nazirliyinin hədəfi hərbçilərin imkanları ilə diplomatların səylərini gücləndirməkdir: «Strategiyanın açıq hissəsində “yeni tərəfdaşlar” anlayışından da bəhs olunur. Orada İsveç və Finlandiya kimi ölkələr nümunə gətirilir. O ölkələr ki, cənab Putindən gələcək mümkün təhlükəyə qarşı güclərini artırırlar. Məsələn, İsveç bunu çox sürətlə edir”. 

Dov Zakhaymın sözlərinə görə, strategiyada ABŞ-ın Çinə və Rusiyaya münasibətdə eyni mövqedə olmadığı açıq şəkildə görünür: “Rusiya açıq şəkildə ABŞ-ın düşməni kimi kimi təqdim olunub. Çinlə bağlı belə deyil. Hesab edirəm ki, burada bizim Çinlə ticarət sahəsində böyük müttəfiq olmağımız böyük rol oynayır. Bizim iqtisadiyyatımız bir-birinə sıx bağlıdır. Əgər bizim iqtisadiyyat zəifləyirsə, bu, onlara müsbət təsir göstərmir və ya əksinə. Bu, olduqca çox nüansları olan əlaqələrdir. Çin bizimlə işlədiyi müddətdə ona qarşı aqressiv olmayacağıq. Rusiyaya gəlincə, bu ölkə Gürcüstana və Ukraynaya girib, Estoniyanı “sındırmaq” üçün ona qarşı kiberimkanlarını işə salıb. Ona görə də strategiyada Rusiyaya qarşı daha sərt ifadələrdən istifadə olunub”. 

Mettisin Milli müdafiə strategiyası ilə bağlı çıxışından bir gün əvvəl beynəlxalq məsələlər üzrə iki aparıcı analitikin – Robert Blekvil (oğul Buş dönəmində milli təhlükəsizlik üzrə müşavirin köməkçisi) və Filip Qordonun (Obama dövründə prezidentin Yaxın Şərq üzrə xüsusi köməkçisi) «Foreign Affairs» jurnalındamaraqlı yazısı dərc olunmuşdu.

Yazıda qeyd olunurdu ki, Rusiya ABŞ üçün əsas təhdidlərdən biridir. “Düşmən hücum edib, cavab verməyin vaxtıdır”, – deyə müəlliflər bildirir.

Ekspertlər əmindilər ki, Rusiya amerikalıları arasında fikir ayrılığı yaratmağa və bunu gücləndirməyə qərarlıdır: “Amerika vətəndaşlarının və qurumlarının kompüterlərinə hücum edib onlarla bağlı məlmuatları oğurlamaları, seçkilərin nəticələrinə təsir etmək istəmələri, nəzarətlərində olan media vasitələrinin əli ilə ABŞ-dakı sosial şəbəkələrdə dezinformasiya yaymaları bunu deməyə əsas verir”.

Blekvil və Qordon hesab edir ki, Moskvanın bu fəaliyyətlərinin nəticəsi olaraq daxili mübarizə başlayıb və milli institutlara etibar azalıb ki, bu da Birləşmiş Ştatlar üçün böyük təhdid yaradır: “Bu, nüvə hücumu istisna olmaqla milli təhlükəsizliyə təhdid yaradan ənənəvi problemlərdən heç də geri qalmır. Və buna cavab vermək lazımdır. Bu qədər ciddi məsələ ilə bağlı yeni təbirlər görülməlidir ki, Amerika cəmiyyətini daha bir müdaxilədən qorumaq və ABŞ-a hücum etdiyi üçün Rusiyanı cəzalandırmaq mümkün olsun. Bu cavab təkcə növbəti seçkilərə müdaxilənin qarşısını almaqla məhdudlaşmamalıdı. Moskva yalnız etdiklərinin ona baha başa gələcəyini gördüyü an dayanacaq”.  

Yazı müəllifləri Rusiyanın məlum fəallığına qarşı NATO-nun möhkəmlənməsini, maliyyə sanksiyalarının tətbiqini, Ukraynaya yardım edilməsini, Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmağı, Rusiya təbliğatına və dezinformasiyasına qarşı müqavimət göstərilməsini təklif edirlər: “Vaşinqton Moskvaya xəbərdarlıq etməlidir ki, ABŞ Rusiya rəsmilərinin maliyyə qaynaqları, ABŞ-a olan kiberhücumların iştirakçıları, Putin və ətrafı barədə xoşagəlməz məlumatları yaymağa hazırdır. Görünür, Putin o qənaətə gəlib ki, Rusiyanın regional və qlobal miqyasda rolunun yüksəlməsi ABŞ-ın zəifləməsindən keçir. Birləşmiş Ştatlar Moskvadan gələn bu mesajı dərk etməlidir…”. 

Tərcümə Strateq.az-ındır

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az