Cəlilabad rayon sakininin ovda ölməsi ilə bağlı bəzi yeniliklər məlum olub
APA-nın cənub bürosunun əldə etdiyi məlumata görə, özünün ehtiyatsızlıq nəticəsində açdığı atəş nəticəsində öldüyü bildirilən Fərid Baba oğlu Quliyev ova qardaşı və digər bir neçə nəfərlə gedib.
Məlumatda bildirilir ki, güllə ona kürək nahiyəsindən dəyib.
F. Quliyevin cəsədi bir gün sonra tapılıb.
İlkin məlumatda isə onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu və hadisə yerində öldüyü bildirilirdi.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...