• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə, 05 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Elm və dərman: bizi hansı sağaldacaq?

14:30 13.07.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Dövlət başçısı hökumət üzvləri ilə keçirdiyi müşavirədə bəyan edib ki, yaxın zamanlarda dərman istehsalına başlanacaq və dərman preparatları istehsal edəcək fabriklərin tikilməsi gündəlikdədi.

Qeyri-neft sektorunun inkişafı və iqtisadiyatın şaxələndirilməsi baxımından cəlbedici bəyanatdı. Amma ortada çox mühüm bir sual var:  dərman istehsalı üçün hansı şərtlər tələb olunur?

1) Elmi potensialın mövcudluğu

Dərman sənayesinin əsas fərqləndirici cəhəti sıx və böyük həcmdə elmi-tədqiqat işləmələri üçün sərmayə tələb etməsidir. Bu gün dünyada elmi tədqiqat üçün çəkilən xərclərin strukturunda 15% payla məhz dərman sənayesi 1-ci yerdə dayanır – və hər il təxminən 150-160 milyard dollar xərclənir.  

Azərbaycan kimi elmi potensialı zəif, elmə sərmayə qoyulmadığı, iqtisadiyyatla elmi sferalar arasında bütün əlaqələrin itdiyi ölkədə dərman sənayesinin indiki elmi potensial müqabilində imkansız görünür. Tibbi, bioloji və kimya sahəsində elmi ptensial elə səviyyədə olmalıdır ki, istehsal elədiyin məhsul Dünya Səhiyyə Təşkilatının işlədiyi və dərman istehsalında dünya norma və standartlarını müəyyən müəyyən edən “Yaxşı istehsal təcrübələri”nə cavab verə bilsin. İlk növbədə elmi potensial olmadan klinik araşdırmalar üçün fundamental baza qurula bilmir. Klinik araşdırma müəyyən bir sağlamlıq problemini haqqında əvvəldən təyin olunmuş, cavabı bilinməyən problemləri yeni müalicə üsulları ilə araşdırmaq üçün elmi cəhdlərdir. Bu işdə ölkənin tibb elmi və infrastrukuturu iştikak etməlidir. Vətədaşı elementar xəstəliklərin müayinəsi üçün qonşu dövlətlərə üz tutan ölkədə tibb elmi və infrastrukuturu belə klinik araşdırmalara dəstək verə biləcəkmi? Məlumat üçün deyim ki, Türkiyə kimi tibb sənayesi və elminin inkişaf etdiyi ölkə klinik araşdırmaların sayına görə, Avropa və ABŞ-dan on dəfələrlə geri qalır.  Halbuki Türkiyənin 10-dək universitetinin nəzdində fəaliyyət göstərən texnoloji inkişaf bölgələrində dərman istehsalı sahəsində elimi araşdırmalar aparılır. Əlavə olaraq, Türkiyədə 5 dərman şirkərinin özünün böyük elmi-tədqiqat mərkəzi mövcuddur. Bizdə belə mərkəzləri quracaq kadr potensialı varmı?

2) Zəruri infrastrukturun mövcudluğu

Dərman sənayesi üçün elmi mərkəzlərin qurulması üçün köklü baza olmalıdır – universitetdən gələn bir baza. Məsələn, Türkiyədə dərman sənayesi üçün elmi-tədqiqat mərkəzləri üçün kadr yetişdirən infrastruktura diqqət yetirək: ölkənin müxtəlif universitetlərində 31 kimya mühəndisliyi, 46 kimya, 28 kmya texnologiyası, 49 bioloji, 81 tibb, 34 genetik və molekulyar bölmə fəaliyyət göstərir.  Nəzərə alaq ki, Türkiyə hələ dərman istehsalına görə dünyada 31-ci sırada yer alan bir ölkədə.

Dərman sənayesinin infrastrukturuna elmi-tədiqiqat mərkəzləri ilə yanaşı hazır məhsulun emalı üçün zəruri məmulatları istehsal edən müəssisələrin mövcudluğudur. Bu müəssisələr hansı kadr potensialı və xammalla qurulacaq?

Yoxsa bütün komponentlər idxal ediləcək və bizim adına “dərman sənayesi” dediyimiz sənaye yalnız qablaşdırma ilə məşğul olacaq?     

3) Rəqabət qabiliyyətli məhsul  

Azərbaycan bazarı böyük bazar deyil – illik dərman istehlakı xərclərinin real həcmi 650-700 milyon manatı manatı ötmür. Bu dərman dövriyyəsinin əhəmiyyətli hissəsi şiş və qan xəstəlikləri ilə bağlı yüksək texnologiya və elmi baza tələb edən dərmanlardır ki, bu dərmanları hətta Türkiyə yaxın illərdə istehsal etmək gücündə olmadığını etiraf edir. Əgər söhbət ən yaxşı halda 200-250 milyon manatlıq dövriyyəsi olan bir sənayenin yaradılmasından gedirsə, bu istər ÜDM və məşğulluğa, istərsə də büdcəyə qatqısı baxımından yeni sənayenin potensialının böyük ola bilməz. Ona görə yerli dərman sənayesi kiçik daxili bazara deyil, yalnız ixrac dayalı qurulmalıdır. İxrac isə rəqabətabiliyyətli (həm qiymət, həm keyfiyyət baxımından) məhsul sayəsində mümkündür. Bazarın 95%-ni əlində saxlayan transmilli dərman nəhəngləri ilə rəqabətə girəcək potensialımız varmı?    

Sənayeləşmə strategiyası nəyi hədəfə almalıdır?

Postneft dövrünün hökumətin gözləntilərinin əksinə zidd olaraq onu tez yaxalaması tələsik və pərakəndə qərarların verilməsinə səbəb olur. Amma məsələlərə köklü yanaşma olmalıdır. Məsələn, yaxşı işlənmiş bir sənaye strategiyası olmalıdır. Həmin sənəddə dünyada qəbul olunan hər bir texnoloji səviyyədə bizim imkanlarımız, fürsətlərimiz və zəif nöqtələrimiz dəqiq müəyyən edilməli, hər bir səviyyə üçün hədəflərimiz və resurslarımız müəyyən edilməlidir.

Hazırda dünyada sənaye məhsulları 4 qrupa bölünür: aşağı, orta aşağı, orta yüksək texnoloji və yüksək texnoloji qrupuna daxil olan məhsullar.

Yüksək texnoloji qrupa təməl əczacılık məhsulları və əczacılıqla əlaqəli məmulatların emalı, kömpüter, elektronik və optik məhsullar, hava texnikası və kosmik vasitələrin istehsalı daxildir. Bu qrup məhsulların istehsalı ən yüksək səviyyədə və ən yeni nəsl texnologiyaların tətbiqi, elmi-tədqiqat işləmələri sayəsində mümkündür.

Orta yüksək texnoloji məhsul qrupuna kimyəvi məhsulların, silah ve sursat, elektriklə çalışan avadanlıqlar, motorlu quru nəqliyyat vasitələri, tibbi və stomatologiya ilə əlaqədar vasitələr istehsalı daxildir.

Orta aşağı texnoloji məhsul qrupuna rəfinə edilmiş neft məhsulları istehsalı, rezin və plastik məhsulların istehsalı, digər qeyri-metal mineral məhsulların istehsalı, baza metallurgiya sənayesi məhsulları, maşın və avadanlıqlar istisna olmaqla metal məmulatların emalatı, gəmilərin və üzən strukturların inşası, maşın və avadanlıqların quraşdırılması və təmiri.

Aşağı  texnoloji məhsul qrupuna qida məhsullarının, içkilərin, tütün məmulatlarının, toxuculuq məmulatlarının, geyim əşyalarının, dəri məmulatlarının, ağac məmulatlarının, kağız məmulatlarının və mebelin istehsalı.  

Bu təsnufata diqqət edin: biz əsasən aşağı, müəyyən qədər isə orta aşağı texnoloji məhsul istehsal edə bilirik. İndilikdə bizim hədəfimiz orta yüksək texnoloji məhsulların istehsalı üçün potensial yaratmaq, bu mərhələdə isə yüksək texnologi qrupa daxil olmaq üçün elmi potensial formalaşdırmaq olamalıdır. Göründüyü kimi, əczaçılıq məhsulları məhz yüksək texnoloji qrupa daxildir.   

Məlumat üçün deyim ki, Sinqapur 60-cı illərdə müstəqillik quran zaman yaratdığı keramika və gəmiqayırma sənayesi iflasa uğrayıb- elmi potensialın zəifliyi, rəqabətqabiliyyətli məhsul istehsalı yarada bilməməsi, daxili bazarın məhdudluğu səbəbindən. Lakin o dövr üçün bu ölkənin mövcud imkanlarına uyğun və Norveç sərmayəsinin dəstəyilə yaratdığı forel balıqlar üçün qarmaq istehsalı müəssəisələri ölkə iqtisadiyatına daha böyük fayda gətirib. 

Yeri gəlmişkən, Türkiyədə dərman sənayesi və biotexnoloji sahə ilə bağlı 2015-2018-ci illər üzrə 2 ayrı strategiya və tədbirlər planı qəbul edilib.  

Dünya dərman istehsalı ilə bağlı maraqlı faktlar

Hazırda dünya dərman bazarının həcmi 1 trilyon dollar təşkil edir. Bazarın 95%-i transmilli şirkətlərin, o cümlədən 65%-i Şimali Amerika (ABŞ və Kanada) və Avropa ölkələrinə məxsus şirkətlərin əlindədi.

Bölgə ölkələrindən Türkiyə bu sahədə öndədir. Bu ölkə yüksək istehsal texnologiyası (biotexnoloji) əsasında istehsal olunan dərmanlar istisna olmaqla istənilən növ dərmanları istehsal etmək potensialına malikdir. Türkiyə dərman istehsalını DST-nın müəyyən etdiyi “Yaxşı istehsaıl təcrübələri”nə uyğun dünya norma və standartlarına uyğunlaşmaq istiqamətində son 35 il ərzində çox böyük yol qət etsə də, yetərli rəqabət gücünə malik deyil.  Hazırda Türkiyədə 15-i xarici olmaqla 77 dərman istehsalı şirkəti fəaliyyət göstərir. 3100 adda dərman istehsal edilir, 31 000 insan çalışır, 900 miıyon dollar ixraca malikdir.Təxminən 1.2 milyard dollarlıq məhsul da daxili bazarda satılır. Yəni yerli istehsalın ümumi dövriyyəsi 2 milyard dollar ətrafındadır.

Cəmi 4.2 milyon əhalisi olan İrlandiyanın ÜDM-nin 11%-i, ixracının 50%-i dərman sənayesi hesabına formalaşır. Dərman ixracınının illik həcmi 30 milyard dollar ətrafındadı. Bu ölkə dərman sənayesinin inkişafını ötən əsrin 70-ci illərində elan etsə də, yalnız 80-90-cı illərdə tibbi və texniki universitetllərin inkişafı sayəsində dünya bazarına çıxa bilmişdi. Hazırda dünyada ən çox satılan 12 dərman növündən 5-i İrlandiyada istehsal edilir.

Rövşən Ağayev

Etiket:

Digər xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

04.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026

"Sabah" kapitanını göndərdi

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az