• Xəbər lentİ
Fləş

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026

Azərbaycanlı Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifəyə təyin edildi

12:36 / 04.06.2026

Nazir müavinindən ətin qiyməti ilə bağlı açıqlama

12:19 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə Sosial

Oktay Gülalıyevdən qorxunc iddia: “Cahangir Hacıyev ölümlə üz-üzədir”

11:52 04.12.2017 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share

Hüquq müdafiəçisi Oqtay Gülalıyev öz facebook səhifəsində paylaşdığı statusunda Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə bağlı həyəcan təbili çalan iddialarla çıxış edib

Onun iddiasına görə, sabiq bankiri Beynəlxalq Bankda milyardlarla dolların yoxa çıxmasının sirrini ört-basdır etmək üçün sıradan çıxartmaq istəyirlər. 

Bunu isə Cahangir Hacıyevin səhhətində qəsdən problem yaradaraq həyata keçirirlər.

O.Gülaliyev sabiq bankirin son zamanlar səhhətinə uyğun olmayan həbsxana şəraitində saxlanılmasını da bu niyyətlə əlaqələndirir.

Hüquq və ədalət adına olduqca ciddi və qorxunc iddialar ehtiva edən statusu olduğu kimi Ovqat.com oxucularının diqqətinə çatdırırıq:

 

 Dostlar, xəbəriniz varmı “ölüm düşərgəsi” adlanan 13 saylı CÇM- də saxlanılan Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev ölümlə üz- üzədir? Əlbəttə, kimsə deyə bilər ki, onun yaşayıb- yaşamamasının mənim üçün heç bir fərqi yoxdur. Amma nəzərə alandakı həm də söhbət səhminin 51%- i dövlətə (yəni xalqa- red.) məxsus olan, milyardların talandığı, hazırda müfsizləşmək həddinə çatdırılan Beynəlxalq Bankın bu vəziyyətə düşmə səbəblərindən və bu səbəblər barədə məlumatlı olan bir şəxsin susdurulmasından gedir onda vəziyyət dəyişir.

Hər şey ondan başlayıb ki, Cahangir Hacıyev Beynəlxalq Bankdan mənimsəmələrə aydınlıq gətirmək üçün kiçik cəhd edərək 22 sentyabr 2017- ci ildə ovqat.com saytına “Sabiq bankirdən şok ittihamlar: “Samir Şərifov kimdir-təxribatçı, savadsız, yoxsa hər ikisi?” adlı müsahibə verir (http://ovqat.com/…/10006-sabiq-bankirdn-ok-ittihamlar-samir…). Bu kiçik cəhd təkcə onun azadlığını deyil, həyatını itirə biləcək səviyyəyə yüksəlir. Müsahibədən dərhal sonra ona qarşı güclü təzyiqlər başlayır, o nazik paltarda “kars”- a salınır. Qeyri- insani münasibətlə üzləşir. Evdən gələn yemək, isti paltar, dərman və s. qəbul etməsinə, müalicə olunmasına, dövrü mətbuatı izləməsinə imkan verilmir. “Kars”- dan çıxdıqdan sonra isə ailə üzvləri və vəkilləri ilə görüşü yasaqlanır. Telefon danışığına süni maneçilik yaradılır, izlənilir və s. Müsahibəni dərc edən saytın redaktoru Heydər Oğuzu isə respublika prokurorluğuna çağırıb ona xəbərdarlıq edirlər (!?).

Həmin müsahibədən sonra onu 3- cü aydır ki, xarici aləmdən büs- bütün təcrid ediblər. Nəinki ailə üzvləri, yaxınları, hətta vəkilləri ilə də 3- cü aydır ki, görüşünə icazə verilmir. Bilirsinizmi niyə? Çünki ehtiyat edirlər ki, Cahangir Hacıyev Beynəlxalq Bankdan mənimsənilən milyardların taleyinə aydınlıq gətirə bilər. Bu vəsaitlərin kimlər tərəfindən, necə oğurlanıb talan edildiyini deşifrə edər. Çünki onun ovqat.com saytına göndərdiyi yazı bu istiqamətdə birinci yazı idi. Həmin yazının ardı var idi. Fikir verin, bir yazı bunları necə qorxuya saldı ki, keçmiş bankiri xarici aləmdən büs- bütün təcrid etdilər ki, o, bunların geniş miqyaslı oğurluq, mənimsəmə cinayətlərini açıb deməsin.

Cahangir Hacıyevə qarşı olan qanunsuzluqlar bununla da bitmir. Onun bacısı Əminə Hacıyevaya ölkədən çıxış qadağan edilib, əmlakına həbs qoyulub. Vərəsəlik hüququ tanınmır. Həyat yoldaşı, 2005- ci ildə DİN- nin yüksək çinli zabitləri Hacı Məmmədov və Zakir Nəsirov tərəfindən oğurlanan, hazırda xaricdə yaşayan Zamirə Hacıyevaya cinayət işi açılıb, axtarışa verilib və s…

Sabiq bankir Haşimoto sindromundan və ciddi ürək çatışmazlığından əziyyət çəkir. Bu cür xəstəlikləri olan insanlarda nəfəs ala bilməmə, arıqlama, ürək döyüntüsü, tərləmə, dərinin nəm və rütubətli olması və sairə kimi əlamətlər mövcud olur. O xəstədir, bir neçə dəfə vəziyyəti kəskin pisləşib, burnundan qan açılıb. Vəkillərinin və yaxınlarının dediyinə görə, ona həkim çağrılmasına imkan verilmir. Bacısı Əminə Hacıyeva həyacan təbili çalaraq bildirir ki, qardaşını öldürmək istəyirlər. O qardaşına qarşı olan münasibəti alman faşistlərinin 1941-45- ci llərdə əsirlərə göstərdiyi münasibətlə müqayisə edib; "Bu cür cəza metoduna heç alman faşistlərinin ölüm düşərgələrində də yol verilmirdi". Yaxın günlərin birində onun “intihar” və ya “uzun sürən xəstəlikdən sonra vəfat etməsi” xəbərini eşitsəniz şaşırmayın.

Cahangir Hacıyevin ətrafında halqanı gündən- günə daraldırlar. Onun vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Lahıc keçmiş bankirə görə respublika prokurorluğuna çağrılıb təhdid edilib. Onların Vəkillər Kollegiyasından çıxarılması gündəmə gətirilib. Əslində adı çəkilən şəxslərin vəkillik fəaliyyətinə son verilməsi həm də Cahangir Hacıyevi büs- bütün müdafiəsiz, tək qoyub onu xarici aləmdən tam təcrid etməkdir.

Əlbəttə, Cahangir Hacıyev Beynəlxalq Bankda işlədiyi müddətdə hər hansı səhvə, qanun pozuntusuna, ittiham aktında deyildiyi kimi mənimsəmələrə yol veribsə o, ədalətli məhkəmə önünə çıxarılıb layiq olduğu cəzanı almalıdır. Eyni zamanda Beynəlxalq Bankdan mənimsənilən milyardrlarla bağlı da müstəqil araşdırmalar aparılmalı, ədalətli mühakimə və məhkəmə çəkişməsi qurulmalıdır. Mənimsəmə və oğurluğa yol vermiş bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır. Amma hamının, keçmiş bankirin də aldığı cəza onun əməlinə adekvat olmalıdır. Həmçinin ona verilən hər hansı cəza onun həbsxanada insani münasibətlərdən məhrum edilib, hüquqlarının total şəkildə pozulması ilə həyata keçirilməməlidir.

Unutmayaq ki, ən ağır cinayətkarın da hüquqları var.

Hətta Cahangir Hacıyevə qarşı irəli sürülən ittihamlar haqlı və düz olsa belə bu əsas vermir ki, o xarici aləmdən büs- bütün təcrid edilməli, ailəsi, vəkili ilə aylarla görüşməsi yasaqlanmalı, “kars”- a salınıb işgəncə verilməli, qeyri- insani münasibətə məruz qalmalıdır. Unutmayaq ki, məhbusun yalnız azadlıq hüququ məhdudlaşdırılır, onun digər hüquqları əlindən alınmır. Azərbaycanın öz qanunları və qoşulduğu “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiya da bunu deyir və təsdiq edir…

MilliYol.Az

Etiket:

Digər xəbərlər

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az