• Xəbər lentİ
Fləş

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026

Azər Bağırov “Şamaxı”nın baş məşqçisi oldu

13:19 / 02.06.2026

Antalya 2026-cı ildə beynəlxalq tədbirlərin mərkəzinə çevriləcək

12:14 / 02.06.2026

TƏBİB-ə yeni təyinat

11:38 / 02.06.2026

Nuranə Babayeva vəzifəsindən ayrıldı

10:58 / 02.06.2026

Yay bu tarixdə başlayacaq

10:37 / 02.06.2026

Fərdi məlumatların qorunması araşdırılacaq

10:32 / 02.06.2026

Fuad Çıraqova səfirlikdə vəzifə verildi

10:20 / 02.06.2026

Rövşən Nəcəf: "Enerji sektorunda uzun illər investisiya çatışmazlığı müşahidə olunub"

10:15 / 02.06.2026

3 aydır maaş ala bilmədiyi üçün efirdən getdi

10:07 / 02.06.2026

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

16:08 / 01.06.2026

Prezident ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi (FOTO)

15:58 / 01.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Müsahibə

Arif Quliyev: “Tükənmək qorxum yoxdur” - MÜSAHİBƏ

19:03 24.06.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Xalq artisti Arif Quliyevin APA-ya müsahibəsi
 
- Arif müəllim, hazırda rəsmi olaraq heç yerdə çalışmırsınız. Amma telefonda dediniz, işlərim çoxdur, ora-bura qaçıram. Bilmək olar, ora-bura qaçmağın səbəb nədir?
 
- Əslində özümlə bağlı işlər deyil. Yəni sənət, teatr söhbətləri ilə yaxından-uzaqdan bağlılığı yoxdur. Ev qayğıları ilə məşğulam. Yoldaşım xəstədir, onu tez-tez xəstəxanaya aparıram, ora-bura qaçıram. Xəstəlik də olan şeydir də, hamının başına gələ bilər.
 
- Pensiyaya nə vaxt çıxmısınız?
 
- Teatrda 42 il işləmişəm. İndi dincəlirəm. Üç ildir təqaüddəyəm. Həm xəstə idim, həm də 42 il işləmişəm də... Möhtərəm prezidentimizin köməyi ilə Türkiyədə əməliyyat olunmuşdum, işləmək çətin idi. İndi yaxşıyam, vəziyyətimdən də şikayətçi deyiləm. Bir il ərzində bir neçə filmə çəkilmişəm.
 
- Birinə baxmışam: “Sonuncu dayanacaq”...
 
- Hə, “Sonuncu dayanacaq” dövlət sifarişi ilə çəkilib. Allah rəhmət eləsin, o filmi Fikrət Əliyev çəkdi. Ondan başqa Kənan Məmmədovla, Akif Rüstəmovla bir yerdə işləmişik. Sonra “Yüz kağız” filminə də çəkilmişəm. Nail Naiboğlunun çəkdiyi Ramiz Abdullayevin “Biznesmen” komediyasında da oynamışam. Ara-sıra verilişlərə də dəvət alıram, çoxuna getmirəm. Təzəlikcə “Nazlı” adlı filmə də dəvət almışam. Rejissorun adı yadımdan çıxıb. Orda da bir neçə tanınmış yoldaşlarla bir yerdə çəkiləcəyəm.
 
- Arif müəllim, adını xatırlamadığınız rejissorun filminə çəkilməyə necə razılıq verirsiniz?
 
- Təzədir də, ona görə. Çağırdılar, şəklimi çəkdilər. O adını deməyib, mən də... Amma dəvətini qəbul eləmişəm. Rejissoru bilmirəm kimdir. Ssenarisinə baxdım, xoşum gəldi. Əsas olan obrazın səni özünə çəkməyidir. Rol balaca olsun, amma ürəyimcə olsun. Həm də ona görə razılıq verdim ki, aktyor kimi oynamaq, çəkilmək istəyirəm. Başım qarışır, sənətkarlara görüşürəm. Yaradıcılıq atmosferində yaşamaq xoşbəxtlikdir.
 
- Amma hər halda, dövlət sifarişi ilə çəkilən filmdə rol almaq daha xoşdur...
 
- Özəl film belədir ki, imkanlı bir adam pul verir, ya da üç-dörd nəfər yığışıb film çəkirlər. Onlar da çalışır ki, ortada olan məbləğ az da olsa, hamıya çatsın. 
  
- Sirr deyilsə, sizə nə çatır?
 
- “Yüz kağız” filmindən 400 manat pul almışam. “Biznesmen”dən də almışam 400 manat. Bunlar bir gün, iki gün olan çəkilişlərdir.
 
- 90-cı illərdə daha məşhur idiniz. İndi o məşhurluğunuzun azaldığını hiss edirsiniz?
 
- 1974-cü ildə ilk dəfə İsmayıl Osmanlı, Əlağa Ağayevlə efirə çıxmışam. Səhər açıldı, gördüm şəhərdə kim görürsə, məni göstərir, bir-birinə nə isə deyirlər. Yəni ilk efirdən sevildim. Sizə deyim, o sevgini, istəyi indi də hiss edirəm. Mənə elə gəlir, sevgi azalmayıb, əksinə, üstünə gəlib. Tamaşaçının məhəbbətini qoruyub saxlamaq çox çətindir. Məni demək olar, hamı tanıyır. Hərdən deyirəm, məni tanımayanlar hələ anadan olmayanlardır. (Gülür). O gün Bakıxanov qəsəbəsindən maşınla keçirdim, gördüm, ağsaqqallar çay içib, nərd oynayırlar. Maşını saxladım, düşüb görüşdüm, söhbət elədim. Nəyə görə? Ağsaqqalla görüşmək, ürək dolu söhbətlərini dinləmək ləzzət edir. Deməli, yeddi nəfər idilər, altısı məni tanıdı, biri lap yaşlı idi, gözləri zəif görürdü. Üzümə lap yaxından baxıb dedi ki, əə, bu Arif Quliyof döyül? Bilirsən, necə xoşuma gəldi? Bir dəfə Şəfa Stadionunda konsert idi. Birdən gördüm, beş-altı nəfər bir adamın dalınca qaçır. Həmin adam müğənni idi, iri də “Cip”i var idi. Bu müğənni qaçanlara fikir vermir, istəyir özünü atsın maşına, aradan çıxsın. Nə isə, o müğənnini saxladım, dedim, üzr istəyirəm, sənin işinə qarışmaq ixtiyarım yoxdur, amma deməyə məcburam. O dalınca qaçan adamlar səni istəyən adamlardır. Gör kimdən qaçırsan? O adamlar gəlməsəydilər, sən kimə görə qol çəkib pul alacaqdın? Bu maşını da, ağ kostyumu da, villanı da o sevgiyə görə almısan. Mən şəxsən bu adamların qarşısında baş əyirəm. Dedi, Arif müəllim bağışlayın, nə deyirsinizsə, düzdür.
 
Bir dəfə də bir aktyor yoldaşımız qayıtdı ki, nədir e, hara gedirsən, camaatla görüşürsən, söhbət edirsən. Nə var, nə var, onunla görüşmürlər, söhbət etmirlər. Uşaqlar düşüb dalımızca, bu aktyor əsəbi şəkildə qayıtdı ki, nədir, nə dalımızca düşmüsünüz? Dedim, ay adam, bizim dalımızca gələn bu uşaqlar çörəkdir, bərəkətdir, sevgidir. Mən Arif Quliyev o məhəbbətə görə xalq artisti olmuşam, prezident təqaüdü almışam, dövlətimiz ev verib və s. Yəni hər şey o sevgidən asılıdır.
 
- İndi həmin evdə yaşayırsınız?
 
- Yox. O vaxt uşağım həbsxanada idi, orda xəstələndi. Vəziyyəti də ağır idi. Ona görə həmin evi dəyər-dəyməzinə satdım, pulu verdim müalicəyə. İndi əvvəlki köhnə evdə qalıram. Prezident təqaüdü alıram, dolanışığım da lap əladır.
 
- Mən biləni toylara da gedirsiniz?
 
- Hə, gedirəm. Axır vaxtlar səs-küy götürmürəm. Ona görə azaltmışam. Amma deyim ki, dəvət edənlər çox olur. Əslində məni ayaq üstə saxlayan elə xalqın o sevgisidir. Məsələn, bir də görürsən, yol polisləri maşınımın yanına gəlir ki, bu Arifin maşınıdır, özü haradadır? (Gülür).
 
- Yol polisi sonuncu dəfə nə vaxt protokol yazıb?
 
- O vaxtlar saxlayanda protokol yazmırdılar. İndi hər yer kameradır. Kamera da nə hörmət bilir, nə izzət. Kamera yazır, mən də ödəyirəm. Qanun hamı üçün qanundur. Bir dəfə radara düşmüşdüm, getdim polisə ki, sizdən şikayət edəcəyəm. Dedilər, biz sizdən şikayətçiyik, sürət həddini keçmisiniz. Dedim, yox, adamı belə çəkməzlər. Qalstukum əyri, saçım dağınıq. Bunu xəbər verin çəkirik, özümü qaydaya salım də. Xeyli güldülər.
 
- Məşhurluğunuzdan istifadə edənlər olur? Məsələn, işə düzəlmək üçün, qiymət yazdırmaq üçün...
 
- O qədər olub ki. İmkan olanda həmişə etmişəm. İşə düzəlmək üçün də kimlərəsə zəng vurmuşam, qiymət yazdırmaq üçün də. Zəng etdiyim adam soruşur ki, nə qulluğun var, mən də deyirəm. Yəni sözümü eşidirlər. Məndən soruşurlar ki, yayda harada dincələcəksən, bağın var? Deyirəm, yox. Yenə soruşurlar ki, niyə? Cavab verirəm, vallah, 42 il başımı aşağı salıb öz işimlə məşğul olmuşam. Yəni gedə bilərdim bağ idarəsinə, “Baksovet”ə, amma getməmişəm. Yəni öz işimin fəhləsi olmuşam. 
 
- Tək olanda hansı aktyorları xatırlayıb darıxırsınız?
 
- Yaşar Nuri üçün darıxıram. Yaşarla çox yaxın dost idik. Səməndər Rzayev üçün də çox darıxıram. Tez-tez yadıma düşürlər, ürəyim istəyir ki, yanımda olsunlar, söhbət edək, dərdləşək. Bəzən məndən soruşurlar ki, gülməyə bir şey tapırsınız? Deyirəm, hə, “Bəyin oğurlanması”na baxıb gülürəm. İndi cəmiyyətdə gülməyə meyl azalıb. Hərənin bir problemi var, iş-güc baş qatıb.
 
- Bəlkə güldürə bilmirsiniz?
 
- Yox, yaxşı yumorlar yazılmır. Aktyor çoxdur, yazarlar azdır.
 
- Yazarlardan kimi tanıyırsınız?
 
- Əhməd Orucoğlunu, Xeyrəddin Qocanı oxuyuram. Məsələn, Xeyrəddin Qocanın yumor hissi əladır. Onun yazılarında olan gülüş çox yaxşıdır. Yaxud Çingiz Abdullayevi oxuyuram, özü də xoşuma gəlir, bəyənirəm. Bəzən əlimə kitab alıram, bir az oxuyuram, sonrası getmir, yarımçıq qoyuram. Yarımçıq qoyduğum, oxumadığım yazıçılar çox olub, amma ad çəkib kiminsə xətrinə dəymək istəmirəm. Məsələn, kimsə tamaşa hazırlayır, soruşur ki, Arif, necə idi, deyirəm əla.
 
- Yəni zəif tamaşaya da əla deyirsiniz...
 
- Bəli. Mənim xasiyyətim belədir.
 
- Bu necə olur?
 
- Nə bilim? Mən beləyəm də. Heç kimin xətrinə dəymək istəmirəm.
 
- Səhv etmirəmsə, “Bəyin oğurlanması” filminə təsadüfən çəkilmisiniz...
 
- Hə, mən Səməndərlə Yaşara dəyməyə getmişdim. Ağsuda qastrolda idim, iki gün boş vaxtım var idi. Getdim Məlhəm kəndinə. Gördüm, oturublar dağın ətəyində, samovar çayı içirlər. İki gün qaldım orda, filmə çəkdilər. Bilirsən, şərait olsa, maddi imkan olsa, insanların zövqünü oxşamaq kimi problemləri dəf etmək olar. 
 
“Teatr üçün darıxsam da oynamaq istəmirəm”
 
- Cem Yılmazı izləyirsiniz?
 
- Bəli, çox xoşuma gəlir.
 
- Bizdə intellektual yumor var?
 
- Bilirsən, onun üçün o qədər oxumalısan, mütaliən o qədər zəngin olmalıdır ki, istənilən mətndən yumor yaradasan. Yaxud mətndə çatışmayan yumoru özün əvəz edəsən.
 
- Tükənmək qorxusu haqda danışaq...  
 
- Aktyorun tükənməyi dəhşətli şeydir. Mənim elə bir qorxum yoxdur. Nə vaxt istəyirlər, min nəfəri yığsınlar, iki saat çıxış edərəm.
 
- Sizə deməyiblər ki, Arif Quliyev tükənib?
 
- Onu ancaq teatr işçiləri deyə bilər. Məncə, heç kim tükənmir. Ata nə qədər yaşlı olsa da, onun adı yenə atadır.
 
- Teatr üçün darıxmırsınız?
 
- Darıxıram. Amma oynamaq istəmirəm. Qoy indi də gənclər oynasın. 

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

03.06.2026
Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

03.06.2026
AQC İdarə Heyətində

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

03.06.2026
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

03.06.2026
Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

03.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
AFFA

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

Bernhard H. Mayer “Wave Rider”: Dəqiqlik, Güc və Stil…

29.05.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az