• Xəbər lentİ
Fləş

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

15:43 / 19.06.2026

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

17:31 / 19.06.2026

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

16:27 / 19.06.2026

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

15:43 / 19.06.2026

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

14:52 / 19.06.2026

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

14:49 / 19.06.2026

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

14:24 / 19.06.2026

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

13:14 / 19.06.2026

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

13:05 / 19.06.2026

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

12:21 / 19.06.2026

DÇ-2026 həyəcanını izləmək üçün möhtəşəm məkan (FOTO/VİDEO)

11:59 / 19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

11:27 / 19.06.2026

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

11:26 / 19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

10:19 / 19.06.2026

Xalq artistinin anası vəfat etdi

09:43 / 19.06.2026

Sabiq icra başçısını oğluna aldığı "Range Rover" satıldı - MƏBLƏĞ

17:16 / 18.06.2026

Tanınmış xəstəxana vergilərini vaxtında ödəmir – Borcu 3,5 milyon manatı keçib

16:40 / 18.06.2026

Çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edildi

16:37 / 18.06.2026

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı

14:16 / 18.06.2026

Prezident Ərəb Koordinasiya Qrupunun nümayəndələrini qəbul etdi (FOTO)

13:04 / 18.06.2026

"Səbail" klubunun adı dəyişdirilir

12:24 / 18.06.2026

Anar Bayramova yeni müşavir təyin olundu

12:13 / 18.06.2026

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

11:32 / 18.06.2026

Prokuror "Arzum"a ağır cəza istədi

11:26 / 18.06.2026

Almaniyada tutularaq ölkəmizə gətirildi - 33 il əvvəl nə baş verib?

11:16 / 18.06.2026

Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanladı

11:06 / 18.06.2026

İndiyədək Qarabağa neçə nəfər qayıdıb?

10:25 / 18.06.2026

İlham Əliyev: İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır

10:08 / 18.06.2026

Azərbaycan əhalisinin sayı 0,1 % artıb

09:57 / 18.06.2026

Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan artıq mühüm iştirakçıya çevrilib

09:38 / 18.06.2026

Prezident İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində çıxış etdi (FOTO)

09:36 / 18.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 20 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Ölkə

Ayrat Gimranovun bandası Elçibəyi öldürmək istəyirmiş...

17:35 15.07.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Bir neçə gün öncə “Rossiya 1” telekanalının efirində “Kriminal Rusiya. Müasir xronikalar” verilişində indiyə qədər Azərbaycan ictimaiyyətinə məlum olmayan məlumat səsləndirildi - Ayrat Gimranovun Rusiyada məşhur olan cinayətkar dəstəsi Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyə sui-qəsd hazırlayırmış.

Məlum olduğu kimi, bir çox arxiv sənədləri, həmçinin Rusiya hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşlarının ifadələri göstərir ki, bu cinayətkar dəstə Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilirdi.

90-cı illərin əvvəllərinin Azərbaycanı Qarabağdakı qanlı müharibədən canını qurtara bilməyən, bir neçə dövlət çevrilişinə şahid olmuş və vətəndaş müharibəsindən əziyyət çəkən ölkə idi. 90-cı illərin əvvəllərinin Rusiyası da müharibələrlə, amma kriminal müharibələrlə yadda qalıb. Qanlı quldur müharibələrinin episentri isə. əlbəttə ki, Moskva idi – burada onlarla iri cinayətkar dəstə və yüzlərlə kiçik briqadalar fəaliyyət göstərirdi. Moskvadan fərqli olaraq, Sankt-Peterburqda cinayətkar dəstələrin sayı elə də çox deyildi, lakin bu fakt onların daha az qaniçən olmasına dəlalət etmirdi.

Rusiyanın mədəniyyət paytaxtının o zamankı ən məşhur cinayətkar dəstələrindən biri Ayrat Gimranovun bandası idi. Banda 1990-cı illərin əvvəllərindən 1999-cu ilə kimi fəaliyyət göstərmişdi. Onun lideri keçmiş “əfqan” zabiti, “Qızıl ulduz” ordeni kavaleri, “Tatarin” ləqəbli Ayrat Gimranov idi. Fəaliyyətlərinin başlanğıcında bandanın üzvləri oğurluqla məşğul olurdular. Eyni zamanda, onlar Gimranovun tanışı – keçmiş məmur Yuri Şutovun sifarişi ilə cinayətlər törədirdilər. Lakin böyük pullar gəlməyə başlayınca, cinayətkar banda fəaliyyət sahəsini genişləndirməyə başlamışdı.

Biz təfərrüatlara varmayacağıq və yalnız bu cinayətkar dəstə tərəfindən sifarişləri yerinə yetirilən Yuri Şutovun şəxsiyyəti üzərində dayanacağıq.

Şutov artıq həyatda deyil. Peterburqun ən məşhur deputatı və kriminal aləminin nümayəndəsi iki il əvvəl Rusiyanın ən məşhur düşərgəsi hesab edilən “Ağ qu quşu”da ölüb. Quldurluq üstündə ömürlük həbs cəzasına məhkum olunmuş Şutov sərhədsiz enerjisi və siyasi gözəgirənliyi ilə yaddaşlarda qalıb. Onun adı tarixdə Anatoli Sobçak, Mixail Maneviç, Qalina Starovoytova kimi şəxsiyyətlərlə bir sırada qalıb.

Lakin kriminal yolunun başlanğıcında – 1992-ci ildə Şutov və “Tatarin” quldurluq və silah saxlama maddələri ilə cinayət işinə cəlb edilmişdilər. Lakin cəmi il yarımdan sonra Şutov şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılmış, daha 2 il sonra isə Sankt-Peterburqun Vıborq rayon məhkəməsinin qərarı ilə tam bəraət qazanmışdı.

Sonradan o, Dövlət Dumasının sədr müavini Sergey Baburinin köməkçisi və partiyasının üzvü olacaq, Peterburq qubernatorunun müavini Mixail Maneviç və Qalina Starovoytova ilə münaqişəyə girəcək, və onlar az sonra güllələnəcəkdilər.

Şutov 1999-cu ildə həbs edilib və ömrünün qalan hissəsini “Ağ qu quşu”nda keçirib. Onun başkəsəni Ayrat Gimranov isə hələ də ömürlük cəzasını çəkir.

Bəs Ayrat Gimranovun və Yuri Şutovun iki onillik öncə Sankt-Peterburqda fəaliyyət göstərmiş cinayətkar dəstəsini Azərbaycanla nə bağlayırdı? Gimranovla Şutovun daha öncə məlum olmayan cinayət işlərindən göründüyü kimi, ölkəmizlə onlar bilavasitə bağlı idilər. Rusiyanın “Birinci kanal”ının jurnalistlərinin əlinə keçmiş məlumatlara görə, Ayrat Gimranovun bandası Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəyə qarşı sui-qəsd hazırlayırmış.

Azərbaycan prezidentinin Sankt-Peterburqun qana həris cinayətkar dəstəsinin “yolunu” nə zaman keçdiyi məlum deyil. Elçibəyi “Tatarin” və Şutovla nəsə bağlaya bilərdimi? Çətin ki.

Yayılmış mülahizəyə görə, 90-cı illərin ən iri cinayətkar dəstələri və qaniçən kriminal avtoritetləri Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə edilib. Çox vaxt xüsusi xidmət orqanları əllərini səs-küylü siyasi qətllərə bulamaq istəmirdilər və bunun icrasını kriminal aləmin nümayəndələrinə tapşırırdılar. Buna görə də, inkar etmək olmaz ki, Əbülfəz Elçibəyə qarşı baş tutmamış sui-qəsd tarixin bizim çətin ki nə vaxtsa xəbər tutacağımız ağ səhifələrindən biri olub.(virtualaz.org)

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

19.06.2026
Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

19.06.2026
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

19.06.2026
Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

Temperatur 7 dərəcə enəcək: Yağış yağacaq, şimşək çaxacaq

19.06.2026

"Səbail" yeni baş məşqçisinin adını açıqladı

19.06.2026
Xalq artistinin anası vəfat etdi

Xalq artistinin anası vəfat etdi

19.06.2026
Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

Flora Kərimovanın evə buraxılacağı vaxt məlum oldu

19.06.2026

"İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik" (VİDEO)

19.06.2026
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

Azərbaycanda yumurta kəskin ucuzlaşdı - Səbəb açıqlandı

19.06.2026
Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova

Prezident dağıstanlı siyasətçi Qurban Qurbanova "Dostluq" ordenini təqdim etdi (FOTO)

19.06.2026
Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

Bu şəhərdə Azərbaycan səfirliyi açılır (SƏRƏNCAM)

19.06.2026
Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

Vilayət Eyvazov sıra baxışı keçirdi (VİDEO)

19.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

Vüsal Aslanov onlara yeni vəzifə verdi (FOTO)

19.06.2026
Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

Məktəbəqədər təhsildə dövlət-valideyn-özəl əməkdaşlığı modeli tətbiq ediləcək (FƏRMAN)

19.06.2026
İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

İmişlidə sevgi münasibəti oğurluğa səbəb oldu: Qız cəza aldı, oğlan isə..

19.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az