Bakıda ata və qızını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. O, özünü təqsirli bilib
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndidilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
S.Hacıyev ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Əməlindən peşman olduğunu deyən S.Hacıyev əməlindən peşman olduğunu qadını qısqanclıq zəminində öldürdüyünü söyləyib:
"Onun atası da yaxın münasibətdə olduğumuzu bilirdi. Sonra Samirəni qısqandığım üçün öldürdüm. Atasını da oradıydı deyə bıçaqla vurdum. Əvvəl ora gedəndə öldürmək məqsədim yox idi".
Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərində olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.
S.Hacıyev əvvəlcə mərhumları maşınla vurub, daha sonra isə onları bıçaqlayıb.
Mərhumların hüquqi varisi qismində Xalid Əsədov tanınıb. O, mərhum Allahverdi Əsədovun oğludur. X.Əsədov məhkəmədə ifadə verib.
Zərərçəkmiş X.Əsədov söyləyib ki, bacısı Sahib Hacıyevi 2014-cü ildə tanıyıb. Bacısı ilə münasibətləri olub və sonra ailə həyatı qurublar.
"Bacım 2016-cı ildə dedi ki, Sahiblə evlənib. Mən də artıq nə deyəcəyimi bilmədim. "Allah xoşbəxt eləsin" dedim. Bir müddət sonra da evimizə qonaq çağırdım. Uzun müddət sonra Sahibin evli olduğunu öyrəndim"- deyə X.Əsədov qeyd edib.
O, Sahib Hacıyevin istintaqda ifadə verərkən mərhum atası ilə tanışlığı, münasibəti olması haqda dediklərinə də münasibət bildirib. Söyləyib ki, atası Sahib Hacıyevi heç vaxt qəbul etməyib:
"Atam dəfələrlə onu döyüb, evdən qovub. Buna şahidlik edənlər də var. Atam onu heç vaxt qəbul etmirdi. Hətta Sahibi və bacımı evimə qonaq çağırdığım üçün atam bir neçə ay məni danışdırmadı"- deyə X.Əsədov əlavə edib.
Zərərçəkmiş atası və bacısını öldürən şəxsə ən ağır cəza verilməsini tələb edib.
Məhkəmədə şahid qismində Tural Rüstəmov ifadə verib. O, mərhum Allahverdi Əsədovun digər qızının həyat yoldaşıdır. O, S.Hacıyevlə mərhum qayınatasının münasibətlərindən danışıb. T.Rüstəmov qeyd edib ki, onlar arasında münasibət yaxşı olmayıb və qayınatası Sahibi qəbul etməyib.
Məhkəmədə şahid qismində Bəxtiyar Hacıyev ifadə verib. O, təqdirləndirilən Sahib Hacıyevin birinci evlilikdən oğludur. Bəxtiyar Hacıyev atasının mərhum Samirə Əsədova ilə münasibətlərindən xəbərinin olduğunu deyib.
B.Hacıyev qeyd edib ki, atası ilə münasibətləri yaxşı olub, amma xəstəliyi ilə bağlı onunla söz-söhbətləri olub: "Psixoloji problemləri var idi. Əsəbi olurdu. Buna görə bəzən münasibətlərimiz pozulub".
Dövlət ittihamçısı şahidə xatırladıb ki, o, istintaqda atası ilə aralarında söz-söhbət olmasına başqa bir səbəb göstərib: "İstintaqda atanızın Samirə Əsədova ilə münasibətinə görə dava etdiyinizi, hətta evdən çıxıb getdiyinizi demisiniz".
Şahid belə bir ifadə vermədiyini söyləyib. Növbəti məhkəmə iclası yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, Sahib Hacıyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (iki və daha artıq şəxsi öldürmə) maddələri ilə ittiham edilir. S.Hacıyevi 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.
MilliYol.Az
Digər xəbərlər
loading...