• Xəbər lentİ
Fləş

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Azərbaycan amansız ailə qətlləri ilə çalxalanır

11:26 09.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Son bir ildə ən dəhşətli ər cinayətləri və onların ağlasığmaz səbəbləri...

Elə həftə olmur ki, Azərbaycanda ər-arvad davasından qaynaqlanan qanlı olaylarla bağlı xəbər yayımlanmasın. Nə “hikmətdirsə”, gündən-günə bu qətllərin və zorakılıqların da dozası artır. “Qadın zorakılığına son” şüarlarına baxmayaraq, qətllərin sayı azalmaq bilmir.

“Yeni Müsavat” son bir neçə ay ərzində ölkə ərazisində baş verən qətllərin statistikası və xarakteristikası ilə bağlı xatırlatma edir.

Son olaraq Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatlarını yada salaq. Qətliamı törədən şəxs - ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını “ailə münaqişəsi” zəminində öldürdüyünü bildirib. Məlum olub ki, manyak ata övladlarını və arvadını əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə F.Əliyevin oğlu Fəqanın da iştirak etdiyi təxmin edilir, hazırda onun qətliamda rolu araşdırılır.

Qətlə yetrilən ananın - Mehparə Əliyeva 1961-ci il təvəllüdlü olub. Onun qızları İradə 1985-ci il, Rəqibə 1998-ci il, Sevda 1987-ci il, Ümidə isə 1991-ci il təvəllüdlüdür...

İyul ayında isə Sumqayıt şəhərinin Corat qəsəbəsində daha bir dəhşətli qətl hadisəsi yaşanıb. Şəhər sakini 35 yaşlı Ramin Şükürov keçmiş həyat yoldaşı Xəyalə Həsənovaya 17 bıçaq zərbəsi endirib.

Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmadan sonra qadının bir müddət əvvəl boşandığı və R.Şükürovla aralarında uzun müddətdir mübahisənin olduğu məlum olub. Hadisəni törədən Ramil Şükürov könüllü olaraq polis idarəsinə gəlib və hər şeyi etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadına baxan taksi sürücüsünü öldürəkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədovun məhkəməsi başlayıb. Məlum olub ki, 2017-ci il iyulun 16-da saat 11 radələrində Suraxanı rayon sakini, 1987-ci il təvəllüdlü Ağammədov Vasif Şirməmməd oğlu aldığı bıçaq xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən Suraxanı rayon sakini Əbdülməmmədov Cavid Hacıməmməd oğlu həbs edilib.

C.Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən V.Ağammədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan S.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib və orada onu bıçaqlayıb, sonra isə könüllü olaraq polisə təslim olub.

14 sentyabr 2017-ci ildə Daşkəsəndə qətl hadisəsi baş verib. Kişi həyat yoldaşını boğaraq öldürüb. Hadisəni törədən şəxs könüllü olaraq polisə təslim olub.

Hadisə Daşkəsən rayonunun Bayan kəndində baş verib. Kənd sakini, 33 yaşlı Ramil Həsənov qisqanclıq zəminində həyat yoldaşı, 27 yaşlı Könül Əzizovanı boğaraq öldürüb.

Qadının əmisi Zizami Əzizovun sözlərinə görə, ailə Bakı şəhərində yaşayıb. Hadisədən bir gün əvvəl isə onlar Könül Əzizovanın əmisi nəvəsinin toy şənliyində iştirak ediblər. Kənddə qaynanası gildə qalan Ramil Həsənov səhər saatlarında yoldaşını boğaraq öldürüb.

Bu ilin iyul ayında isə Ağstafa rayonunun Qırlı kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Arzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü Xəyalə Şahbazovanı bıçaqlayaraq qətlə yetirib. A.Namazov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu ilin oktyabrın 20-də isə həyat yoldaşı ilə mübahisə edən kişi onu atası evində öldürüb. Dəhşətli hadisə Tərtər rayonunun Bəyimsarov kəndində baş verib. Həyat yoldaşı ilə mübahisə edən Rufanə Cəfərli uşagını da götürərək atası evinə gəlib. Bakı şəhər sakini Emin Hüseynov kəndə gedərək arvadının qayıtmasını istəyib. O, münaqişə zəminində arvadı Rufanə Cəfərliyə bıçaqla xəsarət yetirib, nəticədə qadın hadisə yerində ölüb.

Məlum olub ki, Emin Hüseynovla qayınatasıgil arasında əvvəllər də söz-söhbət olub.

Hadisəni törədəndən sonra Emin Hüseynov könüllü Tərtər rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub. Faktla əlaqədar cinayət işi başlanıb.

Bir neçə ay öncə Cəlilabad rayonunun Vüqar Mürsəlov küçəsində eyni motivli qətl hadisəsi qeydə alınıb. Rayon sakini 1974-cü il təvəllüdlü İsmayıl Əliağa oğlu İsmayılovla həyat yoldaşı Sevda İsmayılova arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb. Münaqişə zamanı o, həyat yoldaşının baş nahiyəsinə küt alətlə bir neçə zərbə endirib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

2017-ci ilin iyun ayında Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib. Şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb. Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir. Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər. O, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.Nəsimi küçəsindəki mənzildə həyat yoldaşı 37 yaşlı Aynurə Abbasovanı və iki uşağını amansızlıqla öldürən Nazim Hüseynov ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini deyib.

Araşdırmalar nəticəsində məlum olub ki, 57 yaşlı L.Hüseynov işdən bir qədər gec gəldiyi üçün həyat yoldaşı ilə dalaşıb, sonra isə avtomatla onu güllələyərək öldürüb. Hadisə 7 yaşlı Hüseynlə, 5 yaşlı Mədinənin gözləri qarşısında baş verib. Uşaqların qışqırdığını görən kişi daha sonra onları bıçaqlayaraq öldürüb.Qeyd edək ki, L.Hüseynov müharibə iştirakçısıdır. O, daha əvvəl məhkumluq həyatı yaşayıb.

Psixoloqlar isə müəyyən ediblər ki, bu cür aqressiv qətllərin kökündə ciddi sarsıntılar, uşaqlıq travmaları və çox az qisim də olsa, maddi problemlər dayanır. Sonuncunun üzərindən ehtiyatla keçən ekspertlərin qənaətinə görə, maddi problemlərin, qayğıların əlində əsir olan kişilər bir çox halda bunun acığını məişətdə, öz xanımından çıxır. Evdə olan hər bir kiçik söhbət böyüdülür, münaqişə və ardınca aqressiv qətllə yekunlaşır.

“Əsəbin idarə edilə bilməməsi” kimi hallar bir çox adamlarda var və bu, ciddi psixoloji problem olsa da, insanlar onun müalicəsi üçün həkimə müraciət etmirlər. Bu isə istər-istəməz aqressiv qətllərdə özünü göstərir. Bundan başqa, artıq belə nümunələrin artması da insanları təşviq edir, daha doğrusu adiləşdirir. Xüsusən də “namus cinayəti” adı ilə cəmiyyətin müəyyən təbəqəsindən də bu vəhşi əməllərinə görə təqdir alırlar. Boşanmış qadının əri tərəfindən qətlə yetirilməsi belə az qala adi hal kimi qarşılanır. “Yəqin əxlaqsız bir hərəkət etmişdi ki, öldürüldü” kimi “izahatlar” onları nisbətən haqlı duruma salır. Bunu isə ayrı-ayrı fərdlərdən daha çox cəmiyyətin problemi adlandırmaq mümkündür. (musavat.com)

Etiket:

Digər xəbərlər

loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az