• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Tramp Obamanın axırına necə çıxdı? – Təhlil

16:37 18.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Andrey Baklitski

RBC

17 yanvar 2018-ci il

Ötən il iyulun sonunda Amerika administrasiyasının güc blokunun iclasında ABŞ prezidenti iştirakçılara bildirib ki, ölkənin nüvə arsenalını təxminən on dəfə artırmaq istəyir. “NBC” telekanalına iclasın anonim iştirakçılarının məlumat verdiyi bu bəyanat 1960-cı illərin sonundan Amerikanın nüvə gücünün azaldığını əks etdirən qrafikə reaksiya olub.

İştirakçılar təəccüblənsələr də, Donald Trampa (Donald Trump) bu cür silahlanmanın artırılmasının hüququ və maddi çətinliklərini başa sala və əksinə, son on il ərzində ABŞ-ın imkanlarının və ölkənin təhlükəsizliyinin artdığını izah edə biliblər.

Bu, yeni administrasiya ilə ABŞ-ın nüvə siyasətinin çətinliklərinin çox yaxşı təsviridir. Sələfləri kimi Donald Tramp da Pentaqona ölkənin gələcək nüvə gücünə mövqeyini, onların miqyas və strukturunu təsvir edən sənədi – Nüvə Siyasəti İcmalını  (Nuclear Posture Review) hazırlamağı tapşırıb. Yeni strategiya peşəkar hərbi-siyasi cəmiyyət tərəfindən hazırlanıb. Onlar bu zaman ənənəvi respublikaçı mövqeyə, həmçinin prezidentin dünyanın ən yaxşı nüvə gücünə malik olmaq istəyinə əsaslanıblar. Yanvarın 12-i sənəd “sızma” qurbanı olub və “Huffington Post” nəşrinin əlinə düşüb. Layihənin qeyri-rəsmi statusuna baxmayaraq, məlumatlı ekspertlər sənədin prezident tərəfindən qəbul edildiyini və ABŞ-ın müttəfiqləri arasında yayıldığını təsdiqləyiblər. İstənilən halda strategiyanın mətni yaxın vaxtlarda çətin ki, dəyişsin.

Yeni strategiya

2018-ci il nüvə siyasəti icmalını “Trampın nüvə strategiyası” adlandırmaq çətindir. 60 səhifəlik sənəd Pentaqon və ABŞ Energetika Nazirliyində hazırlanıb. Prezidentin sənədlə nə dərəcədə tanış olması sual olaraq qalır. Ancaq icmal, şübhəsiz, “Tramp dövrünün nüvə strategiyası”dır. Vaşinqtonun fikrincə, tarixin bu dövrü Amerika əleyhdarlarının qarşısını almaq üçün maksimum sərt gücün tətbiq edilməsini tələb edir.

Prezident Obamanın nüvə strategiyası nüvə silahı rolunun azalmağa davam edəcəyinə, yüksək dəqiq silahların nüvə silahının əksər funksiyalarını öz üzərinə götürə biləcəyinə əsaslanırdı. Əlbəttə, baxmayaraq ki, sonuncu köhnəldikcə onu modernlərşdirmək lazım gələcək, aparıcı dövlətlərin nüvə arsenalını azaltması yeni oyunçuların şəxsi hərbi proqramlarına marağını azaldacaq, əsas təhlükə isə nüvə terrorizmi olacaq.

Yeni sənəd nüvə silahını ABŞ-ın təhlükəsizliyinin təmin edilməsində mühüm alət kimi nəzərdən keçirir, Nüvə Silahının Yayılmaması Haqqında Müqavilə çərçivəsində nüvə arsenalının azaldılmasını nəzərdə tutmur, nüvə sınaqlarının qadağan edilməsi haqqında müqavilənin ratifikasiyasını birbaşa rədd edir və onların bərpa olunması imkanlarını açıq saxlayır.

ABŞ prezidentinin sabiq xüsusi köməkçisi Con Volfstalın (John Woolfstal) sözlərinə görə, strategiyanın ilkin versiyaları daha konfrontasion olub; xüsusilə nüvə başlığının hipersonik daşıyıcısının hazırlanması nəzərdə tutulub, Vaşinqton isə qeyri-nüvə ölkələrinə qarşı nüvə silahını tətbiq etməyəcəyinə dair təminat verməkdən imtina edib. Ancaq “mülayim” versiya da ABŞ-ın nüvə sahəsindəki əvvəlki siyasətindən xeyli fərqlənir.

İstifadəyə hazır

Strategiyanın əsas bəndi nüvə qüvvələrinin istifadə ssenarilərinin genişlənməsi olub. Nüvə silahına cavab verməklə yanaşı, Vaşinqton nüvə silahından strateji xarakter daşıyan əhəmiyyətli qeyri-nüvə hücumu zamanı da istifadə etməyə hazır olacaq. Bu hücumlara “ABŞ-ın mülki əhalisinə və ya infrastrukturuna, ölkənin müttəfiq və ya tərəfdaşlarına, Birləşmiş Ştatların və ya müttəfiqlərinin nüvə arsenalına, həmçinin onların idarəetmə və ya xəbərdarlıq sistemlərinə hücum” daxildir. İfadələrdəki anlaşılmazlıq nəticədə Vaşinqtonun rəqiblərinə “qırmızı xəttin” haradan keçdiyini başa düşməyə mane olacaq. Nüvə sahəsində ekspert kimi fəaliyyət göstərən Kinqston Rif (Kingstone Rif) ironik şəkildə sual verir ki, “Rusiya müdaxiləsi bu cür hücumların təyinatı altına düşəcəkmi?”

Amerika triadasına (qitələrarası ballistik raketlər, strateji bombardmançı və raket daşıyıcı nüvə sualtı qayıqları) daha çox çeviklik vermək üçün kiçik gücə malik yeni tipli iki silah hazırlamaq nəzərdə tutulur: “Trident” sualtı qayığında ballistik raketlər üçün yüngül nüvə başlığı və nüvə ilə təchiz edilmiş dəniz bazalı yeni qanadlı raket. Strategiya müəlliflərinin fikrincə, belə bir silah ABŞ-ı rəqibin nüvə arsenalının məhdud tətbiqinə müvafiq şəkildə cavab verməyə, beləliklə digər ölkələri nüvə silahını istifadə etmə stimulundan məhrum etməyə imkan verəcək. Rusiya və bir çox Amerika ekspertləri artıq bildiriblər ki, yeni sistemlər nüvə müharibəsi riskini artıracaq.

Sənəd Şimali Koreya (KXDR rejiminin nüvə silahının istənilən cür istifadəsinə cavab olaraq məhv vəd edilib) və Çinin (Vaşinqton Çini nüvə silahını tətbiq etməkdən çəkindirir, həmçinin qeyd edir ki, “qeyri-nüvə təcavüzünə” qətiyyətlə cavab verməyə hazırdır”) qarşısının alınmasını nəzərdə tutur. Ancaq mətndə əsas diqqət ABŞ-ın nüvə “sparrinq tərəfdaşı” – Rusiyaya ayrılır.

Nüvə praqmatizmi

Beynəlxalq sazişlərin pozulması ilə bağlı ənənəvi iddialarla yanaşı ABŞ ilk dəfə Moskvanı rəsmi şəkildə “deeskalaisya məqsədilə eskalasiya” strategiyasının mövcudluğunda ittiham edib. Bu, Rusiyaya sərf etməyən hərbi münaqişənin dayandırılması üçün birinci tərəf olaraq nüvə silahından məhdud istifadə planlarıdır. Bu nəzəriyyəni əsaslandıran ciddi faktlar olmamasına, belə ssenarilərin fantastikliyinə və Rusiyanın hərbi doktrinasında nüvə silahının rolunun tədricən azalmasına baxmayaraq, icmal Rusiya tərəfindən ilkin məhdud nüvə zərbəsi təhlükəsini Amerikanın nüvə qüvvələrinin inkişafı üçün vacib səbəb kimi göstərir. Kosmos da daxil olmaqla, Rusiyanın nüvə və qeyri-nüvə hücumlarının qarşısını almaq ABŞ nüvə qüvvələri, Avropada yerləşdirilən NATO nüvə qüvvələri, Britaniya və Fransa nüvə qüvvələrinin kombinasiyası vasitəsilə nəzərdə tutulur.

Konsprioloji baxımdan ABŞ-ın yeni nüvə siyasəti icmalı Moskvanın Vaşinqtonla bağlı bütün şübhələrinin ideal təsdiqi kimi görünür. Rusiya DİN və müdafiə nazirliyinin illərlə şikayət etdiyi hər şey buradadır: maksimum qeyri-müəyyən bəhanə ilə ABŞ-ın birinci olaraq nüvə zərbəsi endirməyə hazır olması, “istifadəyə daha yararlı” nüvə silahının yaradılması, Böyük Britaniya və Fransanın Amerikanın nüvə planlarına daxil edilməsi, “birgə nüvə missiyaları” çərçivəsində NATO-nun qeyri-nüvə üzvləri ilə sıx əməkdaşlıq, raketəleyhinə müdafiə tərəfdən strateji nüvə qüvvələrinə təhlükə – bütün bunlar nəinki təsdiqlənib, həmçinin yeni planla möhkəmlənib. Barak Obamanın liberalizmi nüvə sahəsində maksimal praqmatizm ilə əvəzlənib.

Rusiya üçün imkanlar

Digər tərəfdən, yeni icmalda müsbət məqamlar da tapmaq olar. O, mövcud beynəlxalq müqavilələri pozmağı təklif etmir. Konqresin təzyiqlərinə baxmayaraq, mətndə qanadlı yerüstü yerləşdirmə raketlərinin hazırlanması üzrə planın olmaması Orta və kiçik mənzilli raketlərin ləğvinə dair müqavilənin qüvvədə qalacağına ümid verir. ABŞ yeni strateji hücum silanlanmasını 2021-ci ildən sonra uzadılmasına yol verir və silahlanmaya nəzarət sahəsində Rusiya ilə yeni sazişlərin bağlanmasını istisna etmir.

Barak Obama administrasiyası ABŞ-ın milli təhlükəsizliyinin təmin edilməsində nüvə silahının rolunu kəskin azaldan ötən nüvə siyasəti icmalını buraxanda rus hərbçiləri və ekspertləri şəxsi söhbətlər zamanı Vaşinqtonun adi silah sahəsində çox irəli getdiyini və qeyri-nüvə vasitələri ilə üstünlüyünü təmin edə biləcəyini söyləyirdilər. O vaxtdan çox şey dəyişib. Moskva adi və yüksək dəqiqliyə malik silahların inkişafına ümid edir. “Strateji qeyri-nüvə saxlanması” anlayışı doktrinal sənədlərə möhkəm daxil olub. Bu yanaşmanın effektivliyi Suriyada Rusiyanın hava-raket qüvvələri tərəfindən nümayiş etdirilib.

Rusiyanın strateji nüvə qüvvələri cavab zərbəsi endirə, ABŞ-ın qarşısını ala bilər. Vaşinqtonun dəniz bazalı yeni qanadlı raketlər yaratmağı planlaşdırdığı yerlərdə isə Moskva artıq özünü doğrultmuş “Kalibr”lərə malikdir. Əgər ABŞ mövcud nüvə qüvvələrinin yeni çoxtrilyonluq (icmal maliyyələşdirmə ilə bağlı problemin olduğunu vurğulayır) modernləşdirmə dövrünə başlayırsa və (daha böyük maliyyə qeyri-müəyyənliyi ilə) yeni sistemlərin hazırlanmasını planlaşdırısa, onda Rusiya yeni onilliyin başlanğıcını 90% yenilənmiş nüvə triadası ilə qarşılayacaq.

Prezident Trampın Pentaqonun hazırladığı plana nə qədər sadiq qalacağını söyləmək çətindir, amma ümumilikdə Moskva kifayət qədər rahat vəziyyətdədir, onun nüvə silahlanması üzrə yarışa atılmaq və mövcud olmayan problemlərə cavab tapmaq kimi bir məcburiyyəti yoxdur. Bunun əvəzində yaranmış şəraitdən istifadə edərək bərabər hüquqlu tərəf kimi nüvə sahəsində geridə qaldığına görə narahat olan Birləşmiş Ştatlarla konkret, qarşılıqlı maraq doğuran, o cümlədən nüvə silahlanması üzrə nəzarət və eskalasiya imkanlarının azaldılması ilə bağlı məsələləri müzakirə etmək olar.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az