• Xəbər lentİ
Fləş

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026

70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı (VİDEO)

11:42 / 11.06.2026

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - RƏQƏMLƏR

11:08 / 11.06.2026

Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər

09:56 / 11.06.2026

Əmlak bazarında yeni tendensiya: Bölgələrə maraq niyə artır?

09:54 / 11.06.2026

DÇ-2026: Futbol bayramı başlayır

09:52 / 11.06.2026

Əli Kərimli, Ramiz Mehdiyev, Eldar Əmirov və Məmməd İbrahim barədə qərar verildi

18:27 / 10.06.2026

Samir Sədaqətoğlunun pyesi Türkiyədə festivalda uğurla nümayiş olundu

18:02 / 10.06.2026

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı  

15:57 / 10.06.2026

Səfurə Rəhimovaya hökm oxundu

15:55 / 10.06.2026

"Qarabağ"ın rəqibləri açıqlandı

12:20 / 10.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Bazar ertəsi, 15 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

İranın ali dini lideri iğtişaşlardan danışdı, Amerikanı hədələdi – sensasion ittihamlar

17:33 09.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Ayətullah Xameneyi: “Amerikanın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq”

İranın ali dini lideri Ayətullah Əli Xameneyi son hadisələrlə bağlı çıxış edib. 

Musavat.com xəbər verir ki, yanvarın 9-da ölkənin əsas dini mərkəzi olan Qum şəhərinə gələn dini lider burada din xadimləri və xalq kütlələri qarşısında son olaylar haqqında geniş çıxış edib.

İran dini lideri baş verənləri xarici təxribat adlandırıb. O deyib ki, İranın düşmənləri inqilabdan sonra əksinqilab fəaliyyətlərini davam etdirir. 

Sitat: “Mövzu 1 ilin, 2 ilin yaxud 5 ilin mövzusu deyil. Döyüş, millətin ziddinə olanlarla millətin döyüşüdür. Döyüş, İranın ziddinə olanlarla İranın döyüşüdür. Döyüş, İslamın ziddinə olanlarla İslamın döyüşüdür. Və bu, davam edəcək”.

Dini lider deyib ki, sosial tələblərlə, iqtisadi vəziyyətə etiraz edənlərlə təxribatçılar ayrılmalıdır: “Xalqın həqiqi tələbləri ilə törədilən vəhşiliklər arasında fərq qoymalıyıq. Bayraq yandırma, Quranı və İslamı təhqir etmənin xalqın tələbləri ilə heç bir əlaqəsi yoxdur. Son günlər baş verənlər haqqında təhlillər aparılır və hamısında ortaq mövqe budur ki, haqlı tələblərlə küçəyə çıxanlar və vəhşiliklər törədənlər ayrı-ayrı dəstələrdir. Bir dəstə insan məhrum olduğu bir şey üçün çıxıb etirazını bildirir. Amma bundan istifadə edərək onlara qoşulub bayrağı yandırmaq, Quran və İslamı təhqir etmək, məscidə od vurmaq ayrı bir işdir. Bunları bir-birilə qarışdırmamalıyıq”.

Ayətullah Xameneyi deyib ki, xalqa öz etiraz səsini bildirmək haqqı verilib. Eyni zamanda o sosial problemlərlə etiraz edənlərə qarşı sərt davranılmadığını qeyd və əlavə edib ki, hökumətin borcu bu problemləri dinləyib sonra da həll etməkdir. Ancaq onun sözlərinə görə, son olaylar zamanı iğtişaş törədənlər idarə olunublar.

İranın dini lideri daxildəki iğtişaş qruplarının, “Xalqın mücahidləri” qruplaşmasının, Qərb kəşfiyyatı və ərəblərin əlbir olduğunu bildirib: “Baş verən hadisələrdə "üçlük" fəal idi. Kim idi onlar? Bunlar saxlanılanların etirafı və həmçinin kəşfiyyat xidmətinin əldə etdiyi məlumatlardır. Amerika və sionistlər neçə aydır ki, İran haqqında bir plan üzrə işləyirdilər. Kiçik şəhərlərdən başlayıb böyük şəhərlərə və oradan paytaxta sirayət edən bir hərəkat hazırlanırdı. Amma bunun üçün pul lazım idi ki, Amerika daha pul xərcləmək istəmir. Pulu körfəz ölkələri təmin etdilər. Üçüncü dəstə isə “Mücahidini-Xəlq” təşkilatıdır. Terrorlar edən, adam öldürən münafiqlər. Neçə aydır təşkilatlanıblar. Özləri də bunu öz mətbuatlarında etiraf edirlər. Amerikalılarla əlaqədə olduqlarını, daxildə olan adamlarla camaatı küçələrə çıxartmaq üçün danışıqlar apardıqlarını özləri bildirirlər”.

Dini lider deyib ki, “Bahalığa yox” şüarı quraşdırılmış, daha çox insanı cəlb etmək üçün düşünülmüş şüar olub: “Bu elə bir şüardır ki, hamının xoşu gəlir. Camaat onlara qoşulduqdan sonra insanları öz məqsədləri üçün yönləndirdilər. Bir tərəfdən “canım İrana fəda olsun” deyirlər, digər tərəfdən bayrağı yandırırlar. Şüursuzlar anlamırdılar ki, bu iki şey bir-birilə düz gəlmir. Ümumiyyətlə, siz nə vaxt canınızı İrana qurban verməyə hazır olmusunuz? Müharibə zamanı canını düşmən müqabilində sipər edən və 300.000 şəhid olanlar inqilabçı və hizbullahçı adamlar olublar. Siz o zaman harada idiniz ki, indi canım İrana fəda olsun deyirsiz?

Amerika əsəb içindədir. Amma tək mənə yox. Sizə, İran xalqına, İran dövlətinə yenə məğlub olduğu üçün. İndi də Amerikanın dövlət rəsmiləri deyir ki, İran hökuməti xalqından qorxur. Xalqdan niyə qorxmalıyıq? İran dövləti xalqdan yaranıb və xalqa məxsusdur. Sonra deyirlər İran dövləti Amerikadan qorxur. Əgər Amerikadan qorxuruqsa, necə oldu sizi 80-ci illərdə İrandan bayıra və indi də regiondan bayıra atırıq? Amerika rəhbərləri bunu bilsinlər ki, hədəfləri boşa çıxdı. Mümkündür yenə səy etsinlər. 

Amma bilsinlər ki, yenə başları daşa dəyəcək. Bilsinlər ki, bu neçə gündə bəzi zərərlər vurublar ki, bu cavabsız qalmayacaq. 

Amerikanın başında olan o zahirdə normal adam olmayan bilsin ki, bu nümayişkaranə dəlilikləri cavabsız qalmayacaq. Və həmçinin xaricdə və çox təəssüf daxildə olan Amerika sevərlər də bilsinlər ki, hökumət möhkəm dayanıb və Allahın lütfü ilə bütün çətinlikləri, problemləri və zəiflikləri aradan qaldıracaq”.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

14.06.2026
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

14.06.2026
Azərbaycanda Milli Qurtuluş Günüdür

Azərbaycanda Milli Qurtuluş Günüdür

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

İçkiyə ən çox pul xərcləyən bölgələr açıqlandı (SİYAHI)

09.06.2026
Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

11.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az