“Biz dünyaya millət və milliyyətin mənasını öyrədən bir millətik”
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazan Elektrik İstehsalı Müəssisəsinin açılışında bildirib.
O vurğulayıb ki, Türkiyə əvvəlki Türkiyə deyil: “Artıq yeni Türkiyə var. Bu gün arı yuvasına çöp soxulduğunu görürük. Suriya, İraq və Avropada baş verən hadisələrin heç biri bu səhnədən uzaq deyil. Nə edirlər, etsinlər, bizə mane ola bilməyəcəklər. Bəziləri Türkiyəyə yerini sözünü bilsin deyirlər. Ancaq biz Türkiyəyik, biz sıradan bir çadır dövləti deyilik. Bu millət saraylardan doğulub. Bəzi ayağı kirlilər Suriyadan bizi təhdid edir. PYD, YPG, İŞİD hamınız birdən gəlin, nə olursunuzsa olun, hamısı başnıza dəyəcək. Bunun başqa çarəsi yoxdur. Suriyada terrorçuların məskən saldıqları əraziləri hazırda artilleriya atəşinə tuturuq və atəşə davam etdirəcəyik”.
MilliYol.Az
Digər xəbərlər
loading...