• Xəbər lentİ
Fləş

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026

15 iyunda Bakıda konsert keçiriləcək

11:59 / 04.06.2026

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

11:48 / 04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

11:37 / 04.06.2026

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

11:35 / 04.06.2026

Bu imtahanların tarixləri açıqlandı

10:33 / 04.06.2026

Bu il neçə kişi qadının soyadını qəbul edib?

09:33 / 04.06.2026

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

09:31 / 04.06.2026

Roma Papası İlham Əliyevi təbrik etdi

16:43 / 03.06.2026

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

16:13 / 03.06.2026

Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi işdən çıxarıldı

15:42 / 03.06.2026

Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - "Xəstəxanaya çatdırılıb"

14:58 / 03.06.2026

AFFA "Turan Tovuz"un Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

13:44 / 03.06.2026

Avropanın nüfuzlu klubu Elvin Cəfərquliyevi istəyir

13:32 / 03.06.2026

"Qarabağ"ın sabiq futbolçusu ürəktutmasından vəfat etdi

12:09 / 03.06.2026

Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi (FOTO)

12:03 / 03.06.2026

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır - XƏRİTƏ

11:44 / 03.06.2026

AQC İdarə Heyətində "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər müzakirə olundu

10:53 / 03.06.2026

"Turan" Konfrans Liqasından kənarlaşdırıldı - Klub CAS-a müraciət edəcək

10:41 / 03.06.2026

Həmin idarə haqda cinayət işi başlandı - Məsul şəxslərə tapşırıq verildi

10:34 / 03.06.2026

Lalə Abdullayeva sədr müavini təyin edildi

17:20 / 02.06.2026

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

16:25 / 02.06.2026

Azərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO)

16:08 / 02.06.2026

Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib

15:25 / 02.06.2026

Vüsal Aslanov yeni rəis təyin etdi (FOTO)

14:49 / 02.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Cümə axşamı, 04 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Təhlil

Rza Zərrabın işində “Bakı izi” –Babək Zəncaninin “qara qutusu“ndan daha kimlər çıxacaq?

14:05 05.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Əhməd Hakanın “CNN Türk”dəki “Tarafsız bölge” (“Tərəfsiz bölgə”) proqramında qonaq olan, ötən illərdə türk ordu mənsublarına qarşı açılmış cinayət işlərindən birində müttəhimlər kürsüsündə əyləşmiş Ümit Özdağ maraqlı məqama toxundu

Yeni yaradılmış İyi Parti funksioneri, Rza Zərrabın Azərbaycanla bağlantısı barədə məlumat aldığını dilə gətirdi. Özdağın sözlərinə görə, bu məlumatlar ona Bakıdan etibar etdiyi qaynaqlardan göndərilib.

Türk-İran iş adamı Rza Zərrabın ABŞ məhkəməsində hələlik şahid qismində ifadə verməsinin təkcə Türkiyədə deyil, İranda da diqqətlə izləndiyi yenilik deyil. Məhkəmə prosesinin istər Ankara, istərsə də Tehran üçün müəyyən siyasi və maliyyə-iqtisadi nəticələr doğuracağına şübhə yoxdur.

Amma bu dəyənək zərbəsinin Bakıda əks-səda verməsi ehtimalı kənara atılmamalıdır.

İran mediasını az-çox izləyənlər yaxşı bilirlər, elə bir həftə yoxdur ki, Baş Prokurorluğunun sözçüsü Qulamhüseyn Mohseni Ejeiyə eyni sual verilməsin: “Babək Zəncani nə zaman edam ounacaq?”

Xəbər qaynaqlarının 2017-ci ilin fevral-mart aylarından gözlədiyi edamla bağlı Ejeinin cavabı hər dəfə təkrarlanır: “Əsas məsələ 2,5 milyard $ vəsaitin tapılmasıdır. Buna görə də, edamın qeyri-müəyyən müddətə ləngidilməsi təbiidir”.

Bu məqamda Azərbaycanda Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin niyə bu qədər hələ də istintaq altında saxlandığını, qudası, sabiq Milli Təhlükəsizlik nazir Eldar Mahmudovun barəsində mediada niyə tez-tez "hər an həbs oluna bilər" xəbərlərinin tirajlandığını anlamaq asanlaşır.

Zəncani-Zərrab bağı

Amma mövzudan uzaqlaşmayaq.

“Al-Monitor” (ABŞ) saytı qeyd edir ki, Rza Zərrab məsələsi İran mətbuatında geniş işıqlandırılır. Ancaq bu, Tehrana qarşı sanksiyalarla bağlı ABŞ-dakı real ittihamlardan qaynaqlanmır. Zərrab indi İran həbsxanasında olan Babək Zəncani ilə bağlı maraq doğurur.

“2015-ci ildə nüvə proqramı üzrə razılığa gələnədək İran və onun neft sənayesi ağır sanksiyalar altında idi. Tehrandakı hökumət neft ixracı təşkil edən və hökumətdən pul alan brokerlər vasitəsi ilə sanksiyalardan yan keçib. Zəncani ən mühüm vasitəçilərdən biri idi; o, çox pul qazanır və lüks həyat yaşayırdı. Bir hesabatda hətta Zəncaninin dünyanın ən zəngin adamlarından biri və 13,5 milyard dollar vəsaitə sahib olduğu söylənirdi. Ancaq İran Neft Nazirliyi neft ixracından yaranan borcu ödəmədiyi üçün ona qarşı iddia qaldırdı və Zəncani cəzalandırıldı, ölüm hökmünə məhkum edildi”.

Zəncani işini araşdırmış İran parlamentinin sabiq deputatı və parlament komitəsinin üzvü Əmir Abbas Soltaninin Zərrab-Zəncani bağına dair açıqlamaları maraqsız oxumaq mümkün deyil. O, Zərrabı biznes şəriki Zəncaninin "qara qutusu" adlandırır.

Öz ifadələrində Zərrab İranın sabiq prezidenti Mahmud Əhmədinejadın (2005-2013) və İran Mərkəzi Bankının sədri ilə əlaqəsini açıqlayıb. Soltani deyir ki, “Zərrabın Əhmədinejadla görüşünün təfərrüatından xəbərdar deyiləm, amma əvvəlki hökumətin (Əhmədinejad administrasiyasının) maliyyə komandası ilə görüşdə, onlar bunu inkar etməyiblər. Nəyi müzakirə etdikləri bilinmir, amma Zərrab, həqiqətən, Mərkəzi Bankın rəhbəri, iqtisadiyyat naziri və Əhmədinejad ilə görüşlər keçirib".

Parlament komitəsinin sabiq üzvü bildirib ki, "Zərrab Zəncaninin bütün maliyyə planlarının meneceri idi. O, Zəncani şirkətlərinin bir çoxunu və onun kommunikativ əlaqələrini idarə edirdi".

Daha sonra Soltani deyib ki, "Türkiyənin Zərraba əvvəllər verdiyi dəstək Zəncaninin Türkiyədəki aktivlərini idarə etməsi və Zəncani planının direktorunun məhz Zərrab olduğuna sübutdur. Bu uşaqlar Zəncani ilə birgə mafiya qrupudur və Zəncani hər şeyi idarə edən pərdəarxası rəhbərdir".

Soltaninin sözlərinə görə, "Zəncaninin Türkiyədəki aktivlərinin əksəriyyəti Zərrabın adında olub".

Bu həmin “SFK”dırmı?

Nəhayət, iranlı sabiq deputatın açıqlamalarında ən maraqlı məqama yönələn açıqlama: "Zərrabın atası tacirdir və İranda yaşayır. Mənimlə bir neçə dəfə görüşmək istəyib, amma razı olmadım. O, Zərrabın günahsız olduğunu və Zəncaninin işinə heç bir aidiyyəti olmadığını deyir".

“Hürriyet” qəzetinin (Türkiyə) yazdığına görə, Zərrabın atası Hüseyn, Əhmədinejadın 2005-ci ildə prezident seçilməsindən sonra ABŞ sanksiyalarına qarşı xüsusi qrup yaradıb. Bundan başqa, məqalədə deyilir ki, İranın şimal-qərbində yerləşən Təbriz şəhərində 2007-ci ildə keçirilən bir mərasimdə Hüseyn Zərrab prezident Əhmədinejada “SFK” polad şirkətinin qurulması təklifini verib, prezident təklifi dərhal qəbul edib.

Belə bir şirkətin mövcud olduğunu yüzdə-yüz söyləmək olar. İranın Şərqi Azərbaycan əyalətində 2016-cı ildə yaradılmış “Folad Kaveh Tikmeh Dash”, yəni “SFK” polad şirkətinin məhz “Hürriyet”in qeyd etdiyi biznes strukturu olduğunu və “Zərrab işi” ilə hər hansı əlaqəni iddia etmək qeyri-mümkündür. Amma “SFK”nın İraq, Əfqanıstan, Türkmənistan və Ermənistanla bərabər, Azərbaycana da məhsul ixrac etdiyi gizli fakt deyil (http://sfksteel.com/english.php).

Bu şirkətin hazırda ABŞ-da gedən məhkəmə prosesinin diqqətinə düşüb-düşməyəcəyini söyləmək çətindir. Amma “Azarpassillo” şirkətinin (İran) Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov ailəsi ilə əlaqələri yeni sanksiyalarla bağlı ABŞ mediasının gündəmindən düşmür (https://www.newyorker.com/news/news-desk/the-iran-business-ties-trump-didnt-disclose). Xüsusilə “New Yorker” jurnalının (13, 30 mart və 20 oktyabr 2017-ci il).

Son olaraq vurğulayaq ki, “Zərrab işi” hazırda onsuz da hədəfdə olan İranın sabiq prezident Mahmud Əhmədinejadı yenidən diqqət mərkəzinə gətirib. Korrupsiya ittihamı ilə administrasiyasının üzvü Həmid Bəqayinin istintaqa cəlb edilməsi və Kirmanşah vilayətindəki təbii fəlakətdən sonra “xalq üçün ucuz evlər” layihəsi ilə ittiham atəşinə tutulan Əhmədinejadın artıq son rəsmi iqamət yeri – Məsləhət Şurasından çıxarılması tələbi daha ucadan eşidilir.

Ola bilsin ki, Azərbaycanda da, Ziya Məmmədovun vəzifəsindən kənarlaşdırılması kimi, son proseslər əsnasında, Rza Zərrabın məhkəmədə səsləndirdiyi ifadələr də əvvəl-axır gözlənilməz “hədiyyələr” versin – ehtimal ki, Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Mərkəzi Bank (və ya özəl bank) rəhbərlərindən kiminsə vəzifəsindən uzaqlaşdırılması, hətta həbsi xəbəri çıxsın.

Əgər Ümit Özdağın Bakıda etibarlı mənbəyi varsa, deməli…

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Bu imtahanların tarixləri açıqlandı

Bu imtahanların tarixləri açıqlandı

04.06.2026
İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

İstanbulda möhtəşəm konsert: 140 mindən çox sənətsevər bir araya gəldi (VİDEO)

04.06.2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

04.06.2026
Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

Ötən ay sərhədini pozan 17 əcnəbi tutulub, bir nəfərə silah tətbiq olunub

04.06.2026
Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

04.06.2026

"Sükut içində addımlar" filminin Krakovda dünya premyerası baş tutdu (FOTO/VİDEO)

04.06.2026
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

04.06.2026
15 iyunda Bakıda konsert keçiriləcək

15 iyunda Bakıda konsert keçiriləcək

04.06.2026
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

04.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

Zaqatalada 6 Nigeriya vətəndaşı tutuldu 

03.06.2026
Bu il neçə kişi qadının soyadını qəbul edib?

Bu il neçə kişi qadının soyadını qəbul edib?

04.06.2026
Lalə Abdullayeva sədr müavini təyin edildi

Lalə Abdullayeva sədr müavini təyin edildi

02.06.2026
Prezident

Prezident "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak etdi (YENİLƏNİB)

01.06.2026
Roma Papası İlham Əliyevi təbrik etdi

Roma Papası İlham Əliyevi təbrik etdi

03.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az