Politoloq: “Qüds qətnaməsi Fələstin probleminin həllində yeni mərhələdir”
“Bu səsvermənin nəticələrini birqütblü dünyanın çoxqütblü dünyayla əvəzlənməsi kimi qiymətləndirmək çox tezdir”.
Bu sözləri politoloq Mübariz Əhmədoğlu dünən BMT Baş Assambleyasında qəbul edilən Qüds qətnaməsini PİA.AZ-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi, dünən BMT Baş Assambleyasında Qüdslə bağlı ABŞ-ın qərarına qarşı Birləşmiş Millətlərə təqdim edilən Qüds qətnaməsi qəbul edilib. Səsvermədə qətnamənin lehinə 128, əleyhinə 9 və bitərəf 35 səs qeydə alınıb. Ümumiyyətlə səsverməyə 172 dövlət qatılıb. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 4-ü - Böyük Britaniya, Çin, Fransa və Rusiya, habelə dünyanın aparıcı dövlətlərindən Almaniya, İspaniya, Yaponiya, Belçika, İtaliya, Norveç də Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqda qətnaməni dəstəkləyiblər. Qətnamənin əleyhinə isə ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya səs verib. 21 ölkə, o cümlədən Gürcüstan, Ukrayna, Moldova, Monqol Eli, Zambiya səsvermədə iştirak etməyiblər.
Xatırladaq ki, ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli səsvermədə İsrail əleyhinə səsverən dövlətlərə maliyyə yardımını kəsə biləcəyi ilə bağlı BMT-yə üzv dövlətlərin qurumdakı nümayəndələrinə hədələyici məktub göndərib. ABŞ-ın BMT-dəki nümayəndəsi qətnaməni dəstəkləyənləri fələstinlilərin marionetləri adlandırıraraq onları təhqir də edib. Daha əvvəl isə eyni hədə ABŞ prezidenti Donald Trampın dilindən səsləndirilmişdi. Türkiyə təmsilçisi, xarici işlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın bəyanatını “reket” hərəkətinə bənzədib.
İsrail nümayəndəsi Denni Danon də səsvermədən əvvəl müzakirələrin nəticəsindən asılı olmayarq Qüdsün İsrailin paytaxtı olaraq qalacağını söyləmişdi. İsrailin baş naziri Benyamin Netanyahu isə BMT-nin İsrailə qarşı olan bir qurum olduğunu qeyd edərək, bildirmişdi ki, BMT-nin hansı qərar qəbul etməsindən asılı olmayaraq, Yerusəlim İsrailin paytaxtı olacaq.
Səsvermədən ortaya çıxan əsas məticə isə o oldu ki, ABŞ-ın ənnənəvi, həmçinin strateji müttəfiqləri Qüds məsələsində ABŞ-dan fərqli siyasət yürütdüklərini nümayiş etdirdilər. Ümumilikdə isə dünyanın bütün böyük dövlətləri dünən BMT-də keçirilən səsvermədə bu məsələdə ABŞ-ın yanında olmadıqlarını nümayiş etdirdilər. Maraqlıdır ki, ABŞ-ın təxribat xarakterli qərarını anacaq bir neçə cırtdan dşvlət müdafiə etdi. Bu da özü-özlüyündə ABŞ-ın Qüds məsələsində nə qədər yanlış siyasət yürütdüyünü ortaya qoymuş oldu.
Dünən BMT-nin Baş Assambleyasında qəbul olunan qətnamə Fələstin probleminin həllində yeni situasiyanın yaranmasına yol aça bilərmi? Həmçinin səs vermə zamanı Trampın açıq şantajlarına baxmayaraq ABŞ-ın ənənəvi və strateji müttəfiqlərinin böyük qismi qətnamənin lehinə səs verdilər, müəyyən bir qisim isə bitərəf qaldı. Bu səsvermənin nəticələrini birqütblü dünyanın çoxqütblü dünyayla əvəzlənməsinin ilkin siqnalı hesab etmək olarmı?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.
Mübariz Əhmədoğlu: “Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə və bu məsələni bu qədər şişirtməklə ABŞ-ın strateji maraqlarına ciddi zərbə vurmuş oldu”.
Bu səsvermənin nəticələrini birqütblü dünyanın çoxqütblü dünyayla əvəzlənməsi kimi qiymətləndirmənin çox tez olduğunu qeyd edən politoloq Mübariz Əhmədoğlu PİA.AZ-a mövzunu şərh edərkən bildirib ki, Avropa Birliyinin ABŞ-dan ayrılması çoxqütblü dünyanın formalaşmasında ən vacib element olacaq:
“Qüds qətnaməsi Fələstin probleminin həllində yeni mərhələdir. Çünki ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi məsələsi, təkcə müsəlmanların maraqların tapdalamır, həm də xristianların maraqların tapdalayır. Yəni bildiyimiz kimi Qüds üç təkallahlı dinin – islamın, xristianın, iudaizmin müqəddəs şəhəridir. İndi bu məsələni ayrıca və ancaq iudaizmə bağlamaq səhv yanaşmadır. Qüds dinlərin quzaqlaşdığı və tolerantlığın hakim olduğu bir şəhər olaraq qalmalıdır. Həmçinin o da məlumdur ki, iudaizm dininə sitayiş edənlərin sayı müsəlman və xristian dininə sitayiş edənlərdən hədsiz dərəcədə azdır. Buna görə də Trampın Qüdslə bağlı qəbul etdiyi qərar xristianların dini inanclarını da hədəfə alır və bu müsəlmanlar qədər xristianlara da təsir edir.
Göründüyü kimi BMT Baş Assambleyasında dünya həyatında heç bir rolu omayan cəmi 4-5 kiçik dövlət ABŞ-ın Qüdslə bağlı mövqeyin dəstəklədi. Qalan bütün dövlətlər ABŞ-ın mövqeyinin əleyhinə çıxdı və Qüdsün İsrailin paytaxtı olmasının əleyhinə səs verdilər. Əslində Tramp Qüdsü İsrailin paytaxtı elan etməklə və bu məsələni bu qədər şişirtməklə ABŞ-ın strateji maraqlarına ciddi zərbə vurmuş oldu. Çünki bu vaxta qədər xristianların yəhudilərə qarşı olan mübarizəsi açıq fonda keçməmişdi. Cəmi 3-4 Avropa dövlətində yəhudilərə qarşı bir az xoş olmayan münasibət var idi.
Mübariz Əhmədoğlu: “Trampın Qüdslə bağlı qəbul etdiyi qərar xristianların dini inanclarını da hədəfə alır və bu müsəlmanlar qədər xristianlara da təsir edir”.
Amma indi bu qərardan sonra bütün xristian dünyası başa düşdü ki, yəhudilər onların da dininə qarşıdırlar və qüdsü tamamilə iudaizmin baş şəhəri olaraq görürlər. Buna görə də yaranmış vəziyyətdə təbii ki, Avropa dövlətləri Fələstinə dəstəyini artıracaq. Çünki heç kəs gedib orada yəhudilərin əleyhinə durmayacaq. Yəhudilərin əleyhinə duran fələstinlilərdir. Demək ki, hamı bu və ya digər formada Fələstinə dəstək verəcək ki, Fələstinin mövqeyi güclənsin və Qüds yəhudizmin paytaxtı olmasın.
Bu səsvermənin nəticələrini birqütblü dünyanın çoxqütblü dünyayla əvəzlənməsi kimi qiymətləndirmək isə çox tezdir. Çünki çoxqütblü ölkə olaraq Rusiya o səviyyədə deyil ki, ABŞ-a çatsın. Hal-hazırda Çin iqtisadi parametrlerinə görə ABŞ-a ən yaxın dövlətdir. Amma yenə də Çin hələ ABŞ deyil. Əgər Avropa Birliyi ABŞ-dan ayrılsa, bu çox təhlükəli ola bilər. Həmçinin Avropa Birliyinin ABŞ-dan ayrılması çoxqütblü dünyanın formalaşmasında ən vacib element olacaq. Amma hələ ki, Avropa İttifaqı ilə ABŞ arasında sadəcə olaraq fikir ayrılığından danışmaq olar. Heç narazılıqdan da danışmaq olmaz”.
MilliYol.Az
Digər xəbərlər
loading...