• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri azaldı (YENİLƏNİB)

11:26 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir

10:08 / 16.06.2026

Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

09:55 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

12:40 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 16 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

“Quldur Sarkisyan məndən yüzlərlə milyon dollar qoparıb”

12:33 21.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Rusiyalı iş adamı Levon Markos Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb və həmin məktubda Ermənistan hakimiyyətinin onun əmlakını əlindən almasından bəhs edir

2000-ci illərin əvvəllərində iş adamı Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb və prezidentin xahişi ilə müflisləşmiş müəssisələri alıb. 

Virtualaz.org-un məlumatına görə, sonradan bütün biznesi Markosun əlindən alınıb, özü isə beynəlxalq axtarışa verilib.

“2000-ci illərin əvvəllərində o vaxtkı prezident Robert Koçaryan, siz (o zaman Ermənistanın müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi) və Ermənistan Mərkəzi Bankının sədri Tiqran Sarkisyan vətənpərvərlik hisslərimdən istifadə edərək məni Ermənistan iqtisadiyyatının xilas edilməsinə cəlb etmək fikrinə düşdünüz.

Siz şəxsən Moskvaya gələrək mənə təklif etmişdiniz ki, heç bir iqtisadi maraq doğurmayan müflis erməni zavodlarını, fabriklərini və digər müəssisələri alım. Bundan başqa, məni dilə tuturdunuz, az qala yalvarırdınız ki, müflisləşən “Kredit-Yerevan” bankını əldə edim. Bunların hamısını onunla əsaslandırırdınız ki, guya ölkənin büdcəsi boşdur və daxilolmalar tələb edir”, - iş adamının Ermənistan KİV-də dərc edilmiş açıq məktubunda deyilir.

Levon Markos qeyd edir ki, vaxtilə Serj Sarkisyana inanıb və Ermənistan iqtisadiyyatına böyük məbləğdə vəsait qoymaq qərarına gəlib. Bu məqsədlə o, Rusiyadakı bəzi perspektivli və rəqabət qabiliyyətli layihələrini dayandırıb ki, bunların arasında yalnız Moskvada 25 yanacaqdoldurma stansiyasını əhatə edən “Sretenka-Petroleum” YDM şəbəkəsi də var.

“Bundan başqa, mən Rusiya banklarından həcmli kreditlər götürdüm və bütün bu vəsaitləri Ermənistan iqtisadiyyatına yatırdım. Çünki səmimi olaraq çətin vəziyyətə düşmüş Vətənimə kömək etmək istəyirdim. Sizin vədlərinizə inanaraq, bir neçə müflisləşmiş müəssisəni aldım. “Kredit-Yerevan”dan başqa, sizin məsləhətinizlə Sisian daş emalı zavodunu, Qafan mis-molibden kombinatını, “Bazalt-Crvej” ASC, “Aqrineks” QSC, Razdan istixana kompleksi, “Sevan-Motel” kompleksi, “İntermotor Ermənistan” QSC (2002-ci ildə bu şirkət Ermənistanda “Mercedes-Benz”in rəsmi distributoru idi), “Zepür” gözəllik salonu kimi müəssisələri aldım. Bundan xeyli əvvəl isə mən Yerevanda 3 bazarın sahibi idim. Gizlətmirdim ki, Ermənistana ciddi fikirlərlə və uzun müddətə gəlmişəm, çoxprofilli biznesi inkişaf etdirmək niyyətindəyəm. Yuxarıda sadaladığım və bir sıra digər sənaye obyektləri əsasında mən sənaye yönümlü bir neçə layihə hazırladım. Onların ümumi dəyəri Moskva auditorları tərəfindən 300 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Həmin layihələr Ermənistanın iqtisadi inkişafına ciddi impuls verə bilərdi. Bunlardan bəziləri start mərhələsində idi. Lakin sonradan iş yerindən tərpənmədi. Heç bir konkretlik yox idi – yalnız sabun köpüyü və boş sözlər”, - məktubda deyilir.

İş adamı qeyd edir ki, nəticədə, Ermənistan iqtisadiyyatına yüzlərlə milyon dollar qoyaraq, böyük məbləğdə zərərə uğrayıb və yerli məhkəmə icraçıları ilə dil-boğaz olmağa məcbur qalıb.

“Sarkisyan, siz düzgün hərəkət etmədiniz. “Vətənin xilası” yalanı ilə siz mənə müflisləşmiş bankı “soxuşdurdunuz” və həmin vaxt hamı həmin bankdan pul qoparmaqla məşğul idi. Aldığım obyektləri quldurluqla ələ keçirdiniz və yaxınlarınıza – Samvel Aleksanyana və Qagik Xaçatryana verdiniz. Yeri gəlmişkən, məndə olan məlumata görə, Aleksanyan və Xaçatryan öz ətraflarında dəfələrlə bildiriblər ki, obyektlərimdən alınan gəlirlər Sizə dövlət ehtiyacları üçün verilib, Siz isə onları cibinizə qoyursunuz. Nəticədə nə alınır? Belə çıxır ki, 15 ildən çoxdur Siz mənim obyektlərimdən gələn gəlirləri qanunsuz olaraq mənimsəyirsiniz”, - iş adamı şikayətlənir.

Son nəticədə, Levon Markosa qarşı cinayət işi qaldırılıb və o, beynəlxalq axtarışa verilib.

Lakin bir neçə il ərzində işin materiallarını öyrənmiş rusiyalı müstəntiqlər qərara gəliblər ki, iş adamının hərəkətlərində heç bir cinayət tərkibi yoxdur.

“Bu gün mənə müraciət edən bir çox həmvətənlərim ürək ağrısı ilə Ermənistanda törədilən qanunsuzluqlardan və özbaşınalıqdan danışırlar. Sizin qurduğunuz korrupsion-quldur sistem öz qara işini görməkdədir. Son illərdə sizin komandanız 34 iri erməni iş adamını talayıb. Artıq sınaqdan keçirilmiş sxemdən istifadə olunur: əvvəlcə adamlardan “Vətən naminə” böyük pullar alınır, sonra isə onlara qarşı iş düzüb-qoşulur ki, biznesdən və Ermənistandan qovulsunlar, “satılmış” obyektlər isə onlara xərclənən pullarla bərabər mənimsənilir. Həmin iş adamlarının başına Sizin, Robert Koçaryanın və Tiqran Sarkisyanın mənim başıma açdıqları oyunılar gətirilir.  Bax, beləcə Siz və sizə bənzərlər dilənçi Ermənistanda özünüzə çoxmilyardlıq varidat toplamısınız”, - məktubda bildirilir.

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri azaldı (YENİLƏNİB)

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Çempionlar Liqası:

Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşir

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az