“Bu mənasız mövqedən imtina edilməlidir”
Xəbər verdiyimiz kimi, ABŞ-ın Ankaradakı səfirliyinin Türkiyədəki nümayəndəliklərində viza görüşlərinin 2019-ci ilin yanvar ayından etibarən veriləcəyi açıqlanmışdı.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ bu açıqlamaya sərt münasibət bildirib.
O deyib ki, Türkiyə də ABŞ vətəndaşları üçün məhdudiyyətlər qoyacaq:
“Artıq bu məsələni kökündən həll etmək lazımdır. Qarşılıqlı addımlar atıldı. İki ölkəyə gəlib-gedən insanların işlərini asanlaşdırmaq lazımdır. Əslində, ABŞ-ın bu mövqeyi öz vətəndaşlarının işini də çətinləşdirir. Çünki biz də onlar üçün məhdudiyyətlər qoyuruq. Tezliklə ABŞ bu mənasız mövqedən imtina etməlidir”.
Digər xəbərlər
loading...