• Xəbər lentİ
Fləş

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

19:12 / 16.06.2026

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

18:23 / 16.06.2026

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16:21 / 16.06.2026

Zeynəb Xanlarova konsert verəcək?

14:36 / 16.06.2026

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

13:58 / 16.06.2026

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

13:50 / 16.06.2026

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

11:57 / 16.06.2026

Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri azaldı (YENİLƏNİB)

11:26 / 16.06.2026

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

10:37 / 16.06.2026

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

10:17 / 16.06.2026

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

10:17 / 15.06.2026

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

00:21 / 15.06.2026

Azərbaycanda Milli Qurtuluş Günüdür

00:10 / 15.06.2026

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

23:28 / 14.06.2026

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

23:27 / 14.06.2026

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

15:30 / 12.06.2026

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

15:19 / 12.06.2026

Azərbaycanda milyonluq "şirkət tələsi" quranlar həbs olundu

14:38 / 12.06.2026

Elvin Cəfərquliyev üçün "Qarabağ"a təklif gəlib?

12:10 / 12.06.2026

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

11:59 / 12.06.2026

İlham Əliyev Vladimir Putini təbrik etdi

11:18 / 12.06.2026

Göygöldə iki azyaşlının ölümü ilə bağlı təfərrüatlar açıqlandı

10:53 / 12.06.2026

İşdən çıxarılan Azər Əhmədov klinika direktoru oldu

10:30 / 12.06.2026

Azərbaycanın tanınmış diplomatı vəfat etdi

09:59 / 12.06.2026

Prezident Vüsal Nəsirliyə iki müavin təyin etdi

16:16 / 11.06.2026

Hikmət Hacıyev: 4 000-dən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır

16:00 / 11.06.2026

TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edildi

15:19 / 11.06.2026

Bişkekdə Türk dünyasının qiymətləndirmə zirvəsi: CAATS-da rəhbərlik Türkiyəyə keçdi, Vüqar Oruc “Fəxri Prezident” seçildi

14:16 / 11.06.2026

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlandı

14:02 / 11.06.2026

Bakının məşhur şadlıq sarayının adı dəyişdi (FOTO)

13:55 / 11.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 16 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Dünya

Bu gündən kərə yağının gömrük rüsumu 3 dəfə azaldılır

11:09 08.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share



Bu gündən kərə yağının gömrük rüsumu 3 dəfə azaldılır: ucuzlaşmanı isə gözləyin...

Yağ idxalçısı MMC-nin rəsmi şəxsi: “Rüsumun azaldılması ilə 5-6 manat deyil, 20-30 qəpik və ya bir qədər artıq ucuzlaşma olacaq”.

Bu gündən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.

Bəs kərə yağının qiyməti  ucuzlaşacaqmı? Gömrük rüsumu ilə bağlı qərarın qüvvəyə minməsi bazarlara nə zamandan etibarən təsir edə bilər?

“Yeni Müsavat”ın əməkdaşları bir neçə marketə baş çəkərək, qiymətlərlə maraqlanıb.

“Qiyməti marketlər müəyyən etmir”

Qeyd edək ki, son 1 ayda kərə yağının qiyməti dəyişməz olaraq qalır, nə artım, nə də azalma olub. Hazırda “Wellington” markalı kərə yağının 1 kiloqramı 17.96 manat, “West gold” kərə yağının 1 kiloqramı 18.38 manat, “Golden Kraun” yağının kiloqramı isə 17.96 manatdır. Almaniya istehsalı olan “Gerda” kərə yağının qiyməti isə  20 manat 95 qəpikdir. Müxtəlif marketlərdə qiymətlər arasında 20-30 qəpik fərq olsa da, ümumilikdə artım və azalma olmayıb. Satıcılar isə deyir ki, tezliklə kərə yağının ucuzlaşmasını gözləmək doğru olmazdı. Çünki hələ anbarlarda köhnə gömrük rüsumu ilə ölkəyə daxil olan məhsullar var. Gömrük rüsumları bundan sonra gətiriləcək  mallara  tətbiq olunacaq. Bu baxımdan qərarın bazarlara təsiri ayın sonuna kimi gecikə bilər.

Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi  Elvin Babayev “Yeni Müsavat”a açıqlama verərək bildirdi ki, qiymətlər istehsalçılar və ya idxalçı şirkətlər tərəfindən formalaşdırılır və marketlər də ona uyğun olaraq məhsulu satışa çıxarır: “Ümumiyyətlə, pərakəndə sektorunda qiymətlər istehlakçıların tələbatına uyğun formalaşır. Cəmiyyətdə belə bir fikir var ki, ərzağın qiymətini marketlər bahalaşdırır və ya ucuzlaşdırır. Əslində isə marketlər istehsalçılarla istehlakçılar arasında körpü rolunu oynayır. Yəni məhsulun topdansatış qiyməti istehsalçılar tərəfindən müəyyənləşir. Əgər tədarükçülər qiyməti ucuzlaşdıracaqlarsa, deməli, marketlərdə də qiymət ucuzlaşacaq. Məlumat üçün deyim ki, hazırda ”Araz" supermarketlər şəbəkəsinin idxal etdiyi Belarus istehsalı olan “Belovejskiye” kərə yağının qiyməti 14.19 manat təşkil edir".

“Ucuzlaşma cüzi olacaq”

“Anchor”, “Doyaruşka”, “Ammerlander”, “Gut von Holstein” kimi yağ brendlərini ölkəmizə idxalı edən “Delta Qrup C.O.” MMC-nin mühasibi Şaiq Tağıyev isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, gömrük rüsumunun azaldılmasına görə kərə yağının qiymətində  elə də ciddi məbləğdə ucuzlaşma olmayacaq: “Bu satış qiymətinin cəmi 5-6 faizini təşkil edir. Bu, təxminən bir neçə qəpik olacaq. Əsas qiymət çox da ciddi şəkildə dəyişməyəcək. Çünki yağın ölkəmizdəki bazar qiymətini əsasən dünya bazarından alış qiyməti formalaşdırır. Bu qiymətlər isə hər sifarişdə dəyişir. Orta qiymətlə götürsək, bizim üçün 1 ton yağın alışı 6800-6900 dollara başa gəlir. Onun da üzərinə 15 faiz gömrük rüsumu gəlir, artıq bu 5 faiz  olacaq. Hər tona görə 40-50 dollar daşıma haqqı da qiymətin üzərinə gəlir. Daha sonra  10 faiz bizim qazancımız, 5 faiz marketlərin qazancı da qiymətə əlavə olunur. Son olaraq, bunun üzərinə 18 faiz ƏDV əlavə olunur.  Bununla da müştərinin aldığı qiymət ortaya çıxır. Bu baxımdan gömrük rüsumunun azaldılması ilə yağ 5-6 manat deyil, 20-30 qəpik və ya bir qədər artıq ucuzlaşacaq. Vətəndaşlar bu ucuzlaşmanı  dekabrın ortalarına kimi bazarda hiss edəcəklər. Lakin yağın 5-6 manat ucuzlaşması üçün gərək dünya bazarında qiymətlər düşsün”.

“Dünya bazarında qiymət ucuzlaşır, bizdə isə...”

Ş.Tağıyev onu da vurğuladı ki, artıq dünya bazarında yağ ucuzlaşır, lakin hələ ki bu qiymətlər Bakıya gəlib çatmayıb: “Dünya bazarında yağ ucuzlaşır. Çünki dünyanın əsas yağ istehsalçısı  olan Yeni Zelandiyada yaz fəsli daxil olub.  Bu da yağın istehsal xərclərini azaldır, çünki  təbii yem çıxır.  Lakin bu qiymətlər ən tezi 4 ay sonra bizim bazarlarda özünü göstərir. Çünki biz yağı Yeni Zelandiya şirkətinə sifariş verdikdən sonra onun istehsal olunması 2 ay çəkir. Həmin malın Azərbaycana gəlməsi də ən azı 2 aya başa gəlir. Yəni dünya bazarında bu gün qiymətlər ucuzlaşırsa, bu bizə 4 aydan sonra gəlib çatır. Problem odur ki, dünya bazarında bu gün yağın qiyməti düşsə də, Bakıda düşməyib. Bunun üçün ən azı 4 ay  vaxt lazımdır. Vətəndaşlar elə bilirlər ki, biz qiymətləri qəsdən aşağı salmırıq. Halbuki sabah və ya birigün ölkəmizə daxil olan yağ bizim 4 ay  öncə baha qiymətə aldığımı yağlardır. Çünki biz sifarişi 4 ay sonra üçün veririk. Məhsul Zelandiyadan  buraya gəmi ilə Gürcüstanın Poti limanına gəlir, bu da xeyli zaman tələb edir”.

Mühasib onu da vurğuladı ki, Azərbaycan Yeni Zelandiyadan yağ idxal edənlər  arasında ən kiçik ölkələrdən biridir və bu baxımdan dünya bazarına təsir imkanları sıfıra bərabərdir: “Ən böyük yağ idxalçıları Çin və Hindistandır. Onlar bu bazarda öz sözünü deyə bilir. Çində kərə yağına tələbat artdıqca dünya bazarında qiymət qalxır, Çində tələbat azaldıqca qiymətlər də düşür.  Hazırda dünya bazarında qiymətlər ucuzlaşmağa doğru gedir. Çünki Yeni Zelandiyada hazırda yaz fəsli yaşanır, yaya  doğru gedir.  Bu fəsildə inəklərin südvermə qabiliyyəti də artır və istehsal çoxalır, qiymət aşağı düşür. Bu baxımdan biz qiymətlərin xeyli ucuzlaşmasını gözləyirik”.

“Avrozonadan gələn yağlar ucuzlaşmayacaq”

İqtisadçı ekspert Natiq Cəfərli də “Yeni Müsavat” a bildirdi ki, kərə yağının qiymətində yaxın zamanlarda kəskin ucuzlaşma gözləmək əbəsdir: “Əslində gömrük rüsumları ilə bağlı qərarın qüvvəyə minməsinin bazarlara həmən təsir etməsini gözləmək əbəsdir. Çünki həm anbarlarda , həm də satışda olan məhsullar köhnə gömrük rüsumları ilə gətirilib. Mən qiymətlərin Yeni ilə qədər də ucuzlaşmasını gözləmirəm. Azərbaycandakı ”ənənəyə" uyğun olaraq Yeni il öncəsi qiymətlər adətən qalxır. İndi də bu tendensiya başlayıb və  Yeni il bayramına qədər davam edəcək. Yeni ildən sonra yeni gömrük tarifləri ilə ölkədə daxil olan kərə yağının qiymətində cüzi də olsa dəyişiklik ola bilər. Ucuzlaşma isə 50 qəpik-1 manat arasında ola bilər. Bundan artıq təsir etməsi mümkün deyil. Maraqlı bir detal da ondan ibarətdir ki, ölkədə Almaniyadan, Fransadan - yəni avrozonadan gətirilən yağlar da var. Bu qərar onların qiymətinə təsir etməyə də bilər. Hətta həmin kərə yağları bahalaşa da bilər. Çünki son zamanlar manatın məzənnəsi avro qarşısında 2 manatı da ötüb. Bu baxımdan məzənnədəki dəyişikliyə görə yeni gömrük rüsumları avrozonadan gətirilən yağların qiymətinə təsir etməyə də bilər. Bu baxımdan insanlarda böyük bir gözlənti yaranmamalıdır ki, kərə yağında ciddi ucuzlaşma olacaq. Digər ölkələrdən, əsasən də Avstraliyadan, Yeni Zelandiyadan gətirilən məhsullarda az da olsa 50 qəpik-1 manat civarında dəyişiklik ola bilər. Kəskin ucuzlaşmanı gözləmək isə əbəsdir".



MilliYol.Az

Etiket:

Digər xəbərlər

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul etdi

16.06.2026
Konfrans Liqası:

Konfrans Liqası: "Zirə"nin potensial rəqibləri azaldı (YENİLƏNİB)

16.06.2026
24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

24 yaşlı Məryəmin öldüyü hadisənin təfərrüatı

16.06.2026
Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

Leyla Əliyeva Bonnda BMT Baş katibinin müavini ilə görüşdü (FOTO)

16.06.2026
İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi göstəriləcək

16.06.2026
Zeynəb Xanlarova konsert verəcək?

Zeynəb Xanlarova konsert verəcək?

16.06.2026
İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı apardı

16.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY

"Sabah"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Avropa Liqası:

Avropa Liqası: "Qarabağ"ın ilk rəqibi müəyyənləşdi (YENİLƏNİB)

16.06.2026
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq

16.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

15.06.2026
İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

İlham Əliyev Trampı yubileyi münasibətilə təbrik etdi

15.06.2026
Azərbaycanın bu rayonlarında zəlzələ oldu

Azərbaycanın bu rayonlarında zəlzələ oldu

12.06.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az