İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Məlumata əsasən, terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir.
Dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.
Ötən gün Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.
Digər xəbərlər
loading...