• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Xəlil Rza: “Ar olsun onlara...” – Müdafiə nitqi

15:50 15.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Firuz Mustafa

Pasternakı ifşa edənlər saysız-hesabsız olsa da, onu müdafiə edənlər tək-tük idi və həmin qorxmaz adamlardan biri o zaman cəmi 25 yaşı olan gənc şair Xəlil Xəlilov idi

1958-ci il. Moskva. Xəlil Rza Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alır.

Təkcə gənc şairin təhsil aldığı institut deyil, az qala bütün SSRİ bir-birinə dəyib. Səbəb sadə və həm də mürəkkəbdir. Boris Pasternak Nobel mükafatına layiq görülüb. Ünlü şairin ilk böyükhəcmli əsərində- “Doktor Jivaqo” romanında “sosializm həqiqətləri” yerlə-yeksan olunub. Pasternak Amerika MKİ-nin  40 ildə Sovetlər Birliyinə endirə bilmədiyi zərbəni cəmi bir əsərlə vurub. Hələ bu azmış kimi, Nobel komissiyası onu öz ödülü ilə mükafatlandırıb. Nə etməli?

 

23 oktyabr 1958-ci il tarixdə Nobel öz sahibinə təqdim olunmalıdır. Elə həmin gün o vaxtın ideoloji bosu M.A. Suslovun şəxsi tapşırığı ilə bütün təbliğat maşını Pasternakın əleyhinə işə düşür. Ölkə başçısı N.S. Xruşşovun özü sussa da artıq ideoloji “qulbeçələrə” yuxarıdan əmr gəlmişdi: bütün SSRİ ziyalı və vətəndaşları yazıçını lənətləməli idi. O vaxt Ümumittifaq gəncləri adından SSRİ komsomolunun 1-ci katibi Vladimir Semiçastnı oktyabr ayının 29-da çağırılan komsomolun Plenumunda (sonralar yazdığına görə, Xruşşovun tələbi ilə) çıxış edərək Pasternakı zərərli bir “ünsür”, gənclərin əxlaqını korlayan bir burjua tör-töküntüsü kimi ifşa etdi.

 

Demək olar ki, bütün ali məktəblərdə Nobel mükafatçısı və bu mükafatın özü ifşa olunmağa başlamışdı. Gənc qələm sahibləri də bu “təbliğat selinə” qoşulmuşdular. Bəs necə? Hökumətdən nəsə qapmaq lazım idi, şöhrət qazanmaq lazım idi. Komsomol şairlər bir-birlərinin sözünü kəsə-kəsə efirdən-ekrandan Pasternakın ünvanına lənətlər yağdırırdılar.

 

Amma burası da vardı ki, danışanların çoxu yaşlılar və ortabablar idi. Bəs istedadlar niyə susur? Belədə Komsomolun MK-nın məsul işçi sözü o vaxtkı gənclər arasında öz nüfuzu, “çəkisi”, “blatı” olan Yevgeni Yevtuşenkoya verir. Yevtuşenko cavan olsa da artıq SSRİ-də yaxşı tanınırdı. Xüsusilə, 1954-cü ildə SSRİ yazıçılarının 2-ci qurultayında Səməd Vurğunun məruzəsində adı çəkiləndən sonra daha da məşhurlaşmışdı. İndi o odla su arasında qalmışdı; əsəri tərifləsə onu “yuxarılar” vuracaqdı. Əsəri tənqid etsəydi o, “aşağının”, yəni oxucu kütləsinin tənqidinə tuş gələcəkdi.

 

Yevtuşenko, nəhayət, fikirləşib bəhanə, daha doğrusu “çıxış yolu tapdı”, əsər barədə danışmaqdan imtina etdi. Səbəb kimisə bunu dedi: Mən “Doktor Jivaqo” romanını oxumamışam. Əsərdə nədən bəhs edildiyindən bixəbərəm. Oxumadığım əsər haqda mən nə danışa bilərəm ki?” Doğrudan da, oxumadığın əsərdən söhbət açmaq inandırıcı görünə bilməzdi. Halbuki gizlətsə də əsəri ilk oxuyanlardan biri məhz Yevgeni Yevtuşenko olmuşdu. Yeri gəlmişkən, roman ilk dəfə İtaliyada, sonralar İngiltərə, Hollandiya, ABŞ-da rus və digər dillərdə nəşr edilmişdi. Əsəri Yevgeni Yevtuşenko nəinki rus dilində, hətta, italyan və ingilis dillərində də oxuya bilərdi, çünki hər iki dili yüksək səviyyədə bilirdi.

 

O vaxtkı SSRİ məmurları əsər haqda təkcə rus ziyalılarının danışmasını kafi hesab etmirdilər. Axı SSRİ təkcə ruslardan ibarət deyildi. Bəs bu Pribaltikadan, Orta Asiyadan, Qafqazdan gələn gənclər niyə susurlar? Axı onlar gələcəyin ədibləri olacaq. Bu cür laqeydlik qınaq obyekti olmalıdır...

 

Ədəbiyyat İnstitutunda iclası aparan komsomol lideri üzünü tələbələrin toplaşdığı auditoriyaya tutub təkrarən soruşdu:

 

- Boris Pasternakın Nobel mükafatına layiq görülmüş cəfəng “Doktor Jivaqo” sayıqlaması haqda kimin danışmağa sözü var?

 

Bu sözlərdən bəlli olurdu ki, əsər haqda hansı “istiqamətdə” danışmaq lazımdır. Ortaya uzun bir sükut çökdü. Komsomol şefi narahat idi. Az sonra kiminsə əli yuxarı qalxdı.

 

İclasın aparıcısı, gələcəkdə daha iri məmur olmaq istəyən sarışın komsomol şefi göz gəzdirib yuxarı qalxan əli görüb gülümsədi:

 

- Buyurun, buyurun... Hiss olunur ki, qafqazlısız...

 

Orta boylu, tökmə bədənli, qaraşın, qıvrımsaç bir gənc oğlan cəld addımlarla kürsüyə yaxınlaşdı. Gəncin üz-gözündən yaşına yaraşmayan bir ciddiyyət tökülürdü. Moskvada qışın ilk günləri idi. Artıq qar yağmışdı. Hava soyuq idi. Amma buna baxmayaraq inamlı addımlarla kürsüyə yaxınlaşan bu gəncin əynində ağ rəngli yüngül yay pencəyi vardı. O, bu görkəmdə peşəkar, inamlı bir idmançıya da bənzəyirdi. Cavan oğlan əvvəlcə rəyasət heyətinə, sonra zala göz gəzdirib təmkinlə sözə başladı:

 

- Bəli, mən qafqazlıyam. Azərbaycanlıyam. Bakıdan gəlmişəm...

 

Yerli komsomol məmuru nədənsə şübhələnibmiş kimi dilləndi:

 

- Siz burada Ədəbiyyat İnstitutunda təhsil alırsız? Elə isə ad-familiyanızı deyin ki, protokola düşsün.

 

Xitabət kürsüsündəki gənc cəld, bir qədər də əsəbi halda cavab verdi:

 

- Xəlil Xəlilov. Mən Ədəbiyyat İnstitutunda ikinci təhsilimi alıram. Bundan əvvəl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm. İndi burada birinci kursda oxuyuram. Pavel Antokolskinin rəhbərlik etdiyi poeziya bölməsində... İyirmi beş yaşım var. Komsomolçuyam.

 

Rəyasət heyətindəki komsomol şefi kürsüdəki coşqun gəncin ötkəm danışığından nəsə ehtiyat edib təmkinlə dedi:

 

- Mən Azərbaycanı və azərbaycanlıları çox sevirəm. Nizamini, Axundovu, “Arşın mal alan” filmini, Rəşid Behbudovu...

 

Xəlil Xəlilov əlini yuxarı qaldırıb uca səslə dedi:

 

- Mən də rus ədəbiyyatını çox sevirəm. Puşkini, Lermontovu, Belinskini, Tolstoyu, Turgenevi, Qorkini, Çexovu, Bloku, Mayakovskini...

 

Gənc şair cümləni bitirməmiş zalı alqış sədaları bürüdü. Rəyasət heyətindəki gənc komsomol şefi də tribunadakı qaraşın şairi alqışlayanlara qoşulmalı oldu.

 

- Xəlil Xəlilov, buyurun, davam edin. Hiss olunur ki, siz rus ədəbiyyatını yaxşı bilirsiz.

 

Kürsüyə sinə gərən gənc şairin səsi daha da gurlaşdı:

 

- Bəli, mən rus ədəbiyyatını sevirəm. Amma Qərb və Şərq ədəbiyyatını da sevirəm. Böyük ədəbiyyat bizə daim həqiqəti deməyi öyrədib. Əslində ədəbiyyat elə həqiqət deməkdir. Var olsun əsl ədəbiyyat...

 

Yenə alqış sədaları dalğalandı.

 

Gənc şair get-gedə daha inamlı danışırdı:

 

- Biz bu gün buraya rus yazıçısı Boris Pasternakın Nobel mükafatına layiq görülmüş “Doktor Jivaqo” romanını təhlil, daha doğrusu tənqid etmək məqsədilə toplaşmışıq. Bəri başdan demək istəyirəm ki, mən bu əsəri diqqətlə oxumuşam.

 

Zala sükut çökdü. Hamı gözləri qara işıq kimi alışıb yanan gənc natiqə diqqət kəsilmişdi.

 

- Mən mətbuatda Boris Pasternak haqda çıxan yazıları da oxumuşam. “Doktor Jivaqo” romanı haqda indiyəcən böyük hörmət bəslədiyim yazıçılar fikir bildiriblər. Məsələn, Tvardovski, Marşak, Erenburq, Leonov, Smirnov...

 

Rəyasət heyətindəki komsomol şefi bir qədər əsəbi tonda dilləndi:

 

- Xəlil Xəlilov, biz o böyük yazıçıların fikirləri ilə tanışıq. İndi sizin fikrinizi öyrənmək istərdik.

 

Kürsüdən zala baxan gənc şair əli ilə gözünün üstünə tökülən uzun, qara-qıvrım saçını geri itələyib ucadan dedi:

 

- Mən Boris Pasternakdan əvvəl həmin o yazıçılar - Tvardovski, Marşak, Erenburq, Leonov, Smirnov, lap elə Şoloxov haqda söz demək istəyirəm. Ar olsun onlara... Bu, söz adamına yaraşmayan işdir. Onlar öz qələm dostlarını satıblar. Onlar bununla həqiqəti satmışlar. Yazıçılıq həm də qəhrəmanlıqdır... Onlar nə qədər istedadlı olsalar belə, əsl qəhrəman yox, yarımçıq qəhrəmanlardır. Zal uğuldadı.

 

Xəlil Rza kürsüdə guruldayırdı:

 

- “Doktor Jivaqo” romanı dəyərli əsərdir...

 

Komsomol şefi ayağa durub əsəbi halda bağırdı:

 

- Kürsünü tərk edin...

 

Gənc şair hiddətlə dilləndi:

 

- Zaman gələcək, Pasternakın “Doktor Jivaqo” romanı öz həqiqi qiymətini alacaq. Həm də bu qiyməti ona gələcək rus ziyalıları verəcək. Siz onda xəcalət çəkəcəksiz...

 

Şair kürsüdən aşağı endi.

 

Zalı sükut bürümüşdü.

 

...Bəli, zənniniz sizi aldatmır. 1958-ci ilin qışında Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda çıxış edən gələcəyin tribun şairi, böyük vətəndaş, həqiqət sevdalısı Xəlil Rza Ulutürk idi.

 

 MilliYol.Az

Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az