• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

“ABŞ-ın nə dediyinin bizim üçün daha önəmi yoxdur” - Təhlil

12:10 24.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


Pyer Aski

LOBS (Fransa), 23.01.2018

Türkiyə, doğrudanmı, NATO-dan çıxacaq? Hələ bir neçə il qabaq Türkiyə 1952-ci ildə soyuq müharibənin gedişində Alyansa qoşulanda və şərq “cinahında” onun əsas dayaqlarından birinə çevriləndə bu cür sual ağla gəlməzdi. Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın açıqca ABŞ-a qarşı durduğuna və Suriyada müharibənin bitdiyi elan ediləndən sonra Yaxın Şərqin yenidən qurulmasında təşəbbüsü ələ keçirmək cəhdinə  baxmayaraq indi də bu cürdür.

Türkiyə ordusunun Suriyanın şimalında Afrində şənbə günü kürd qoşunlarına qarşı başladığı hərbi əməliyyat ABŞ və Türkiyənin müxtəlif yanaşmalarının daha bir nişanəsidir. Özü də prezident Ərdoğan hətta bunu gizlətməyə çalışmır. O, istehzalı “Zeytun budağı” adıyla əməliyyatın başlandığını elan edərək bildirib: “ABŞ-ın nə dediyi bizim üçün daha önəm kəsb etmir. Biz Afrində, sonra isə Mənbicdə əməliyyata başlayırıq. Biz İraqa qədər yolu təmizləyəcəyik”.

Qarşıdurma

İŞİD-lə mübarizədə amerikalıların “Demokratik Birlik”dən Suriya kürdlərinə istinad etmək və Raqqanı cihadçılardan geri almaq qərarından bəri bu qarşıdurma artıq bir neçə aydır sürür. Bu strategiya özünü doğruldub, çünki Raqqa ABŞ aviasiyası və xüsusi xidmətlərindən dəstək alan kürdlər və ərəblərin arasındakı alyans SDQ-nin əlinə keçib. Ankara isə SDQ-i Türkiyənin savaş durumunda olduğu PKK-nın Suriya təmsilçiliyi sayır.

Suriyada Türkiyə və İraqla sərhəddə əsasən “Xalq özünümüdafiə dəstələri” və “Suriya demokratik qüvvələri” üzvlərindən ibarət 30 min nəfərlik ordu yaradıldığı haqda məlumat Türkiyə prezidentini hiddətə gətirib. Ərdoğan öz ölkəsinin suverenliyinə “həmlə”dən danışıb və NATO üzrə müttəfiqlərinin bu təşəbbüsünü “rüşeymində” boğmağı vəd edib.

“Biz Qüdsdən getməyəcəyik”

Bu, ölkələr arasında münaqişələrin yeganə qaynağı deyil. Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq və Amerika səfirliyini ora köçürmək haqda bu yaxınlardakı qərarı Ərdoğana müsəlmanlar üçün üçüncü müqəddəs ocağın müdafiəçisi kimi çıxış etmək, bununla da Fələstində yəhudi qəsəbələrinin inşasına qarşı çıxış edən Osmanlı imperiyasının Sultanı II Ədülhəmidin xəttini davam etdirmək imkanı verib. Türkiyə prezidenti dekabrda öz partiyası qarşısında çıxış edərək deyib: “Cənab Tramp, biz Qüdsdən getməyəcəyik. Qüds müsəlmanlar üçün qırmızı xətdir”.

ABŞ Ankaranın Rusiya ilə yaxınlaşması və Türkiyənin Rusiyadan S-400 RƏM sistemi almasına tənqidi yanaşır. Bu, NATO-ya üzv ölkə üçün yetərincə qəribə hərəkətdir. Ərdoğan keçən ay Soçidə Putin və İran prezidenti Həsən Ruhaniylə görüşüb ki, Suriyadakı durumu müzakirə etsin. Halbuki Vaşinqton Yaxın Şərqdə İran oyununa qarşı çıxış edir. Ərdoğan Afrində əməliyyata başlamazdan qabaq bu addımı Rusiya hökuməti təmsilçiləriylə müzakirə etmək üçün hərbi məmurları Moskvaya göndərib.

Bu strateji ziddiyyətlər Türkiyə və NATO arasında bağları zəiflədib. Əlbəttə, NATO siyasi böhranlardan artıq keçib – o cümlədən, 1974-də Türkiyə Kiprə müdaxilə edərkən və yaxud 2003-də İraqa müdaxilə üçün Amerika qoşunlarını öz ərazisindən buraxmaqdan imtina edərkən.

Üst-üstə düşməyən maraqlar

Lakin Alyans NATO üzvlərindən birinə hücumun qalan üzv dövlətlərə hücum sayılacağından danışan Nizamnamənin 5-ci bəndində təsbit olunmuş inama əsaslanır. Bu gün isə Suriya müharibəsində türklər və amerikalıların müxtəlif maraqları var və hətta üz-üzə gələ bilərlər və bu, görünməmiş bir durumdur.

Türkiyə artıq NATO-nun önəmli üzvü, keçən ilin iyulunda İŞİD-ə qarşı beynəlxalq koalisiyanın tərkibində Türkiyənin strateji baxımdan mühüm İncirlik bazasında yerləşən qoşunlarını çıxarmaq qərarına gələn Almaniya ilə üzülmə vəziyyətindədir. Almaniya hökumətinin qərarı Ankaranın alman parlamentarilərinə öz əsgərlərinə baş çəkmək icazəsi verməyəndən sonra gəlib.

Hələ bundan əvvəl NATO-nun Norveçdə səhlənkarlığı durumu ağırlaşdırıb: çağdaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürk “düşmən”, prezident Ərdoğanın özü isə “düşmənlə əlbir”  adlandırılıb ki, bu da sonradan Alyansın Baş katibinin üzr istəməsini tələb edib… Ərdoğanın çevrəsi dəfələrlə NATO-nu tərk etmək hədəsi gəlib ki, bu da heç kimi təəccübləndirməzdi. Amma istisna deyil ki, bu, alternativ alyanslar strategiyası hazırlamağa cəhd edən Türkiyə prezidentinin strateji maraqlarına cavab verir. Onun Parisə bu günlərdəki səfəri göstərir ki, tənqid və ittihamlara baxmayaraq keçmiş müttəfiqlərilə bağları tamamilə üzmür.

Kürdlərlə mübarizə kabusa dönüb

Ərdoğanın Rusiya və İranla yaxınlaşmasının, həqiqətən də, öz hüdudları var. Dəməşqi dəstəkləyən Rusiyanın Suriyada hətta Moskvada öz təmsilçiliyi olan kürd könüllü yığmasıyla çoxdan münasibəti var. Moskvanın Afrində Türkiyənin hərbi əməliyyatlarından birbaş öncə geri çağırılan təmsilçiləri var idi. Ankara yanvarda Rusiya aviasiyasının dəstəyi ilə Əsəd ordusunun İdlibə hücumuna qarşı etiraz edib. Türkiyə prezidenti faktiki olaraq son illərdə onun Suriyada yürütdüyü və hətta Əsədin gedişini sürətləndirmək üçün bir müddət cihadçıları gizlicə dəstəklədiyi siyasətdən başlayaraq bütün strateji variantlarının necə iflasa uğradığını müşahidə edib. Və PKK-nın Suriyadakı müttəfiqləri Amerikanın dəstəyini alanda və Türkiyə sərhədlərinin lap yaxınlığında üstün qüvvəyə çevriləndə onun kürdlərə mübtəlalığı dəhşətə çevrilib. Ankara 2011-in ərəb inqilablarından faydalanmaq istəyib ki, özünü bölgədə üstün və durumu sabitləşdirən dövlət kimi elan etsin, yekunda isə, əksinə, zəifləmiş və yolunu itirmiş kimi çıxıb.

Son bir neçə ilin sarsıntılarından sonra bölgəsəl tarazlıq yenidən bölüşdürülərkən Ərdoğanın uduşlu strategiyanı heç cür seçə bilmədiyinin səbəbləri Türkiyə prezidentinin 2016-nın iyulunda dövlət çevrilişi cəhdini boğmağı bacardığı qəddarlıqla heç cür bağlı deyil. Jurnalistlər, hüquqşünaslar, dövlət qulluqçuları, müəllimlər – heç kim təmizləmə və özbaşınalıqdan yayına bilməyib…  

Suriya müharibəsinin burulğanında Amerika tərəddüdləri, Rusiya qətiyyəti, İran nüfuzu və Səudiyyə Ərəbistanının əks-hücumlarıyla Türkiyə hər şeydən əvvəl buna yönəlib ki, kürd ordusunun onun sərhədləri yanında durmasına imkan verməyərək bu münaqişədə böyük uduzan tərəf olmasın. Bu zaman özünü köhnə ittifaqlarını təhlükə altında qoymaq riskinə gedir – o dərəcədə ki, günlərin birində bu suala cavab verməli olacaq: Türkiyə NATO-nu tərk edəcəkmi?

Tərcümə Strateq.az-ındır.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az