Müller Trampa yeni sürpriz hazırlayır. Xüsusi prokuror on minlərlə E-poçtu araşdırır
ABŞ prezidenti Donald Tramp, Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyi iddiasını araşdıran xüsusi prokuror Robert Müllerin in işdən azad ediləcəyi xəbərlərini yalanlayıb.
MilliYol.Az xarici mətbuata istinadən xəbər verir ki, Trampın seçki kampaniyasında yer alan hüquqşünas Kori Lanqofer, şənbə günü Müllerin qrupunun on minlərlə elektron poçtu qanunsuz olaraq ələ keçirdiyini söyləyib.
Müllerin apardığı araşdırma və hüquqi proseslə bağlı sualları cavablandıran Tramp, vəziyyətin yaxşı görünmədiyini və adminstrasiyasının kədərli olduğunu söyləyib.
“E-poçt yazışmalarında bir şey çıxacağını düşünmürəm”, deyən Tramp Müllerlə aralarında gizli bir razılığın olmadlğını da vurğulayıb.
Köhnə FTB rəhbəri, ABŞ Ədliyyə naziri tərəfindən Rusiyanın ABŞ seçkilərinə müdaxilə ilə bağlı xüsusi prokuror təyin edilən Müller işdən azad edib etmədiyini də aid suala Trump “Xeyr düşünmürəm” cavabını verdi.
Demokratlar isə Respublikaçıların Müllerin Rusiya araşdırmasından ciddi narahat olduqlarını dilə gətiriblər.
Hazırda Trampın seçki kampaniyasından məsul olan bəzi səlahiyyətli şəxslər istintaqa cəlb olunublar və onlar haqqında həbs qərarı çıxarılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...