• Xəbər lentİ
Fləş

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Cəmiyyət

Atanın sevgisinə əngəl olan oğul

18:51 13.07.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
MilliYol.Az Aliyənin gənc rejissor Asif Rüstəmovun “Axınla aşağı” filmi haqqında yazdığı “İnsan bu su misalı” yazısını təqdim edir.
 
Azərbaycan kinosunda, arada qırılsa da, daim qorunan bir mövzu xətti var: ata və oğul mövzusu.
 
Dünyəvi mövzudur, amma nəzərə alaq ki, bu mövzu bizim kinoda daha çox işlənib, daha uğurlu alınıb. Bəlkə ona görə ki, milli  ailə modelinə də avtoritar idarə üsulu xarakterikdir və bu kiçik avtoritar dövlətin birinci şəxsi atadır.
 
Asif Rüstəmovun “Axınla aşağı” filmi elə ilk kadrları ilə öz “sələfi”nə göndərişlər edir. Musiqi ilə, təsvir ilə biz Hüseyn Seyidzadənin ”Dəli Kür” filmini xatırlayırıq. Arvadının üstünə başqa qadın gətirib oğlu ilə yüngülvari konflikt yaşayan Cahandar ağanı yada salırıq. Siyahıda xeyli ata var, “Böyük  dayaq”dakı Rüstəm kişidən “Tabutçunun yelləncəyi”ndəki Yaquba qədər.
 
“Axınla aşağı” filminin qəhrəmanı Əli (Namiq Ağayev) avarçəkmə üzrə məşqçidir. Oğlunun da iştirak etdiyi komanda əhəmiyyətli yarışmada iştirak edəcək. Film irəlilədikcə tamaşaçı sərt, xudpəsənd ata ilə tanış olur, daha sonra evindən, arvadından tamamən bezmiş ər ilə, daha sonra polyak məşuqəsinin qoynunda rahatlıq axtaran kişi ilə… Yarışma günü komandadan qovduğu oğlunun ölüm xəbərini alana kimi bu tanışlıq davam edir. Bundan sonra Əli özü-özü ilə, yəni bu vaxtadək sezmədiyi bir başqa Əli ilə tanış olmağa başlayır. Bu özü ilə tanışlıq filmin sonunadək  - ağzı qan-qırmızı bulanıb məsum sifətlə axıb gedən çaya baxanadək davam edir.
 
Əli suda boğulduğu güman olunan oğlunun cənazəsini axtardıqca əslində ata - Əlini axtarır, soraqlayır, danışdırır. Ata olmaq ifadəsini yalnız uşaq doğulanda işlətmək düz deyil, deyir film, uşaq öləndə də ata olurlar. Bəlkə daha çox ata olurlar.
 
Su  emalı anbarının labirintvari dərinliklərində, əyilib düzələn boruların arası ilə qəhrəman öz daxili labirintində dolaşır. Bu metaforik təsvirlər xüsusi qabardılmır, əksinə,  hadisənin içindəndir. Ümumiyyətlə, Asifin filmində metaforalar kadra “soxulmur” o, olduqca təsadüfi və təbii bir halda axıb keçir. Sevgilisinin Əlini arzuladıqları başqa həyata çağırdığı və Əlinin imtina etdiyi epizodda gur işıqlarla bəzədilmiş, kənardan xoşbəxtlik vəd edən gəminin üzüb uzaqlaşması kimi. Arvadı Leyla ilə gərginliyin ən dramatik həddə çatdığı anda tualetdə çürük borunun suyu təzyiqlə axıtması kimi. Əli onda bu təzyiqə tablamır, əlindəki açarla ətrafındakı əşyaları sındırır. Bu özünəüsyandı, özünü tanımaqdan qorxmaqdı, həm də bir axınla axmaqdan qorxmaqdır.
 
Çünki, situasiya göründüyü qədər birtərəfli deyil.
 
Əlinin ailəsində hər kəs bir-birinin xoşbəxtliyinə hasar çəkib. Birgə xoşbəxtlik isə mümkün deyil, Əli də, Leyla da, Ruslan da bir-birindən uzaqdırlar, başqa dünyalardadırlar, bu dünyalar bir-birinə yaxınlaşanda fəlakətlər qopur.
 
Əgər ata oğlunun həyatını çətinləşdirir, onu özü olmağa qoymursa, axı oğul da ataya öz həyatını yaşamağa maneədir. Əli qonaqlıqdan qayıdarkən onu qorxaqlıqda ittiham edən sevgilisinə “Mənim arvadımdan başqa oğlum da var” deyir.
 
(Bəlkə də ona görə oğluna bu qədər təzyiq edir ata? Oğluna acığı bu şəkildə ortaya çıxır?)
 
Oğulun varlığı da atanın xoşbəxtliyinə maneədir, amma oğulun ölümü ona daha böyük sədd olur.
 
Əlinin-üzünün ifadəsi bir şeyi deyir: atalıq bitməsi mümkün olmayan bir cəhənnəmdir. Və bunun oğula olan sevgiyə dəxli yoxdur.
 
Əlinin suyun dibində tora dolaşması barədə gördüyü yuxu mövzu olaraq Ruslanın batmasından, onun suyun dibindəki halından narahatlıqdır, amma bu həm də Əlinin təhtəlşüurdakı obrazıdır; çapalayıb azad olmaq istərkən daha artıq dolaşan adamdır Əli.
 
Bu arada faciənin qütbündəki ana da unudulmur, ana da ailədə ilk yerə əri ilə münasibətlərini qoyub, çünki gərginlik oradadır, ərlə mübahisələr hər şeyi üstələyir. Bunu sonda özü də etiraf edir: “Həmişə qorxurdum ki, səni itirəcəm, amma əksinə oldu, oğlumu itirdim...”
 
Oğlunun itkisi ilə əzab çəkirkən ərinin məşuqəsi ilə görüşməyə də vaxt tapan Leyla onun evində pəncərədən aşağı baxır və gördüyü mənzərədən diksinir: tərbiyəçi usağı hovuzdan kənara çəkir, onu xilas edir. Leyla pərdəni çəkir: oğlunu qoruya bilməmək acısını özündən qovur qadın.
 
Aktrisa Mehriban Zəki ölçülü-biçili danışığı ilə pauzalarına daha çox söz yükləyə bilir. Əlinin ailəsi ilə gərginliyini çatdırmaq daha çox onun payına düşür. Aktrisanın sözlə dolu, daha doğrusu, incikliklə, ittihamla dolu pauzaları evin temperaturunu dəqiq göstərir.
 
Ümumiyyətlə, filmdə aktyor oyunu dramatizmin bütün yükünü daşıyacaq səviyyədədir. Və heç yerdə filmin komponentlərinin biri o birini üstələmir - mizan da, musiqi də, emosiya da dəqiq ölçülüb.
 
Bu elə dəqiqlikdir ki, tamaşaçı hadisələrə nə çox yaxın, nə də çox uzaq məsafədədir. İri planlardan imtina olunub (operator Ayhan Salar). Filmin musiqisi də əhvalatın stixiyasını qoruyur, amma hansısa sentimentə yer qoymur. Onun vəzifəsi tamaşaçını sentimentlə yükləyib, duyğu sümürüsü etmək deyil, filmin stixiyasını tutmaq, dramatik gərginliyi saxlamaqdır. Filmin soyuqqanlı üslubu - musiqi, təsvir, aktyor oyunu, mizanlara qoyulan ölçü həddi - tamaşaçını sapınmadan qoruyur.
 
Qəhrəmanın əzablarından daha çox situasiyanın gərginliyi ilə yüklənən tamaşaçı bu ağırlığı analiz edib paylaşdırmalıdır. Əks halda “Ah, bu itki mənimlə də baş verə bilər” identifikasiyası ilə daha da gərginləşəcək, həm də bu lazımsız bir gərginlik olacaq. Halbuki, mövzu üzərindən duyğu sümürüsü filmin məqsədlərinə daxil deyil.
 
“Axınla aşağı”nın güclə seziləcək bir sentimental sızması daha var: Atanı anlamaq, ağzı qana - moruq şirəsinə bulanmış, uşaqca günahsız atanı “bağışlatmaq”.
 
Yaşadığı ağır faciə ilə paralel həm də özü ilə toqquşub sonda barışan qəhrəman harmoniyaya qovuşur.
 
Bu harmoniya səhnəsi atanın həm də oğluna qovuşduğu məqamdır. Bundan sonra Əli arvadı ilə ilk dəfə gərginlikdən uzaq, normal dialoq quracaq.
 
Sosial və psixoloji müstəvidən başqa “Axınla aşağı” məsələyə həm də ekzistensial rakursdan yanaşır. “Axınla aşağı” filmində qəhrəmanın faciəsi ekzistensial faciədir. Və deyəsən filmin yazının əvvəlində xatırlatdığım sələflərindən fərqi elə budur. Filmin adının məhz belə seçilməsi də bu qənaəti gücləndirir.
 
“Axınla aşağı” Azərbaycan kinosunda daim diqqətdə olan, son illər xüsusilə çox işlənən (“Tabutçunun yelləncəyi”, “Düyün”, “İlahi məxluq”) ata-oğul mövzusuna tamamilə yeni bir rakurs gətirdi. Bu rakursla biz milli və ya ənənəvi ailə modelindən, atadan yox, ŞƏXSİYYƏT və AZADLIQDAN danışa bilərik.

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az