• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026

BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi açılışı keçirildi (FOTO)

14:45 / 02.06.2026

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı (FƏRMAN)

14:27 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

“Rusiyanı Putinin 4-cü prezidentlik müddətində çox çətin 6 il gözləyir”

13:36 12.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

“Səlahiyyət müddəti bitdikdə Putin 72 yaşında olacaq və böyük ehtimalla o, aktiv siyasətdən gedəcək”

“Putin ötən ilin sentyabrında ”Bloomberg"ə müsahibəsində demişdi ki, Rusiyanın gələcək lideri kifayət qədər gənc və yetkin bir adam olmalıdır. Bu açıqlama Putinin növbəti seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyi barədə müzakirələrin başlamasına səbəb olmuşdu, hətta mümkün varislərin də adları hallanırdı".

Politoloq Şahin Cəfərli bu fikirləri Vladimir Putinin 2018-ci il prezident seçkilərində iddiasını ortaya qoyacağı ilə bağlı “Yeni Müsavat”a açıqlaması zamanı söylədi. Ekspertə görə, Putinin özündən sonrakı dövrü nəzərdə tutduğu aydın olsa da, konkret 2018-ci ili nəzərdə tutub-tutmadığı bir az qeyri-müəyyən qalırdı, amma zaman keçdikcə məlum oldu ki, o, hələ vəzifəsindən getməyə hazırlaşmır: “Putin qərarını bir qədər gec açıqlasa da, Kreml hazırlıq işlərinə çoxdan start verib. Kreml texnoloqlarını narahat edən əsas məsələ seçkilərdə əhalinin fəal iştirakını təmin etməkdən və müəyyən rəqabət mühiti yaratmaqdan ibarətdir, çünki son Duma seçkiləri də göstərdi ki, Rusiyada apatiya mövcuddur, daxili siyasətdə rəqabət olmadığı üçün insanlar siyasətə maraq göstərmir, seçkiyə getmir”.

Ş.Cəfərli Putini gözləyən problemlərə də diqqət çəkdi: “Əgər prezident seçkilərində iştirak faizi aşağı olarsa, bu, Putin üçün legitimlik problemi yarada bilər, ona görə də Kreml texnoloqları daxili siyasətə canlılıq, dinamizm gətirmək üzərində çalışırlar. Müxalif mövqeli Kseniya Sobçakın prezidentliyə namizəd olması məhz onların ideyası idi və gerçəkləşdi. Sentyabrda paytaxt Moskvanın 125 rayonunda yerli bələdiyyələrə keçirilən seçkilərdə liberal müxalifətin nisbi qələbəsinə şərait yaradıldı, nəticədə müxaliflər bir sıra bələdiyyələrdə üstünlük qazandılar, hətta prezident Putinin qeydiyyatda olduğu və səs verdiyi Qaqarin rayonundakı bələdiyyədə bütün 12 yeri ”Yabloko"nun namizədləri tutdular. Lakin sirr deyil ki, hazırda Rusiyada ən populyar müxalifətçi lider Aleksey Navalnıdır. Gənc, passionar rusiyalıların böyük hissəsi məhz onu dəstəkləyir. Navalnı hətta Rusiyanın ən ucqar şəhərlərində öz mitinqlərinə kifayət qədər böyük kütlələr toplaya bilir. Barəsində məhkəmə hökmü olduğu üçün böyük ehtimalla o, seçkilərə buraxılmayacaq. Bu amil həm seçici fəallığına təsir edəcək, həm də ümumən nəticələrin legitimliyinə kölgə salacaq. Halbuki Navalnı seçkiyə buraxılsa, düşünürəm ki, yenə Putin qalib gələr, amma həm Rusiya, həm də dünya çox maraqlı siyasi rəqabətə şahid olar".

Politoloq bildirdi ki, Rusiyanın öz demokratik inkişafı ilə postsovet məkanı başda olmaqla, bütün dünyaya nümunə olmasını arzulayır: “Rusiyanın demokratikləşməsi, çağdaş bir dövlətə çevrilməsinin Azərbaycan da daxil olmaqla, ilk növbədə ətraf ölkələrə çox böyük və pozitiv təsiri olar. Çox təəssüf ki, Putin bu yolu tutmayıb və idarəolunan demokratiya elementlərinin mövcud olduğu avtoritar idarəçiliyə üstünlük verib”. Ekspert qeyd etdi ki, Putinin öz namizədliyini elan etmək üçün seçdiyi üsul sovet dövrünü xatırladır: “Putin məşhur Qorkiy Avtomobil Zavodu - QAZ-ın zəhmətkeşləri qarşısındakı çıxışında, bir fəhlənin sualını cavablandırarkən bu niyyətini açıqladı. Maraqlıdır ki, o, bundan əvvəlki 2012-ci il seçkilərində iştirak niyyətini də bir sənaye müəssisəsində - Maqnitoqorsk Metallurgiya Kombinatında bəyan etmişdi. Yeri gəlmişkən, Putin həmin kombinatdakı çıxışında verilən sözlərin önəmini vurğulayaraq bildirmişdi ki, öz vədini yerinə yetirməyən insanı, ümumiyyətlə, rəhbər vəzifələrə buraxmaq olmaz. 2012-ci ilin seçkiqabağı kampaniyası zamanı Putin qarşıdakı 6 illik dövr üçün bir sıra vəzifələr müəyyən etmişdi.

Məsələn, Putin ölkədə real əmək haqqının 1,5 dəfə artırılması, müəllimlər, həkimlər və alimlərin maaşlarının yaşadıqları region üzrə orta əmək haqqı məbləğindən 100-200% çox olması, investisiyaların həcminin ÜDM-in 27%-i həcminə çatdırılması, Rusiyanın Dünya Bankının əlverişli biznes mühiti barədə reytinqindəki yerinin 120-ci pillədən 20-ci pilləyə qaldırılması, Rusiyanın 5 universitetinin dünyanın ən aparıcı ilk 100 universitetinin siyahısında yer almasına nail olunması şəklində tapşırıqlar müəyyənləşdirmişdi. Gəlin görək, Putin bu vədlərini yerinə yetirə bildimi? Rusiyada elə 2012-ci ildən etibarən iqtisadi böyümə tempi düşməyə başladı, halbuki ölkənin əsas ixrac məhsulu olan neft həmin vaxt 100 dollardan baha idi. Yüksək neft qiymətlərinin 2014-cü ilin 3-cü rübünə qədər davam etməsinə baxmayaraq, iqtisadi artım həmin rübdə 1%-dən aşağı düşmüşdü”.

Ş.Cəfərli xatırlatdı ki, neftin dəyərdən düşməsi  Rusiyada iqtisadi böhrana və resessiyaya səbəb olub: “Düzdür, 2017-ci ildə enerji qiymətlərinin yüksəlməsi nəticəsində böhranın dərinləşməsinin qarşısı alındı, inflyasiya aşağı düşdü, rublun məzənnəsi sabitləşdi və müəyyən artım müşahidə olundu. Ancaq proqnozlar yenə də ürəkaçan deyil. Məsələn, Rusiya İqtisadi İnkişaf Nazirliyinin adətən səhv çıxan nikbin proqnozuna əsasən 2018-ci ildə artım 2,5% təşkil edəcək. Dünya Bankı isə 1,7%-lik artım gözləyir. Bunlar Rusiya üçün olduqca aşağı rəqəmlərdir və faktiki staqnasiya mənasına gəlir. Perspektiv üçün ən başlıca problem isə demoqrafik böhran və bunun nəticəsində yarana biləcək, kadr çatışmazlığı, əmək bazarının böhranı ehtimalıdır. Putinin ötən 6 illik hakimiyyəti dövründəki uğurları sırasında xarici siyasət sahəsində əldə olunan nəticələri göstərmək olar. Suriya ixtilafına müdaxilə edən Rusiya orada ciddi uğurlara nail olaraq bütövlükdə Orta Şərqdə, hətta qlobal miqyasda öz mövqelərini gücləndirdi. Devrilmək üzrə olan Bəşər Əsədin iqtidarda qalması məhz Putinin sayəsindədir və Moskva Suriyanın siyasi gələcəyində də söz sahibi olacaq. Digər xarici siyasət qələbəsi kimi çoxları Ukraynaya müdaxiləni, Krımın ələ keçirilməsini göstərir, lakin mən bu fikirlərlə razılaşmıram”.

Politoloq bildirdi ki, Ukrayna avantürası Rusiyaya çox baha başa gəldi və gələcək: “Əvvəla, rus xalqı ilə qardaş Ukrayna xalqı və dövləti arasında düşmənçiliyin əsası qoyuldu, bu hadisələrdən sonra heç bir qüvvə Ukraynanı yenidən Moskvanın orbitinə qaytara bilməz. İkincisi də, Ukraynaya müdaxilə Rusiyaya qarşı Qərb tərəfindən ciddi sanksiyaların tətbiq edilməsinə səbəb oldu. Bu sanksiyalar birbaşa və dolayı təsirləri ilə Rusiyanın iqtisadi və texnoloji inkişafına ciddi zərər vurur. Sanksiyaların real təsirləri gələcəkdə daha aydın hiss olunacaq. Ölkənin gələcəyini dumanlı görən Rusiya gəncliyi, xüsusən mütəxəssislər vətəni tərk edir ki, bu beyin köçünü sanksiyaların dolayı təsirləri sırasına adi etmək olar. Rusiyanı Putinin 4-cü prezidentlik müddətində çox çətin 6 il gözləyir. Ukrayna böhranından mümkün qədər Rusiyanın maraqlarını təmin etməklə çıxmaq, Qərblə münasibətləri bərpa etmək, sanksiyaların yumşaldılmasına nail olmaq Putinin bu dövr üçün əsas vəzifələri sırasında olacaq. Lakin ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaları qanun halına salması bu sanksiyaların ləğvini xeyli dərəcədə çətinləşdirib. Konqres qəbul etdiyi qanunları çox nadir hallarda ləğv edir və ya yumşaldır. Konqresdəki kəskin antirusiya əhvalı göstərir ki, amerikalı qanunvericilər Rusiyanın ciddi güzəştlərə getdiyinə, bir növ təslimçiliyinə əmin olmasalar, sanksiyaları ləğv etməyəcəklər”.

Ş.Cəfərli hesab edir ki, qarşıdakı dövrün Putinin sonuncu prezidentlik müddəti olması amili siyasi proseslərin axarına mühüm təsir göstərəcək: “Səlahiyyət müddəti bitdikdə Putin 72 yaşında olacaq və böyük ehtimalla o, aktiv siyasətdən gedəcək. Bu amilin həm Putinin atacağı addımlara, həm də Rusiyanın daxili siyasətinə təsiri qaçılmazdır. Biz yəqin ki, öz reytinqini dərd etmədən çevik və dəyişkən siyasət yeridən Putin görəcəyik. Məsələn, o, Qərblə anlaşmaq üçün Ukrayna məsələsi başda olmaqla, bir sıra mübahisəli problemlərdə güzəştlərə gedə bilər. Putinin bu müddətdə əsas düşüncələrindən biri də hakimiyyətdən getdikdən sonra özünə rahat və təminatlı həyat şəraiti yaratmaqdan ibarət olacaq. Təminatlı dedikdə təkcə maddi şərtləri nəzərdə tutmuram. Putin arxayın olmalıdır ki, istər öz vətənində, istərsə də dünya miqyasında rahat hərəkət edə, istədiyi yerə gedib-gələ, məsələn, nüfuzlu dövlət adamı qismində beynəlxalq konfranslara, toplantılara qatıla biləcək. Daxili siyasətə gəldikdə isə, Putindən sonrakı dövr üçün mübarizənin tədricən güclənəcəyini proqnozlaşdırmaq olar. Xüsusən varislik uğrunda saraydaxili çəkişmələrin qızışması gözləniləndir. Putin 2024-cü ildə öz varisini müəyyənləşdirərək gedəcək”. (musavat.com)

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi -

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

03.06.2026
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

03.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az