AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) nüvə proqramı üzrə sazişin İrana qarşı siyasi təzyiq aləti kimi istifadə edilməməsinə çağırıb
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabov qeyd edib ki, Birləşmiş Ştatlar (ABŞ) İrana qarşı təzyiqləri artırmaq üçün bəhanə axtarır. Moskva isə İranın atom üzrə sazişinin vəziyyətini dəyişmək üçün heç bir səbəb görmür. Bu fikiri də Ryabov səsləndirib.
Onun sözlərinə görə, böyük güc statusu nüvə proqramı üzrə fəaliyyət planının mümkün dəyişdirilməsi niyyətinə əsas vermir. ABŞ əsassız olaraq od yandırır.
ABŞ-ın vitse-prezidenti Mayk Pens bunda əvvəl qeyd edib ki, Vaşinqton İranın nüvə proqramı üzrə uzunmüddətli sazişin tərəfdarı kimi çıxış edir.
Sənəd, İranın nüvə silahı və ballistik raket əldə etmək cəhdləri olarsa, sanksiyaların dərhal bərpasını nəzərdə tutur. Moskva isə istənilən birtərəfli sanksiyaları qeyri-legitim hesab edir.
Bu ərəfədə, ABŞ maliyyə nazirliyi (MN) İranın 5 şirkətinə qarşı məhdudlaşdırıcı tədbir görüb. Bu şirkətlər hərbi proqramla əlaqəlidir.
İran Birləşmiş Millətlər Təşkilarına (BMT) ABŞ-dan şikayət göndərib. Şikayətdə ABŞ-ın İranın daxili işlərinə qarışması və zorakılığa çağırışlar etməsi əks olunub.
Digər xəbərlər
loading...