• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Qüdsün indi yada düşməsinin pərdəarxası – Gizli razılaşma üzə çıxır

21:45 07.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Professor Cengiz Tomar,

Mərmərə Universitetinin Siyasi elmlər fakültəsinin müəllimi


Rəvayətə görə, 11 dekabr 1917-ci il tarixdə Qüdsü işğal edən ingilis general Allenbi Xaçlı səfərlərinin artıq sona çatdığını söyləyib.

Orta Şərqdə onsuz da hər şey toz-duman olarkən, ərəbcənin Dəməşq ləhcəsində ifadə edərsək, “fevkanin tahtanin”, yəni, hər şeyin alt-üst olduğu bir xaos şəraiti sürərkən Trampın Qüdsü, Şərqi Qüds də daxil olmaqla, İsrailin paytaxtı olaraq qəbul və elan etməsinin, bir atom bombası təsiri yaradaraq, regionun qiyaməti ola biləcək, bəlkə də Orta Şərqdə “böyük partlama”ya yol açacaq bu açıqlamanı verməsinin 1917-ci il işğalından tam yüz il sonra baş tutması simvolik əhəmiyyət daşıyırmı?

Buna 02 dekabr 1917-ci il tarixli Balfor Bəyannaməsinin yüzüncü ildönümü və 1967-ci ilin “altı günlük müharibə”si nəticəsində Şərqi Qüdsün işğalının 50-ci ildönümü simvolizmlərini də əlavə edə bilərik.

Ən azı, hamımız bir məsələdə eyni fikirdəyik ki, Tramp bu simvolizmi dərk edəcək həssas bir şəxsiyyət deyildir. Yaxşı, elədirsə nə baş verdi ki, ABŞ prezidenti bu günlərdə belə bir qərar aldı?

Simvolizm çox inandırıcı gəlmirsə, ola bilər, Trampın seçki kampaniyası ərzində Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağını vəd etməsini xatırladaraq, bu sualı cavablandıra bilərsiniz. Amma bu cavab da “niyə indi” sualına qaneedici bir cavab kimi görünmür.

Nə yüzüncü ildönümü simvolizminin, nə də Trampın bu məsələdə söz vermiş olmasının Qüdsün bu günlərdə paytaxt olaraq tanınması üçün yetərli səbəb olmadığını düşünürsünüzsə, cavabı daha dərinlərdə, son illərdə Orta Şərqdə meydana gələn dəyişikliklərdə axtarmalı olacağıq.

Orta Şərqə bahar rüzgarı gətirə bilməyən “Ərəb Baharı”nın region sosiologiyasında mövcud olan canlı etnik və məzhəbi sosial qırılma xətlərini bir daha bərpa edilə bilməyəcək şəkildə bir-birindən aralayan zəlzələyə çevrildiyi çox açıq görünür. Şübhəsiz, region bundan sonra əsla əvvəlki kimi olmayacaq. Ancaq bu xaosdan sonra da elə və ya belə bir nizam qurulacaq.

ABŞ prezidentinin son Qüds həmləsi isə bu qırılma xətlərini darmadağın edərək, öz çevrəsində yeni bir peyklər nizamı yaratmağa yönəlik bir cəhd kimi görünür. Amma eynilə Bərzaninin referendum qumarında olduğu kimi, “Dimyata düyüyə gedərkən, evdəki bulqurdan olma” ehtimalını, daha açıq ifadə ilə, bütün ərəb və islam dünyasını itirmə riskini də daşıyır.

ABŞ Konqresi 1995-ci ildə aldığı bir qərarla səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsini təsdiq etsə də, ABŞ prezidentləri, durumun həssaslığına görə, altı aylıq dövrlərlə bu qərarı təxirə salırdılar. Yaxşı, bəs bu gün nə oldu ki, ABŞ bu qərardan tam 22 il sonra belə bir işə girişdi?

ABŞ-ın xüsusi olaraq Suriya və İraqdakı, ümumən isə Orta Şərqdəki strateji səhvləri ən sonda Qüdsü İsrailin paytaxtı olaraq tanıyaraq, regionda etdiyi dəhşətli səhvlər zəncirinə yeni birini əlavə etməklə nəticələnməkdədir. Terrorizm və radikalizmlə mübarizə adı altında İraq, Suriya və Yəmən kimi ölkələrdəki dövlət sistemlərinin çökdürülərək, bu ölkələrin faktiki olaraq bölünməsi ən çox ABŞ-ın regiondakı rəqibləri olan Rusiya və İranın işinə yaradı.

Rusiya Suriyadakı təsirini möhkəmləndirərək, demək olar ki, qərbi Suriyanı faktiki mandat idarəçiliyinə çevirdi.

İran isə İraq və Suriyada nüfuz qazanaraq, Livan və Hizbullah vasitəsilə qurudan İsrailə çıxış əldə etməklə bərabər, Yəmən və Bəhreyn kimi ölkələr vasitəsilə də ABŞ-ın körfəzdəki müttəfiqlərini mühasirəyə alaraq, təhdidedər hala gəldi.

ABŞ müttəfiqi və strateji ortağı olan Türkiyəni Suriya məsələsində tərk etmiş, ona təhdid yaradan PKK, PYD/YPG və FETO kimi təşkilatlara dəstək verməklə, regiondakı ən önəmli müttəfiqini Rusiya və İran ilə əməkdaşlıq etmək məcburiyyətində qoymuşdur. Buna bir də Körfəzdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən sıxışdırılan Qətəri əlavə edək.

ABŞ Orta Şərqdəki yanlış siyasətləri nəticəsində yaranan Türkiyə, Rusiya, İran və Qətər blokuna qarşı öz liderliyində Səudiyyə Ərəbistanı və Körfəz ölkələrilə Misir və İsraildən ibarət bir blok yaradıb. İŞİD-in sahə hakimiyyətinin bitməkdə olduğu bir zamanda atılan bu addım, Tramp öncüllüyündəki ABŞ, Məhəmməd bin Salman öncüllüyündəki Səudiyyə Ərəbistanı (və Körfəz) və İsrail arasında son dövrdə ortaya çıxmağa başlayan razılaşmanın bir məhsulu kimi görünür. Çünki İranın son zamanlarda regionda ələ keçirdiyi nüfuz ən çox İsraili və Səudiyyə Ərəbistanını, dolayı olaraq da ABŞ-ı narahat edir.

Həm Həririnin Riyadda istefaya məcbur edilməsi, həm də Mahmud Abbasın Fələstin hakimiyyəti adına qəbul edilməsi, özündə imkansız şərtlər ehtiva edən bir sülh anlaşmasına məcbur edilməsi də bu razılaşma ilə izah edilə bilər. Çünki Abbas da son günlərdə Şərqi Qüds yerinə, şəhərin cənub-şərqindəki Əbu-Dis qəsəbəsini Fələstinin paytaxtı olaraq qəbul etməyə məcbur edilib. Sinadan bir hissə torpağın Fələstin hakimiyyətinə (ehtimal ki, təzminat olaraq) verilməsilə, Misirin də bu blokun yaranmasında töhfəsinin olması istənib. Çox yaxın bir zamanda Misirin Qırmızı dənizdəki strateji əhəmiyyətli iki adasını Səudiyyə Ərəbistanına verməsini də bu razılaşma çərçivəsində dəyərləndirək. Yəqin ki, Sisi də bu razılaşma sayəsində maliyyə yardımı və siyasi dəstək almaqla, öz iqtidarını möhkəmləndirmək istəyib.

Ancaq evdəki bu hesab, hər zaman Orta Şərq bazarına uyğun gəlməyə bilər.Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıyaraq, şahmatdakı həmləsini edib. Şübhəsiz, başda Türkiyə olmaqla, İordaniya və islam dünyasındakı bir çox ölkə bu qərara böyük reaksiya verəcək. Amma burada əsas müəyyənedici olan Misir və Səudiyyə Ərəbistanı (Körfəz) xalqlarının və hakimiyyətlərinin mövqeləri olacaq. Misir və Səudiyyə Ərəbistanının xalqları böyük reaksiya verərsə, onların hakimiyyətlərinin buna qarşı reaksiyası Orta Şərqdə bütün nizamı dəyişdirə bilər…

Son söz: Qüdsə sülh gəlmədən Orta Şərqə sülh gəlməz.

Tərcümə Strateq.az-ındır

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az