Lənkəran rayonunda mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların 10 nəfər olduğu məlum olub. Artıq onlardan 7-sinin adı da dəqiqləşdirilib
"Report" xəbər verir ki, hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Samirə Rzayeva, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rzayev Rəşad ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb.
MilliYol.Az
Digər xəbərlər
loading...