• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

20:12 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə, 17 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Musavatçıların “əl tulası“, Əhməd Cavadın “quyruğu“ - Mikayıl Müşfiq

16:53 06.01.2018 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share


30 ilə sığan dahi ömrü

Bu gün, yanvar ayının 6-sı Mikayıl Müşfiqin anım günüdür. Ölümündən 80 il ötən Müşfiq, XX əsr Azərbaycan ədəbiyyatının, poeziyasının zirvəsidir.  

Azərbaycan şeir tarixinə adını qızıl hərflərlə yazmağı bacaran Mikayıl Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Maraqlısı isə odur ki, ziyalılarımızın, böyüklərimizin, gənclərin kitaba, şeirə marağının azlığından şikayətləndiyi bir dövrdə M.Müşfiqin şeirləri ən passiv gənclərin belə yaddaşına həkk olunmağı bacarır. Yəqin ki, çox az adam tapılar ki, M.Müşfiqin "Yenə o bağ olaydı" şeirini ömründə bircə dəfə də olsa, eşitməmiş olsun.

Şair haqqında yazmaq üçün həyat və yaradıcılığını yenidən oxudum. Və oxuduqca gördüm ki, doğum tarixindən (5 iyun 1908-ci il) başlayaraq, 1926-cı ildə "Gənc işçi” qəzetində çap olunmuş ilk şeiri "Bir gün”, ilk kitabı "Küləklər” (1930) daxil olmaqla şairin bütün həyat xronologiyasını dünən oxuyubmuş kimi xatırlayıram. Səbəbini tam olaraq bilmirəm, amma yadımdadır ki, məktəbdə səhv etmirəmsə, 6-cı sinifdə Müşfiqlə olan tanışlığım zamanı ona xüsusi rəğbətimin səbəbi zahirən şairi çox bəyənməyim olmuşdu. Şeirlərinin axıcılığı, asan yadda qalması ona sevgimi daha da artırmışdı. Məncə, əsərlərindən, haqqında yazılan xatirələrdən, məqalələrdən tanıdığımız bitkin, möhkəm xarakterin üzündə təzahür etdiyi şairin yaraşıqlı olmasını heç kim inkar etməz. 
 
Nənəm kənddə kitabxana müdiri olub. Kitabxana isə babamgilin evinin düz yanında idi. Buna görə də nənəm uşaqlarını elə kitabxanada böyütdüyünü deyirdi. Danışardı ki, uşaq vaxtı atamın oxumağı təzə öyrəndiyi vaxtda həmişə vərəqlədiyi, oxumağa çalışdığı kitab onun dilindən desəm, "Müşqişin günləri” olub. Bu həmin o "Müşfiqli günlərim” kitabı idi. Hansı ki, Dilbər Axundzadə şairin ölümündən sonra yazmışdı. Və mən bu gün çox peşmanam ki, o kitabı uşaq vaxtı bu hekayəni eşidərkən yarıya qədər oxumaqla kifayətlənmişəm. Kitab Müşfiqin,
 
Mənim könlüm deyir ki, 
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər
Yoluna düşən günlər 
Hələ qarşımızdadır...

...misraları ilə başlayır. Əsərdə Dilbər xanım təkcə şairlə birgə yaşadığı günlərdən yox, Müşfiqin uşaqlığından, gəncliyindən, ailə üzvlərinin, dostlarının xatirələrindən də danışıb. Onu da qeyd edim ki, kitab Sovet dövrünün "qəddar və kəskin" təbliğatı ruhunda yazılıb. Çox güman mənim kimi cavan nəslin nümayəndələri əsərin bəzi yerlərini oxuyanda çox təəccübləniblər.
 
Bununla yanaşı, gənc və istedadlı şairimizin həyatı haqda geniş məlumat almaqda əvəzsiz mənbə olan əsərin hər səhifəsində Müşfiqin tükənməz həyat sevgisi hiss olunur: 

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerdə çarpışan göylə əlləşən,
Dostdan, aşinadan necə əl çəkim? 

Həyat dedikləri bu keşməkeşdən, 
Qəlbimdə, qanımda yanan atəşdən
Gecədən, gündüzdən, aydan günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?

Güllələndikdən sonra məzarı qalmasın deyə, cəsədi dənizə atılan şairin 30 illik həyat yolunda 10 kitabı, "Yenə o bağ olaydı", "Oxu tar", "Ana”, "Sevgilər”, "Yadıma düşdü”, "Sənə qurban ”, "Sənin gülüşlərin” və s. kimi dillər əzbəri şeirləri, A.Puşkinin "Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun "Demon” (R.Rza ilə birlikdə) tərcümə poemaları, S.Marşakın "Huşsuza bax, huşsuza”, T.Şevçenkonun, Ömər Xəyyamın və başqa şairlərin, eləcə də M.F.Axundzadənin "Şərq poeması” kimi tərcümə əsərləri onun zəngin ədəbi irsinin nümunələridir. Tərcümə demişkən, yeni öyrəndiyim bir məlumatı sizinlə paylaşmaq istəyirəm. Belə ki, hər kəsin Mikayıl Müşfiqə aid olduğunu düşündüyü, sevdiyi "Rəssam” şeiri əslində Ömər Xəyyama aiddir. Müşfiq bu şeiri sadəcə tərcümə edib. Və buna görə də şeir şairin ancaq tərcümə kitablarında verilib. 
 
Düşünürəm ki, Müşfiqi bu qədər təkrarolunmaz edən isə şairin səmimiyyəti olub. Elə buna görədir ki, bu şeirlər oxunduqca insanın ürəyinə yağ kimi yayılır. Müşfiq öz şeirlərində arzularını dilə gətirirdi. Bu da sonralar Müşfiqi ortadan götürmək üçün "qırmızı imperiyanın" əlinə bəhanə vermişdi. Müşfiqi "məhşər ayağına" çəkənlər ondan bu şeirlərin "əvəzini çıxırdılar, hesab sorurdular”.

Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var.
Yelkənim açılır, qara yel əsmə,
Mənim bu dünyada bir sandalım var.

Müşfiqin ölümünə kimlərin "imza atdığı” daim müzakirə olunub. Bəziləri bunu şairin həyat yoldaşı gözəl Dilbər xanıma sahib olmaq istəyənlərin şərəfsizliyi, bəziləri burjuaziyanın onu özləri üçün ciddi təhlükə kimi görmələri, bəziləri isə şairin "həmkar”larının qısqanclığı ilə bağlayıblar. Sonuncu versiya çox danışılmasa da, qısqanclıq hər zaman ən böyük cinayətlərin səbəbi olub. 30-cu illərin sonunda sanki əbədi tənqid birbaşa Müşfiqə qarşı yönəlmişdi. Bu elə-belə deyildi, çünki, dövrün böyük ədibləri Müşfiqə böyük dəyər verirdilər. Müasirləri onu dövrün Füzulisi adlandırırdılar. Hüseyn Cavid əfəndi Müşfiqi "Gələcək şeirimizin tacidarı” deyə qiymətləndirirdi. S.Vurğun isə deyirdi ki, "Məni yalnız Müşfiq keçəcək”.

"Kommunist" qəzetinin 1937-ci ilin 20 iyun tarixli nömrəsində Ə.Əkbər imzası ilə "Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli” adlı məqalədə Müşfiqlə bağlı bəzi fikirləri diqqətinizə çatdırmaq istəyirəm: "Xalq düşmənləri, musavatçı, pantürkist ünsürlər Sovet ədəbiyyatının inkişafına hər vəchlə mane olmuşlar. Azərbaycan Sovet Yazıçıları İttifaqına soxulan kontrrevolyusioner, alçaq müsavatçıların havadarı - ikiüzlü Əhməd Cavad, Hüseyn Cavid, Sanılı və onların ayrılmaz quyruğu Mikayıl Müşfiq uzun illər boyu sosializm quruluşumuza istər açıq, istərsə də gizli surətdə zidd olmuş və  murdar işlərini davam etdirmişdir...

...Öz pantürkist çıxışları ilə əsl reaksion simasını çoxdan bəri göstərmiş olan Mikayıl Müşfiq təqib edilən bir ilan kimi ədəbiyyata öz zəhər tuluğunu boşaltmağa hər vəchlə çalışmışdır.

Musavatçıların əl tulası olan Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdı ki, o, irəliləyən Sovet ədəbiyyatına müqavimət göstərmiş və hətta Azərbaycan Sovet Yazıçıları İttifaqının üçüncü plenumunda son dərəcə əclaf çıxış edərək, kontrrevolyusioner, eqoist Müşfiq yeni yetişən gəncliyi açıqdan-açığa həvəsdən salır, onları ədəbiyyatdan uzaqlaşdırmağa çalışır...”. 

Bu kimi yazılardan çox misal gətirmək olar. Müşfiqin "ifşa”sına həsr olunmuş daha bir yazı isə şair Məmməd Rahimin 1937-ci ilin avqust ayında "Ədəbiyyat" qəzetində dərc etdirdiyi "Kontrrevolyusioner, kantrabatçı, oğru” adlı məqalədir. Məqalədə deyilir ki, "Müşfiq ilk qidasını Türkiyənin aristokrat şairi Hamid və kontrrevolyusioner Hüseyn Caviddən almışdır. Onun "Küləklər” kitabçası hər cür meşşan, anarxist və yaramaz qara antisovet kontrrevolyusioner fikirlər ilə doludur”. 

Bütün bunların nəticəsində 1938-ci ildə Müşfiq tək özü yox, bütün ailəsi repressiyanın qurbanı oldu. Həyat yoldaşı Dilbər Axundzadə tək adamlıq kamerada ağır işgəncələrdən sonra əsəb sarsıntısı keçirdi, ruhi xəstəxanaya yerləşdirildi. Bacısı Böyükxanım onu aparmağa gələn NKVD işçilərindən bəhanə ilə aralanaraq mətbəxə keçir, üstünə ağ neft tökərək odlayır və həlak olur. Kiçik bacısı Balacaxanım isə istintaq zamanı müstəntiqin həqarətlərinə dözməyərək, masadaki su qrafinini onun başına çırpır, həbs olunur, sürgün həyatı yaşamağa məhkum olunur. Bəraətdən sonra psixoloji durumda tək ömrünü başa vurur. 

Bu repressiya ilə bir ömrü deyil, şairin yazılmamış neçə-neçə şeiri, əsəri qətlə yetirildi. Bununla belə, Mikayıl Müşfiq bizə 30 illik həyat yolunda bundan sonra hələ neçə nəslə yetəcək, zövq oxşayacaq, tərbiyə edəcək irs qoydu. Bizim öhdəmizə düşən isə bu kimi şairlərimizin əsərlərini, irslərini qoruyub saxlamaq, təbliğ etməkdir. 

Ruhun şad olsun, ölməz şair... 

Nərmin Həsənli


Etiket:

Digər xəbərlər

Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az