• Xəbər lentİ
Fləş

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

“Azərbaycan xalqı çörək israfçısıdır”- iqtisadçı ekspertdən şok rəqəmlər

22:53 07.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Əsrlər boyu Azərbaycan xalqı çörəyi müqəddəs hesab edib, öpüb gözlərinin üzərinə qoyublar. Hər zaman kəsdiyimiz duz çörək bizim üçün keçilməz və müqəddəs sayılıb. Ancaq bir zamanlar müqəddəs hesab etdiyimiz çörəklərə indi zibilliklərdə rast gəlirik. Paytaxtın müxtəlif yerlərində qurumuş çörək, lavaş, bulka eləcə də digər çörək və un məmulatlarına, həmçinin onların qırıntılarına tez-tez rast gəlmək olar

Mütəxəssislər qeyd edir ki, son dövrlərdə orta hesabla hər bir zibil qutusuna gün ərzində təxminən 10-15 kiloqram çörək və un məmulatları, eləcə də onların qırıntıları atılır. Təkcə paytaxt sakinləri gün ərzində tonlarla çörəyi zibil qutularına atır.  Bir qisim insanlar çörəyi zibilliyə atmasının səbəbini həddən artıq israfçılıqla, bir qisim isə onun çəkisinin çox olması ilə əlaqələnirir. Sayı az olan ailələr var ki, onlara bir dənə çörək çox gəlir. Buna görə də onlar çörəyi atmağa və yenisini almağa məcbur olurlar. Çünki zavod çörəklərini bir gün qaldıqdan sonra yemək mümkün olmur. İçi quruyur, iy verir və ya yapışqan kimi olur.

Qeyd edək ki, mağazalarda çörəyin hansı zavod tərəfindən istehsalından asılı olaraq 350-400 qramlığı 40 qəpik, 600-700 qramlıq isə 50 qəpiyə satılır. Sovet dönəmində istənilən çəkidə çörək satılırdı. Hətta insanlar yarım dənə çörək belə ala bilir və bütöv çörəyin yarı qiymətini ödəyirlər. İndi isə mağazaların heç birində yarım çörək satılmır.  Onu da qeyd edək ki, Azərbaycan xalqı çörəyi çox sevən və çox çörək yeyən xalqlardan biridir.

Statistikaya görə, Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Yəni bir azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu günlərdə Türkiyə Çörək İstehsalçıları Federasiyası çörək israfçılığına görə ildə 1,5 milyard dolların çöpə getdiyini, günlük çörək israfının isə Türkiyə üzrə 12 milyon ədəd olduğunu bildirib. Zibilliyə atılan 500 min ton çörək pulu ilə ölkədə 80 xəstəxana tikintisinin mümkün olduğunu bildirilir. Qeyd edək ki, Azərbaycan da çörək israfına görə Türkiyədən heç də geri qalmır.

Maraqlıdır bu israfçılığın qarşısını almaq üçün nə edilməlidir?

Azad İstehlakçılar Birliyinin sədi Eyyub Hüseynov bildirdi ki, çörək israfçılığına son qoymaq üçün onun çəkisinin azaldılmasına ehtiyac var: “Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, çörəklər kəsilib satıla da bilər. Ancaq qanunvericilikdı olmasına baxmayaraq mağazalar bundan imtina edir. Bazarda kiçik çəkili çörəklərə tələbat var. Azərbaycan xalqı çörəkdən çox istifadə edən, həm də israfçı bir xalqdır. Ona görə də kiçik çəkili çörəklərin olması vacibdir və buna tələbat var. Dövlət tərəfindən çörəyin nə çəkisi, nə də qiyməti tənzimlənmir. Düşünürəm ki, çörək israfçılığının qarısını almaq üçün kiçik çəkili çörəklərə ehtiyac var”.

Çörəklərin tez xarab olmasına gəlincə E. Hüseynov çörəklərin saxlanma müddətinin 72 saat olduğunu dedi: “Tez xarab olan çörəklər də bizi narahat edir, uzun müddətli qalıb xarab olmayan çörəklər də. Qısa müddət ərzində xarab olan çörəklərdə kartof xəstəliyi, mikroblarla bağlı digər xəstəliklər ortaya çıxır. Çörək əgər uzun müddət saxlanırsa, demək ki, həmin çörəyin tərkibində qatqılar var. 72 saatdan artıq saxlanıla bilən çörəyin tərkibinə isə kimyəvi maddələr vurulur. Ona görə də çörəklərin saxlanma müddəti maksimum 72 saat olmalıdır və bu ərəfədə o nəmlənməməli, içi yapışqan kimi olmamalıdır”.

Zibilliyə atılan çörək puluna nələr edilə biləcəyinə gəlincə isə iqtisadçı ekspert Natiq Cəfərli çörək israfına sərf olunan pulun əhalinin cibi ilə yanaşı iqtisadiyyata da ziyan vurduğunu bildirdi: “Öncə bu israfçılığın nəyə görə baş verməsi araşdırılmalıdır. Mən bunun iki əsas səbəbini görürəm. Birincisi, keyfiyyətlə bağlıdır. Bəzən çörək bişirilən məkanlarda, istər bu böyük zavodlar olsun, istərsə də sexlər keyfiyyətlə bağlı problemlər yaşanır. Çörək bir neçə saat qaldıqdan sonra öz keyfiyyət göstəricilərini kəskin şəkildə itirməyə başlayır. Bu da sonradan istehlak üçün yararsız hala düşdüyü üçün əhalinin bir qismi onu atmağa məcbur olur. İkinci səbəb isə çörəyin digər ərzaq məhsullarına nisbətən ən əlçatan olmasıdır. Çox zaman insanlar lazım olduğundan daha çox çörək alaraq öz gündəlik çörək tələbatını düzgün hesablaya bilmirlər. Bundan başqa toylarda, yas mərasimlərində kifayət qədər un məmulatları istifadə olunur ki, bunun da bir çoxu sonradan atılmaq məcburiyyətində qalır. Bütün səbəblər araşdırılmalı və bunu aradan qaldırmaq üçün addımlar atılmalıdır. Azərbaycanda bu barədə insanları bilgiləndirən sosial çarxlar, reklamlar, müzakirələr yox səviyyəsindədir. Bu çörəyin istehlakı məsələsi də sosial məsələdir və ciddi şəkildə televiziyalarda bununla bağlı müzakirələr olsa, mənə elə gəlir ki, insanları bu yöndə təşviq etmək olar”.

N.Cəfərli bunun ciddi iqtisadi itkiləri olduğunu da bildirdi: “Türkiyə 80 milyonluq bir ölkədir. Orada bir çox dərnəklər var və bu özəl bir dərnəklərin öz hesablamaları olur. Azərbaycanda isə bu cür dərnəklər yoxdur ki, rəqəmlər alıb hesablamalar aparaq. Amma ən azından ölkə miqyaslı müqayisə etsək, Azərbaycanla Türkiyə əhalisi arasında 10 dəfə fərq var. Türk toplumu ilə Azərbaycan toplumunun bir birinə yaxın istehlak vərdişləri var. Bunları nəzərə alsaq Türkiyə rəqəmlərindən 10 dəfə az rəqəmlərin ortaya çıxması ehtimalı yüksəkdir. Bu da 9-10 milyon əhalisi olan bir ölkə üçün çox böyük bir itki deməkdir. Təqribən günə 1 milyon manatlıq itki olsa, ildə 365 milyon itki deməkdir ki, bu da ölkə iqtisadiyyatı, əhalinin cibi, ölkənin taxıl ehtiyatları üçün ciddi bir rəqəmdir. Onu da qeyd edim ki, ölkədə istehsal edilən çörəyin maksimum 35- 40 faizi yerli buğdadan istehsal olunur. Təəssüf ki, bizdəki buğdanın keyfiyyəti də zəifdir. Təqribən 65-70 faiz çörək xaricdən gətirilən, əsasən də Qazaxıstandan, Rusiyadan və Ukraynadan alınan taxıl hesabına bişirilir. Bu həm də valyuta itkisi deməkdir. Bu həm sosial, həm də iqtisadi məsələdir və hər iki tərəfdən ciddi müzakirə predmetinə çevrilməlidir”.(musavat.com)

Etiket:

Digər xəbərlər

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az