Ankara Soçidə keçiriləcək Suriya milli dialoqu konqresində iştirak etməyəcək
MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib.
Türkiyəli nazirin sözlərinə görə, rəsmi Ankara YPG (PYD-nin – PKK terror təşkilatının Suriyadakı qolunun - hərbiləşdirilmiş qanadı) ilə eyni tədbirdə iştirak etməyəcəyini əvvəlcədən bildirib.
Bundan əlavə, Çavuşoğlu qeyd edib ki, Rusiya ilə İran Suriyadakı sülh prosesinin qarantları kimi öhdəliklərini yerinə yetirməli və Suriya hökumət ordusunun Suriyanın İdlib əyalətindəki deeskalasiya zonasında hərəkətini dayandırmalıdır.
“Rejim qüvvələri İdlibdə irəliləyirlər. Rusiya və İran öhdəliklərini yerinə yetirməli və onları dayandırmalıdır. Dünən RF və İran təmsilçilərini çağıraraq müvafiq bəyanat vermişik”, - “Anadolu”ya müsahibəsində Çavuşoğlu deyib.
O əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri İdlibin mötədil Suriya müxalifətinin əlində olan ən iri rayonunda dördüncü nəzarət məntəqəsini yeləşdirməyə başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...