Tunisdə Tebourba əyalətində yaşayış xərclərinin bahalığı və vergi artmalarına etiraz edən nümayişçilərlə təhlükəsizlik orqanları arasında yaranan qarşıdurma zamanı bir nəfər ölüb
Axar.az xəbər verir ki, bu barədə Tunisin Daxili İşlər Nazirliyindən informasiya verilib.
Nümayişçilərdən bəzilərinin hökumət binasını yandırmaq cəhdi qarşısında polis qüvvələrinin müdaxilə etməsi vəziyyəti daha da alovlandırıb və qarşıdurmaya çevirib. Hadisə nəticəsində ən azı 5 nəfərin yaralandığı bildirilib.
Etiraz nümayişləri sırasında dünyasını dəyişən şəxsin xroniki tənəffüs xəstəliyinin olduğu və gözyaşardıcı qazdan boğularaq öldüyü qeyd olunub.
Digər xəbərlər
loading...