Gürcüstanda Anaklia dərin dəniz limanının tikintisinə rəsmən start verilib.
Mərasimdə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, iqtisadiyyat naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze və digər rəsmi şəxslər iştirak edib.
G.Kvirikaşvili Anaklia limanının Gürcüstan və region üçün əhəmiyyətindən danışıb: "Anaklia limanı unikal layihə olmaqla yanaşı, Gürcüstanın "İpək yolu" xəritəsində mövqeyini möhkəmləndirəcək. Limanın işə düşməsi ilə Gürcüstanda bir sıra dəyişikliklərə start veriləcək".(apa)
Digər xəbərlər
loading...